Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə104/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   191

359

davranış və fəaliyyətini idarə etmək qabiliyyətində,  qarşısına

qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və

çətinlikləri aradan qaldırmaqda ifadə edilir. İradə - xüsusi

fəaliyyət forması kimi insandan öz davranışını qarşısına

qoyduğu məqsədə müvafiq olaraq tənzim etməyi,  onunla

rəqabətə girən başqa arzu və istəkləri ləngitməyi,  boğmağı

tələb edir.

İradi işi mahiyyətinə görə, həm də ixtiyari iş kimi də

səciyyələndirmək olar.  Çünki,  hər bir iradi iş,  başqa ixtiyari

işlər kimi qarşıya məqsədin qoyulması ilə başlayır və onun

yerinə yetirilməsi ilə nəticələnir.  Məsələn:  eyni otaqda qalan

tələbədən A – çoxdan yatıb,  B – isə yuxusu gəlsə də oturub

sabahkı seminar məşğələsinə hazırlaşır.  Bu misallarda hər iki

tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər

cür sadə işi iradi iş kimi səciyyələndirmək olmaz.  Yerinə

yetirilən iş o zaman, iradi iş adlandırıla bilər ki, orada müəyyən

iradi səy tələb olunsun.

Yuxarıdakı misalda, B-nin yuxusu gəlsə belə, oturub se-

minara hazırlaşması,  iradi səy hesabına yerinə yetirilmişdir. 

Ona görə də, bu cür iş iradi iş kimi səciyyələndirilir və ikiqat

ixtiyari adlandırılır. 

Beləliklə,  işin həm motivasiya tərzinə,  həm də icra

mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən iradi

olmasının göstəricisidir. Beləliklə iradi iş mürəkkəb xarakter

daşımaqla,  ixtiyari işin xüsusi formasıdır.  İradi işin motivi

insanın bilavasitə aktual tələbatları ilə müəyyən olunmur.

İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən

ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə ye-

tirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası.

İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün

çalışması,  bu yönümdə mübarizə aparması,  qarşısına çıxan

maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə

bağlı olmayan işlər görməsi,  dünyagörüşünə,  əqidəsinə,  inam

və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi




360

təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir.  Bu

funksiyalar bir-birilə qarşılıqlı surətdə əlaqədardır. İradə

şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli ola-

raq iradə insanı yalnız fəallığa təhrik etmir,  həm də lazım

gəldikdə onun fəallığını ləngidir.

İradə başqa psixi hadisələr kimi,  inikasın bir formasıdır. 

Belə bir inikas zamanı, fəaliyyətin obyektiv məqsədi psixikada

əks olunur.  İradə özündə şüurun 3  mühüm xassəsini

birləşdirmişdir: idrak, münasibət və hiss.

İnsan fəaliyyətinin məzmununa,  onun səmərəliliyinə

müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır. 

Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, 

həm də onun motivlərinin gücləndirilməsinə şərait yaradır. 

Fəaliyyət motivlərinin aktuallaşdırılması,  şəxsiyyətin xəyali

motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir.

Xəyali motivlərin formalaşması,  şəxsiyyətin inkişaf

səviyyəsindən asılıdır.  Bir halda tələbə gözünün qabağına

gətirir ki,  o beynəlxalq əhəmiyyətli konfransda,  xarici

qonaqların çıxışlarını səlist və düzgün qaydada iştirakçılara

tərcümə edir,  təşkilat komitəsi tərəfindən təşəkkürnamə alır. 

Tədbirdən sonra,  məşhur bir şirkətin prezidenti ona

yaxınlaşaraq onların şirkətində tərcüməçi işləməyi təklif edir. 

Başqa halda isə,  o,  gözlərinin qarşısında rəfiqələrinin məşhur

estrada müğənnisinin konsertində iştirak etmələrini, ondan so-

nra şəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini canlandırır.

Bütün bunlar xəyali situasiya kimi fəaliyyətin gedişinə

güclü surətdə təsir göstərir,  onun səmərəsini birinci halda

artırır, ikinci halda isə zəiflədir. Müsbət xəyali motivin köməyi

ilə,  insan gördüyü işə daha mühüm məna verməklə,  özünün

iradi səyini gücləndirmiş olur. Deməli, iradə həm də təxəyyüllə

də bağlıdır.  Belə ki,  insan fəaliyyət göstərəcəyi şəraiti

təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı icra edir.

Təlim prosesində,  eləcə də,  tərbiyə işində müəllimlər, 

tərbiyəçilər eləcə də valideynlər uşaqlarda görəcəkləri işlə bağlı



361

müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən

kömək edə bilərlər.

IV.14.2. İradi işin quruluşu

İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. 

Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. 

Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas

mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud in-

tellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ.

Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun

əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar

qəbulu və işin planlaşdırması ilə xarakterizə olunur.  Qərarın

qəbulu yəni işin hansı şəkildə icra edilməsi,  iradi işin

quruluşunda mühüm mərhələdir.  Həqiqi iradi başlanğıc işin

məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul

edilməsində təzahür edir.

Zehni mərhələ,  xüsusən onun motivlər mübarizəsi və

qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İradi işin bir

elementi risk adlanır. Risk – o halda işə qoşulur ki, fəaliyyətin

nəticələrini proqnozlaşdırmaq mümkün olmasın. Səmərəli risk, 

mahiyyətinə görə çox mühüm iradi keyfiyyət hesab olunur.

İcra mərhələsi – iradi işin psixoloji məzmununu açıb

göstərən mərhələ hesab olunur.  Zehni mərhələ iradi işin icra

mərhələsi ilə tamamlanır. Elə insanın iradi keyfiyyətləri, ounn

nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar

olur.

Adətən öz strukturuna görə iradi işləri iki qrupa bölmək



olar: sadə və mürəkkəb iradi işlər.

Sadə iradi iş qərar qəbulu və onun icrası ilə başa çatır. 

Məsələn, əgər  dərsə hazırlaşmağı qərara alır və dərhal stolun

arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə