Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə111/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   191

383

yə  ayırd  edirdi:  aşağı  səviyyə – kifayət  qədər  uyğunlaşma 

qabiliyyəti  olmayan  insanlar;  orta  səviyyə - ətraf  mühitdə  öz 

yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən 

insanlar;  ali  səviyyə - yaradıcı  səviyyədir.  O  ətraf  mühiti 

dəyişdirməyə çalışan insandır.

        Bu üç uyğunlaşma və  üstünlük səviyyələrini nəzərə alma 

əsasında  Lazurski  xarakterin  aşağıdakı  təsnifatını  təklif 

etmişdir:

        Aşağı  səviyyə: 1)  ağıllı  tip;  2)  affektiv  tip  (hərəkətli, 

hissiyatlı, xəyalpərvər); 3) fəal tip (impulsiv, enerjili, itaətkar,



fəal, inadkar).

        Orta səviyyə:1) praktik olmayan nəzəriyyəçilər,idealistlər 

(alimlər,  rəssamlar, dini xəyalpərəstlər);  2)  praktiklər  –

realistlər, alturistlər, ictimayətçilər, hökümlülər, evdarlar.

        Ali  səviyyə:  Bu  insanlara  şüurluluq,  ruhi  duyğuların 

uzlaşması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarak-

terin daha dəqiq anlaşılmasına gətirib çıxardı. 

        Fərdi  xarakterlərin tipologiyasını  təhlil  edən Z.Freyd

xarakterin  strukturu    ideyasını  əsas  götürərək  sübut  edir ki,

“müəyyən  əlamətlərdən  əsas  xarakterin  formalaşdırılması 

formulunu  çıxartmaq    olar,  həm  də  nəzərə  almaq  lazımdır  ki, 

daimi əlamətlər ya dəyişilməyən ilkin impulsları, ya da onların 

sublimasiyasını  və  ya  onların  yaratdığı  reaktiv  törəmələrini 

təmsil edir”.

        Erkən  uşaqlığın  xüsusiyyətləri,  psixoseksual  mərhələnin 

inkişaf  etməsinin  spesifikası,  müəyyən  psixoseksual  mərhə-

lənin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini  şərt-

ləndirir.  Freyd  xarakteri  oral-passiv,    oral-təcavüzkar,  anal-

xarakterə, genital xarakterə ayırırdı.

        Müasir  psixoanalitiklər    xüsusilə  A.Louenin  tipoloji  

modelində  xarakterin  aşağıdakı  tiplərini  ayırırlar:  aral,  mazo-

xist, əsəbi, fallik-narsis, şizoid.

.        A.Louen xarakter anlayışını yalnız pataloji hallarla

məhdudlaşdırmağı  təklif  edirdi.  İnsan  - əgər  onun  tipik 




384

davranış vasitələri,  yəni xarakteri  yoxdursa o sağlamdır.  Bu  o

deməkdir  ki,  o  real  həyatda  şəraitin  müəyyən  tələblərinə 

uyğunlaşaraq  özünü  çox  gözlənilməz  aparır.  Müasir  amerika 

psixologiyasında    xarakterin  iki  alternativ  tərifindən  istifadə 

olunur:  “Xarakter  – şəxsiyyətin  əxlaqi  və  mənəvi  baxışıdır”; 

“Xarakter – şəxsiyyətin sübutlara nöqteyi-nəzəridir”.

        R.Kettel  şəxsiyyətin  əsas  amilləri arasında  güc  və 

zəifliyi qeyd edirdi. Onun  funksiyası“Ali-mən”in  gücü sərt və 

prinsipial hərəkət edən insanın iradəsinin gücünü, “Ali-mən”in 

zəifliyi isə öz hərəkətlərində qeyri-sabit olan insanın iradəsinin 

zəifliyini bildirməkdən ibarətdir.

        Kettelə görə xarakter  – insanın  müəyyən  münasibətlərdə 

davranışında özünü biruzə verən, şəxsiyyətin  əldə etdiyi daha 

sabit  zəruri  xüsusiyyətlərinin  fərdi  uyğunluğudur.      Bunlar 

aşağıdakılardır:



1. Özünə münasibət  (tələbkarlığın,  tənqidin,  özünəqiy-

mətləndirmənin dərəcəsi).



