Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə117/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   191

403

Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və

ya oxşar nəaliyyətin əldə edilməsinin əsasında tamamilə

müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər.  Bu isə insan

qabiliyyətlərinin belə bir  mühüm cəhətini açmağa imkan verir

ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür. Bunun

üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə inkişaf

etdirməsi zəruridir.

Qabiliyyətlərin kompensasiya imkanları haqqında çoxlu

həyati faktlar mövcuddur.  Bunu O.İ.Skoroxodovanın həyat və

fəaliyyəti bir daha təsdiq edir.  O.İ.Skoroxodova xəstəlik

nəticəsində

erkən

uşaqlıq


yaşında

görmə


eşitmə


qabiliyyətini

itirmişdir.  Onunla

pedaqoq



psixoloq



İ.A.Sokolyanski xüsusi təlim keçmiş.  Nəticədə O.İ.Skoro-

xodovada


həm

elmi


yaradıcılıq, 

həm


ədiblik


qabiliyyətlərinin olduğunu müəyyənləşdirmiş və inkişaf

etdirmişdir.  Düzgün təlim sistemi və böyük,  təkidli zəhmət

sayəsində O.İ.Skoroxodova özündə iybilmə,  ehtizaz,  lamisə

duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkişaf

etdirmiş    və nəticədə özündə çatışmayan qabiliyyətləri əvəz

etmək imkanı əldə etmişdir. O.İ.Skoroxodova iyindən adamları

tanıya,  əlini toxundurmaqla əşyaları fərqləndirə,  otaqdakı

əşyaların arasında sərbəst hərəkət edə bilmişdir.  Bununla

yanaşı olaraq ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, yazdığı

şeirləri ilə ətrafdakıları təəccübləndirmişdir.

1

B.M.Teplovun qeyd etdiyi kimi,  «mövcud olmayan



qabiliyyət çox geniş səviyyədə həmin insanda mövcud olan

yüksək inkişaf etmiş digər qabiliyyətlə əvəz oluna bilər»

2

.

Təcrübə göstərir ki,  bir qabiliyyətin inkişaf etdirilmiş



başqa bir qabiliyyətlə əvəz edilməsi xassəsi hər bir adamın

                                                

1

Скороходова О.И. Как я воспринимаю, представляю и понимаю 

окружающей мир. – М., 1972. 

2

Теплов Б.М. Способности и одаренность // Хрестоматия по 

возрастной и педагогической психологии. – М., 1981, с. 33.




404

qarşısında peşə seçmək və təkmilləşmək sahəsində son dərəcə

geniş imkanlar açır.

Bütövlükdə qabiliyyətlərin keyfiyyət xarakteristikası

insanın hansı əmək fəaliyyəti sahəsində daha tez öz yerini

tapması,  müvəffəqiyyət və nailiyyət əldə edə bilməsi sualına

cavab verməyə imkan yaradır.  Bununla da qabiliyyətlərin

keyfiyyət xarakteristikası onların kəmiyyət xarakteristikası ilə

sıx şəkildə bağlıdır. Fəaliyyətin tələblərinə cavab verən konkret

psixoloji keyfiyyətləri müəyyən etdikdən sonra bu keyfiyyətin

hər bir adamda öz iş və dərs yoldaşlarına nisbətən nə dərəcədə

az və ya çox inkişaf etməsi sualına cavab vermək olar.



Qabiliyyətlərin 

 

kəmiyyət

baxımından

xarakteristikası



ölçülməsi.

Psixologiya

tarixində

qabiliyyətlərin kəmiyyət baxımından ölçülməsi XIX əsrin

sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Həmin  dövrdə bir

sıra psixoloqlar (Kettel, Termen, Spirmen və başqaları) kütləvi

ixtisaslar üçün daha münasib namizədlər seçmək işini sahmana

salmaq məqsədilə insanların qabiliyyət səviyyələrini    aşkara

çıxarmaq təklifini irəli sürmüşlər.  Bunun üçün məqsəd

qabiliyyətinə görə şəxsiyyətinə yerini və onun bu və ya digər

əmək    fəaliyyətinə,  məsələn,  ali məktəblərdə təhsil almağa, 

istehsalatda,  orduda və ictimai həyatda yüksək vəzifələri

tutmağa nə dərəcədə yararlı olduğunu müəyyən etmək

olmuşdur.

Qabiliyyətlərin ölçülməsi vasitəsi kimi əqli istedad

testlərindən istifadə olunmağa başlanmışdır.  Bu testlərin

köməyi ilə bir sıra ölkələrdə əhali    arasında qabiliyyətlərin

müəyyənləşdirilməsi

məktəblərdə



şagirdlərin

qruplaşdırılması,  orduda zabit vəzifələrinin,  sənayedə rəhbər

vəzifələrinin tutulması və s. həyata keçirildi.

Məzmun etibarilə əqli istedad testləri bir sıra sual və

məsələlərdən ibarətdir.  Testlərin həllinin müvəffəqiyyətlilik

dərəcəsi (sərf olunan vaxtın miqdarı nəzərə alınmaq şərtilə) bal

və xalların cəmi ilə hesablanır.



405

Adətən,  testlər

getdikcə

mürəkkəbləşən

testlər

batareyasında birləşdirilir.  Testlər batareyası həll edilib



qurtardıqdan sonra alınmış nəticələr standart yolla hesablanır, 

hər bir yoxlananın topladığı xalın miqdarı yekunlaşdırılır.  Bu

əqli istedad əmsalı (İQ)  adlanan ölçünün müəyyən edilməsinə

imkan verir.

Bəs intellektin səviyyəsini necə müəyyən etmək,  onu

necə ölçmək olar?  Bu sahədə ilk təşəbbüs və fəaliyyəti

görkəmli fransız psixoloqu Alfred Bine (1857-1911)  həyata

keçirmişdir.  Əqli cəhətdən geri qalan uşaqlar problemini

öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı

yol işləyib hazırladı.  Bunun üçün uşaqlar tərəfindən

müvəffəqiyyətlə həll edilməsi mümkün olan xüsusi tapşırıqlar

hazırlayıb ondan istifadə etməyi təklif etdi.  A.Bine digər

fransız psixoloqu T.Simonla birlikdə müxtəlif yaşlı uşaqların

diqqətini,  hafizəsini,  təfəkkürünü və s.  öyrənməyə başladı. 

Nəticədə yeni - Bine-Simon testləri yarandı.  Bu testalogiyada

yeni istiqamət oldu.  Bu testlə yoxlanan uşaq öz həmyaşıdları

tərəfindən yerinə yetirilən tapşırıqları həll edə bilirdisə, o, nor-

mal uşaq hesab edilirdi.  Lakin bir sıra hallarda həmin

tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olur-

du. Bu sahədə aparılan tədqiqatlar testalogiyada xronoloji yaş -

CA (Chroniloqical Aqe)  anlayışı ilə yanaşı ağıl yaşı -    MA

(Mental Aqe) anlayışından istifadə olunmağa başlandı. Onların

bir-birinə üyğun gəlməməsi ya əqli geriliyin (MA CA-dan

aşağı olanda),  ya da istedadın (MA CA-dan yüksək olanda) 

göstəricisi hesab olunurdu.  1912-si ildə V.Ştern onların

nisbətini intellekt əmsalı (İQ) (ingiliscə - intelliqence quotient) 

adlandırdı. Əmsalı müəyyən edərkən, məsələn, nəzərə alınır ki, 

11,5  yaş uşaqlar üçün xalların orta yekunu 120-yə

yaxınlaşmalıdır.  Buradanda belə bir sadə nəticə çıxarılar ki, 

120  xal toplamış hər bir uşağın ağıl yaşı 11  il yarıma

bərabərdir. Onun əsasında əqli istedad əmsalı aşağıdakı düstur-

la hesablanır:




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə