392
haqqında çox maraqlı və dəyərli təcrübələr var. Buna biz
təxminən yüz il bundan əvvəl yazılmış A.F.Lazurskinin
əsərlərində rast gəlirik. A.F.Lazurski “endopsixika və ekzo-
psixika” anlayışlarını təsdiq etmişdi. “Endopsixika” anlayışı
dedikdə o xarakter, temperament və əqli qabiliyyətlərin də aid
edildiyi daxili psixi (psixofizioloji) funksiyaların məcmuunu
nəzərdə tutur. Şəxsiyyətin münasibətini – təbiətə, cəmiyyətə,
mənəvi dəyərlərə münasibətlərinin cəmini isə o “ekzo-
psixika”ya aid etməyi təklif edir. Şəxsiyyətin yetkinliyinin
müxtəlif dərəcələrini nəzərdən keçirərək Lazurski onları üç:
aşağı, orta yüksək (ali) səviyyələrə ayırır. Səviyyələr arasında
fərqin əs.gasını o endopsixikadan ekzopsixikaya keçiddə görür.
Aşağı səviyyənin nümayəndələrini Lazurski aşağıdakı
tiplərə bölür: “dərrakəli”, “tez qızışan”, “fəal”. Ehtimal ki,
burada təsnifat müəyyən şəxslərin necə hərəkət etdikləri və
necə yaşadıqlarının əlamətlərinə görə aparılır. Müəllif ali
səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iştirakına görə
müəyyən edir. Ali səviyyəyə aid olan şəxsiyyətlər nəyə əsl
meylləri olduqlarını (məsələn, “biliyə”, “gözəlliyə”, “altu-
rizmə”) tez müəyyən edirlər.
Beləliklə, demək olar ki, aşağı səviyyədən ali səviyyəyə
keçərkən A.F.Lazurski insan şəxsiyyətinin xarakter əlamət-
lərini şəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir.
393
V 16.5. Xarakterin formalaşmasının şərtləri
İnsanın xarakteri adətən sosial amillərin təsiri
altında formalaşır. Xarakterin formalaşması problemini
nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də
dəyişkən olması prinsipini tətbiq etmək lazımdır. Bundan
başqa, şəxsiyyətin ən vacib xüsusiyyətlərindən biri olan
xarakter – ictimai tarixi bir kateqoriyadır, ona görə də insanın
xarakterinin formalaşmasından danışarkən həmişə sosial
şərtlərin təsirini nəzərdə tutmaq lazımdır. İnsanın xarakterinin
formalaşmasına sosial mühitin təsiri hər şeydən əvvəl müxtəlif
ictimai formasiyalarda tipik xarakterlərin müqayisəsi ilə sübut
edilir. Kiçik qrupların psixologiyası onun üzvlərinin
xarakterlərinin
formalaşmasında
böyük
rol
oynayır.
Xarakterin formalaşmasına eyni zamanda bioloji şərtlər də
təsir edir. Ancaq, xarakterin formalaşmasına irsi təsirin
əhəmiyyətli roluna isnad edərkən çox ehtiyatlı olmaq lazımdır.
A.N.Leontyevin sözlərilə desək, bioloji irsilik əhəmiyyətsiz
sayılmır, ancaq mənimsəmə prosesi ilə müqayisədə o asılı
vəziyyətdə olur.
Xarakterin əlamətlərində cinsi və psixi fərqlərin prob-
leminin həlli üçün bir çox tədqiqatlar aparılmış, hətta kişilik-
qadınlığın müəyyənləşdirilməsi üçün xüsusi testlər də işlənib
hazırlanmışdır. Şəxsiyyətin xüsusiyyətlərində cinsi fərqlər
ortaya çıxıb. Məsələn, kişilər daha özünə güvənən, aqressiv,
inadkar və cəsarətlidirlər, xasiyyət, danışıq və hisslərində daha
çox kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyir-
xah və emosionaldırlar.
Xarakterin formalaşmasının bioloji şərtlərindən danı-
şarkən fiziki tərbiyənin böyük əhəmiyyətini qeyd etmək
lazımdır. İdmançıların xarakterində iradəlilik xüsusiyyətlərinin
tərbiyəsinə həsr olunmuş bir çox əsərlər mövcuddur. Daha
ümumiləşdirilmiş formada bu problem P.A.Rudik, A.Ç.Puni,
394
O.A.Çernikova tərəfindən təhlil edilmişdir.
Həyat öz müxtəlifliyi ilə tərbiyə edir, ancaq xarakterin
formalaşmasının əsas amili ailə və məktəbdir. Uşaqların
xarakterinin bir çox qüsurları ailədə düzgün olmayan tərbi-
yənin nəticəsidir, məsələn, ərköyünlik, inadkarlıq, şıltaqlıq və
eqoizm yaradır, fiziki cəza isə uşaqları kobud, sərt bəzən isə
qorxaq, yalançı, aciz edir. Ancaq heç də həmişə uşaqların
xarakterinin qüsurlarını ailə tərbiyəsinin səhv olması ilə izah
etmək düzgün olmaz. Bəzən xarakterin yaranmış xüsusiy-
yətlərini uşaqlar “küçənin”, pis məktəb yoldaşlarının və s. təsiri
altında qazanırlar.
Məktəblilərin xarakterinin formalaşdırılması məktəbdə
təlim və tərbiyənin əsas vəzifələrindən biridir.
Xarakterin formalaşmasının əsas şərtlərinin siyahısına
özünü tərbiyəni də əlavə edirlər.
Məlumdur ki, xarakterin formalaşmasına ətraf mühit təsir
edir. Bioloji şərtlər də əhəmiyyətli rol oynayır. Bu şərtlər
xarakterin formalaşmasına fatalist təsir etmir, onlar həmişə
müxtəlif və öz qanunauyğunluqları olan daxili şərtlər vasitəsilə
dəyişir.
Xarakterin formalaşmasında kompensasiya hadisəsi də
böyük rol oynayır. Xarakterin bir əlaməti zəiflədikdə bu
çatışmazlığın əvəzinə başqa əlamət daha yaxşı inkişaf edir.
Xarakterin formalaşması daxili vəziyyətdən də asılı
olur. L.S.Vıqotski uşaq üzərində hər hansı bir təsir onu uşağın
hiss etməsi nöqteyi-nəzərindən ona subyektiv münasibətindən
keçməsi anlayışını inkişaf etdirmişdir. İnkişafın uşağın daxili
vəziyyətindən asılılığı prinsipi daha sonra A.N.Leontyev
tərəfindən inkişaf etdirilmiş və L.İ.Bojoviç və onun əmək-
daşlarının tədqiqatlarında xüsusi sübutlarla təsdiq olunmuşdur.
Bojoviç daxili vəziyyəti uşağın şəxsi ehtiyacları və arzularının
sistemi kimi müəyyən edir. Daxili vəziyyət həm də yaşlı
insanların xarakterinin dinamikliyində az rol oynamır, məsələn,
inadkar adamın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha
Dostları ilə paylaş: |