2. Başqalarına  münasibət  (fərdilik  və  ya  kollektivçilik, 

eqoizm  və  ya  alturizm,  qəddarlıq  və  ya  xeyirxahlıq, 

laqeydlik və  ya həssaslıq, kobudluq və ya nəzakət,  ya-

lançılıq və ya düzgünlük və s.).



3. Tapşırılan  işə  münasibət  (tənbəllik  və  ya  işgüzarlıq, 

səliqəlilik və ya pintilik, təşəbbüskarlıq və ya passivlik, 

səbirlilik  və  ya  səbirsizlik,  məsuliyyət  və  ya    məs-

uliyyətsizlik, təşkilarçılıq və s.).



4. Xarakterdə  iradi  keyfiyyətlər  də  öz  əksini  tapır:  çə-

tinlikləri,  mənəvi  və  fiziki  ağrıları dəf  etməyə  hazır 

olmaq, sərbəstliyin, intizamın, inadkarlığın dərəcəsi.

        Xarakterin ayrı-ayrı xüsusiyyətləri bir-birindən asılıdır və 

bir-birləri ilə sıx bağlıdır. Xarakterin əlamətləri (xüsusiyyətləri) 

dedikdə insan şəxsiyyətinin bu və ya başqa xüsusiyyətləri  başa 

düşülür. Bu xüsusiyyətlər insanın müxtəlif fəaliyyət növlərində 

sistemli  şəkildə  özünü  biruzə  verir  və  bunlara  görə  müəyyən 

şəraitdə  şəxsiyyətin  etdiyi  hərəkətləri  qiymətləndirmək  olar. 



385

Əlamətlərin  birinci  qrupuna  şəxsiyyətin  istiqamətini  (meylini) 

ifadə  edən  xüsusiyyətlər  (sabit  ehtiyaclar,  maraqlar,  meyllər, 

ideallar,  məqsədlər),  ətraf  mühitə  münasibətlər  və  bu  mü-

nasibətləri  həyata  keçirmənin  fərdi-özünə  məxsus  vasitələrini 

təmsil edən sistem daxildir. İkinci qrupa xarakterin intelektual, 

iradi və emosional xüsusiyyətləri daxildir.

        Xarakterin  tiplərinin  başqa  təsnifatları  da  var.  Məsələn, 

insanın  həyata,  cəmiyyətə,  mənəvi  dəyərlərə  münasibəti  əsa-

sında  qurulmuş  xarakter  tipologiyası  çox  məşhurdur.  Onun 

müəllifi  bu  tipologiyanı  xarakterin  sosial  tipologiyası  ad-

landıran  E.Frommdur.  E.Fromm adamları  bir  şəxsiyyət  kimi 

dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha.

        E.Fromun  fikrincə  mazoxist  tipə  malik  olan  adam  uğur-

suzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özü-

nü günahkar sayır.

        Sadist  tip öz  uğursuzluqlarının  səbəbini  özündə  deyil, 

başqa  adamlarda,  cəmiyyətdə  görür.  O,  adamları  və  dünyanı 

düşmən  kimi  qavrayır  və  onları    məhv  etməyə  cəhd  göstərir. 

Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.

        Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə 

onlar  kimi  olmağa,  onlardan  fərqlənməməyə  cəhd  edir.  O, 

həmişə mövcüd şəraitə uyğunlaşır.

        Tənha  tip həmişə  mübarizədən,  cəmiyyətdən  uzaqlaşır, 

situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.

        K.Yunq  tərəfindən  irəli  sürülmüş  ekstravert  və  introvert

tipli  xarakterlərin  təsnifatı    geniş  yayılmışdır.  Ekstravertlərə 

coşqunluq,  təşəbbüskarlıq, uyuşqanlıq,  ünsiyyətlilik  xasdır. 

İntrovertlər  üçün  öz  daxili  aləmində  baş  verənlərdə  şəxsi 

maraqlarını  güdməsi,  ünsiyyətsiz,  qapalı,  özünü  təhlilə  meyl, 

uyğunlaşmada  çətinlik  çəkmək  xarakterikdir.  Həmçinin 

xarakteri  konform  və  sərbəst,  hakim  və itaətkar,  normativ  və 

anarxist tiplərə də ayırmaq olar.

        Psixoloq  S.Məcidovanın  işləyib  hazırladığı  tipologiya 

“69”  adlanan  xarakterin  tipologiyası  da  maraq  doğurur.  Bu 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə