Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə120/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   191

412

imkanlardırlar.  Həmin imkanlar yalnız müvafiq şəraitin,  təlim

və tərbiyənin təsiri altında bu və ya digər fəaliyyətin

müvəffəqiyyətlə

icrasını

təmin


edən

qabiliyyətin

formalaşmasına gətirib çıxara bilər. Əgər belə şərait yaranmaz-

sa həmin imkanlar yalnız imkan səviyyəsində qalacaq, 

qabiliyyətə çevrilməyəcəkdir.  Çünki hər cür qabiliyyət nəyə

isə,  hər hansı bir konkret insan fəaliyyəti və ya fəaliyyətləri

üçün qabiliyyətdir.  Əks halda «qabiliyyət»  sözü mənasız bir

sözə çevrilərdi.

Ümumiyyətlə götürdükdə təbii imkanlar çoxmənalı, 

çoxcəhətli xarakter daşıyır.  Belə ki,  fəaliyyətin verdiyi

tələblərin xarakterindən asılı olaraq eyni təbii imkanların

əsasında müxtəlif qabiliyyətlər inkişaf etdirilə bilər.

Hazırkı dövrdə təbii imkanların qabiliyyətlərin inkişafı

üçün az və ya çox təsir göstərməsi barədə müxtəlif fikirlər

mövcuddur. 

Məsələn, müasir fiziologiyada belə bir fikir irəli sürülür

ki,  nitqin hərəki mərkəzi beyinin sol yarım kürələrinin alt

qırışlarının arxa hissəsinin üçdə birində, nitqi anlama mərkəzi

isə sol yarımkürələrin yuxarı gicgah qırışlarının arxa hissəsinin

üçdə birində yerləşir. Əgər nəzərə alsaq ki,  insan nitqi beynin

ayrı-ayrı

sahələrinin

mürəkkəb

qarşılıqlı

əlaqəsinin

məhsuludur, onda belə bir fikri əsas götürə bilmərik ki, insanın

nitq fəaliyyəti ilə bağlı olan qabiliyyəti beynin yalnız bir sahəsi

ilə lokallaşa bilər. 

Bununla yanaşı olaraq yaşlı adamlarda beyin çəkisinin

orta hesabla 1400  qramdan çox və ya az olmasının insanların

əqli qabiliyyətcə fərqlənmələrinə səbəb olması haqqında

fikirləri də əsaslandırmaq imkanı vermədi.  (İ.S.Turgenevin

beyin çəkisi 2012q,  C.Bayronun-1800q.  görkəmli kimyaçı

U.Libixin-1362q; yazıçı A.Fransın-1017q; olmuşdur).

Hazırda təbii imkanların beyin və hiss üzvlərinin mi-

krostruktura ilə əlaqələndirən fərziyyələr daha səmərəli hesab

olunur.  Güman edirlər ki,  beyin hüceyrəsi quruluşunun daha



413

dərindən tədqiqi istedadlı şəxsin sinir toxumasını fərqləndirən

morfoloji və funksional xüsusiyyətləri müəyyən etməyə imkan

verər.  Bununla

yanaşı olaraq,  təbii

imkanların sinir

proseslərinin bəzi fərqləndirici xüsusiyyətləri ilə (onların

qüvvə, müvazinət və mühərrikliyə görə fərqləri ilə) və deməli

ali sinir fəaliyyətinin tipi ilə şərtləndiyini irəli sürən fərziyyələr

də mövcuddur.



Qabiliyyətlər_və__irsiyyət'>Qabiliyyətlər və  irsiyyət.   Qabiliyyət və irsiyyət prob-

lemi mutəxəssislərin    diqqətini cəlb edən problemlərdən biri

olmuşdur.  Qabiliyyətlərin təbii ilkin şərtləri olan təbii  

imkanların bütün digər morfoloji və fizioloji keyfiyyətlər kimi, 

ümumi genetik qanunlara tabe olduğu qeyd olunur. Lakin təbii

imkanların

irsən

keçməsinin



mümkün

olması


fikrini

qabiliyyətlərin irsiliyi ideyası ilə eyniləşdirmək olmaz.  Bu

problemin öyrənilməsi ilə mütəxəssislər məşğul olmuşlar. 

1875-ci ildə ingilis antropoloqu və psixoloqu F.Haltonun

«Talantın irsiliyi onun qanunları və nəticələri» adlı kitabı nəşr

olunmuşdur.  Müəllif bir neçə görkəmli şəxsiyyətin qohumluq

əlaqələrini öyrənərək belə bir nəticəyə gəlmişdir ki,  talant ya

ata,  ya da ana xətti ilə nəsildən nəsilə keçir.  Lakin Haltonun

gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini

əsaslandırmaq üçün heç bir elmi dəlil gətirə bilməmişdir.  Bu-

nunla belə mütəxəssislər belə bir fikrə gəlmişlər ki, əksər hal-

larda görkəmli şəxsiyyətlərin nəsil ağacının öyrənilməsi bioloji

irsiyyət deyil,  həyat şəraitinin,  qabiliyyətlərin inkişafı üçün

zəruri olan əlverişli ictimai şəraitin irsi xarakter daşımasını

sübut edir.

Ümumiyyətlə,  aparılmış tədqiqatlar və ciddi statistika

qabiliyyət və talantların irsiliyi barədə heç bir əsas vermir. Bu

və ya digər təbii imkanın irsən keçməsi qabiliyyətin və talantın

irsən keçməsi demək deyildir. Qabiliyyətlərin yaranması üçün

zəruri olan təbii imkanlar  yalnız müvafiq şəraitdə qabiliyyətin

formalaşmasına gətirib çıxara bilir. 



414

V. 17. 5. Qabiliyyətlərin formalaşması

Qabiliyyətlər



təlim.

Qabiliyyətlərin

formalaşmasında    ən önəmli rolu təlim oynayır.  Təbii imkan-

lardan      danışarkən qeyd olunduğu    kimi,    qabiliyyətlərin  

inkişafı müxtəlif adamlarda heç də eyni cür olmayan təbii ilkin

şərtlərdən asılı olsa da,  qabiliyyətlər daha çox bəşər tarixinin

məhsuludur.  İnsan bəşəriyyətin əldə etdiyi təcrübəni,  bilik

sərvətlərini mənimsəmədən müvafiq qabiliyyətlərə yiyələnməsi

mümkün deyildir. Bununüçünsə təlim xüsusi yer tutur. İnsanlar

təlim


prosesində

tarixən


əldə

edilmiş


nailiyyətlərə

yiyələnməklə,  öz qabiliyyətlərini formalaşdırırlar.  A.V. Pe-

trovski və M.Q.Yaraşevskinin qeyd    etdikləri kimi «qabiliy-

yətlərin təzahürü insanların tarixən ictimai tələbatlara cavab

vermək məqsədilə əldə etdikləri müvafiq bilik,  bacarıq və

vərdişlərin formalaşmasının konkret iş pryomlarından (metodi-

kadan) bilavasitə asılıdır».

Aparılmış tədqiqatlar və həyati faktlar bu fikri bir daha

təsdiq etmişdir.  Məktəb təcrübəsində bunu aydın görürük. 

Beləki bəzi müəllimlər səmərəli təlim metodlarının tətbiqi

sayəsində

öz

siniflərində



oxuyan

bütün


şagirdlərin

qrammatikanı,  riyaziyyatı və s.  mənimsəmələrinə nail ola

bilirlər. Adətən, tətbiq olunan metodika uğur qazanmağa imkan

vermədikdə qabiliyyətin anadangəlmə olmasına xüsusi diqqət

yetirirlər. 

Bununla


belə, 

şübhəsiz


təbii

imkanların

səviyyəsindən asılı olaraq uşaqların müəyyən fəaliyyət növünü

mənimsəmələri fərqli xarakter daşıyacaqdır.  Bir cəhəti də

nəzərə almaq lazımdır ki, hətta yüksək təbii imkana malik olan

insanlarda da müvafiq qabiliyyətlərin formalaşması üçün

onların təlim fəaliyyətinə cəlb olunmaları,  bu zaman lazımi

təlim metodlarından istifadə olunması zəruridir.



Qabiliyyətlər



maraqlar

Qabiliyyətlərin

formalaşmasında təlimlə yanaşı davamlı xüsusi maraqlar da



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə