Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə116/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   191

400

B.M.Teplov «qabiliyyət»  anlayışının üç əsas əlamətini qeyd

etmişdir.

1

B.M.Teplova görə qabiliyyətlər altında,  birincisi, 



insanları

bir-birlərindən

fərqləndirən

fərdi-psixoloji

xüsusiyyətlər başa düşülür. İkincisi, ümumiyyətlə hər cür fərdi

xüsusiyyəti deyil, yalnız hər hansı bir və ya bir neçə fəaliyyəti

müvəffəqiyyətlə icra etməyə imkan verən fərdi xüsusiyyəti

qabiliyyət  adlandırmaq olar.

Üçüncü,  «qabiliyyət»  anlayışını hər hansı bir insanda

artıq yaranmış olan bilik, vərdiş və bacarıqlarla eyniləşdirmək

olmaz.

A.V.Petrovskinin



M.Q.Yaroşevskinin

fikrincə

qabiliyyətlər və bilik, qabiliyyətlər və bacarıq, qabiliyyətlər və

vərdişlər eyniyyət təşkil etmir.  Bilik,  bacarıq və vərdişlərə

nisbətdə qabiliyyətlər bir növ imkan kimi çıxış edir.  Onların

fikrincə psixologiya elmi qabiliyyətlər ilə fəaliyyətin mühüm

komponentləri olan bilik,  bacarıq və vərdişlərin eyni

olmadıqlarını inkar etməklə yanaşı, onların vəhdətini də xüsusi

olaraq göstərir.  Qabiliyyətlər yalnız fəaliyyətdə,  özü də həmin

qabiliyyətlər olmadan icrası mümkün olmayan fəaliyyətdə

aşkar olunur.

Bəs qabiliyyətlərin bilik,  bacarıq və vərdişlərlə vəhdəti

nədə ifadə olunur?  Qabiliyyətlər bilavasitə bilik,  bacarıq və

vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bütün

başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik

və bacarıqlara yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və

möhkəm icra olunmasında təzahür edir.

Qeyd edilənlərdən aydın olur ki,  qabiliyyətlər şəx-

siyyətin fərdi-psixoloji xüsusiyyətləri olub,  hər hansı bir

fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin

fəaliyyət üçün zəruri sayılan bilik,  bacarıq və vərdişlərə

                                                

1

Теплов Б.М. Способность и одаренность. // Хрестоматия  по 

возрастной и педагогической психологии. – М., 1981, с. 32-33.



401

yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır.



Qabiliyyət və istedad. Burada yeri gəlmişkən qabiliyyət və

istedad anlayışlarının fərqləndirilməsinə də diqqət yetirmək lazım

gəlir.  Psixoloji

ədəbiyyatı

nəzərdən

keçirdikdə

müasir

psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsu-



si yer tutur. Psixoloqlar bunu hər şeydən əvvəl onunla bağlı hesab

edirlər ki,  qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin

təhlili təkcə elmi nəzəri məsələ olaraq qalmır. Onun mühüm praktik

əhəmiyyəti də vardır.  Təcrübə göstərir ki,  insanın hər hansı bir

fəaliyyəti müvəffəqiyyətlə icra etməsi üçün tək bir qabiliyyət deyil, 

bir neçə qabiliyyət iştirak edir. Bu baxımdan qabiliyyətlərin bir və



ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan

özünəməxsus birliyi istedad adlanır.

Professor Ə.S.Bayramov və prof. Ə.Ə.Əlizadənin qeyd

etdikləri kimi, əgər müşahidəçilik, poetik görmə, surət, hiss və

hərəkət hafizəsi,  yaradıcı təxəyyül,  obrazlı təfəkkür,  lüğət

ehtiyatının zənginliyi və ifadəli dil,  söz assosiasiyalarının

zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində

üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etməyə imkan

verirsə, bu ədəbi istedaddır.

Pedaqoji istedadı da bu cür xarakterizə etmək olar. Bu-

raya müşahidəçilik, didaktik, komunikativ, perseptiv, pedaqoji

təxəyyül,  yüksək nitq, suqqestik və s. qabiliyyətlərin məcmuu

daxildir.  Bu cür istedada malik olan müəllim pedaqoji

fəaliyyəti yüksək müvəffəqiyyətlə yerinə yetirə bilir.

İstedadın uşaqlıq, yeniyetməlik və gənclik yaşı dövrləri

üçün səciyyəvi olan aşağıdakı növlərini qeyd etmək olar:

                                         

                                   

                                                          

                                                        

Йарадыъы 

башланьыъ

Академик истедад

Бядии истедад

Конструктив (техники)

истедад



402

                                             

                                      

                                         

                 

                           Şəkil 17

İstedadın növləri (Ə.Ə.Əlizadəyə görə)

Professor Ə.Ə.Əlizadə haqlı olaraq istedadı yaradıcılıq

hadisəsi adlandırır. Onun hansı növü olursa olsun, ancaq və an-

caq    yaradıcılıq kontekstində nəinki dəyərləndirilməlidir,  həm

də öyrənilməlidir

1

.



Qabiliyyətlərin mahiyyətini dərk etmək üçün onları

keyfiyyət və kəmiyyət baxımından xarakterizə etmək zəruridir.



V.12. 2. Qabiliyyətlərin keyfiyyət və

kəmiyyət xarakteristikası

Qabiliyyətlərin keyfiyyət xarakteristikası. İnsanın nəyə

qabil olması,  onun yerinə yetirdiyi fəaliyyət prosesində hansı

fərdi-psixoloji

xüsusiyyətlərin

müvəffəqiyyət

qazandırıcı

imkanlar kimi iştirak etməsi onun qabiliyyətlərinin keyfiyyət

xarakteristikası kimi özünü göstərir.        

Bu sahədə araşdırma aparmış psixoloqların qeyd

etdikləri kimi,  qabiliyyətlər onların keyfiyyət xüsusiyyətləri

baxımından fəaliyyətin müvəffəqiyyətli icrasını təmin edən

mürəkkəb psixoloji xassələr kompleksi,  müxtəlif yollarla

məqsədə nail olmağa imkan verən dəyişən «kəmiyyətlər» 

yığımı kimi özünü göstərir.  Bunu aparılmış tədqiqatların

nəticələri də sübut etmişdir.

                                                

1

Ялизадя Я.Я. Истедадлы ушаглар. Психоложи мясяляляр. Есселяр, 

етüдляр. – Бакы, 2005, сящ. 29

Психомотор

истедад


Сосиал истедад

Педагожи истедад




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə