422
rolunu, təlim motivlərinin psixoloji xüsusiyyətlərini, təlim
fəaliyyətinin struktur komponentlərini, əqli fəaliyyətin priyom
və vərdişlərinin mənimsənilməsi prosesinin idarə olunması
problemlərini öyrənmək müasir pedaqoji psixologiyanın
predmetinə daxil olan ən mühüm komponentlərdəndir. Bunlar-
la yanaşı olaraq, təlimdə müvəffəqiyyəti və müvəffəqiyyətsiz-
liyi şərtləndirən psixoloji amilləri, müasir dərsə verilən psix-
oloji tələbləri, təlim prosesində müasir texniki vasitələrdən
istifadənin psixoloji xüsusiyyətləri, pedaqoji fəaliyyətin psix-
oloji xüsusiyyətləri, müəllim və şagirdlərin qarşılıqlı mü-
nasibətlərinin, müəllimin pedaqoji bacarıq və vərdişlərinin,
xüsusilə onun pedaqoji ünsiyyəti və pedaqoji mərifətinin psix-
oloji mexanizmlərini və təlim və tərbiyənin digər mühüm psix-
oloji məsələlərini öyrənmək, aşkara çıxarmaq da pedaqoji
psixologiyanın predmetini təşkil edir.
423
VI. 18. 2. Yaş psixologiyasının əsas bölmələri və vəzifələri
Yaş psixologiyası müasir psixologiya elminin əsas
sahələrindən biri olmaqla yanaşı onun da özünəməxsus və bir-
birini tamamlayan bölmələri vardır. Bunlara aşağıdakılar dax-
ildir: uşaq
psixologiyası, yeniyetmələrin
psixologiyası,
gəncliyin psixologiyası, yaşlı adamların psixologiyası, uzun
ömürlülük psixologiyası (herontopsixologiya).
Müasir yaş psixologiyasının qarşısında duran vəzifələr
geniş və çoxsahəlidir. Yaş psixologiyasının qarşısında duran
əsas vəzifə şəxsiyyətin inkişaf problemlərini, ayrı-ayrı yaş
dövrlərində onun xüsusiyyətlərini, psixi inkişafın dinamikasını,
ümumi
qanunauyğunluqlarını
öyrənməkdən
ibarətdir.
Şəxsiyyətin yaş aspektində inkişafının hərəkətverici qüvvələri,
mexanizm, şərait və amillərinin, təlim-tərbiyə prosesində psixi
inkişafın yaş xüsusiyyətlərini nəzərə almağın səmərəli
yollarının və s. öyrənilməsi də yaş psixologiyasının qarşısında
duran mühüm vəzifələrdən hesab edilir.
VI. 18. 3. Psixi inkişafın yaş dövrləri
Psixi inkişafın yaş dövrlərinin müəyyənləşdirilməsi
prinsipləri. Psixoloji ədəbiyyatda uşağın inkişaf prosesi
haqqında iki müxtəlif nöqteyi-nəzər mövcud olmuşdur. Bun-
lardan birinə görə bu inkişaf prosesi fasiləsiz, digərinə görə
diskret - qeyri-bərabər xarakter daşıyır. Birinci fikrə görə
inkişaf dayanmadan, sürətlənmədən, ləngimədən baş verir. Ona
görə də bir mərhələni digərindən fərqləndirəcək hər hansı dəqiq
sərhəddi müəyyənləşdirmək mümkün deyildir. İkinci nöqteyi-
nəzərə görə inkişaf qeyri-rəvan, qeyri-bərabər şəkildə gedir.
Onun sürəti gah arta, gah da azala bilir. Bu isə inkişafın
keyfiyyətcə bir-birindən fərqlənən mərhələlərini, yaş dövrlərini
müəyyənləşdirməyə imkan verir. Bu fikrin tərəfdarları hesab
424
edirlər ki, hər bir mərhələdə inkişaf səviyyəsini şərtləndirən
əsas, aparıcı amillər mövcuddur. Bununla yanaşı, fərdi
xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar inkişafın hər
bir mərhələsini, onlardan heç birini buraxmadan, qabağa
qaçmadan keçirlər.
Psixi inkişafın yaş dövrləri haqqında həmin konsepsiya
psixoloji ədəbiyyatda özünə geniş yer tapmış və uşaqların
təlim-tərbiyəsində geniş istifadə olunan konsepsiyadır.
Adətən insan bütün həyatı boyu özünün tələbatlarını
ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin
müəyyən yaş dövründə həmin fəaliyyət növlərindən biri
digərlərinə nisbətən “əsas”, “aparıcı” fəaliyyət növü hesab olu-
nur. Əsas fəaliyyət növü uşağın müəyyən inkişaf mərhələsində
onun tələbatlarını ödəyən, onun psixi proseslərinin və
şəxsiyyətinin fərdi psixi xassələrinin inkişafını şərtləndirən
fəaliyyət növüdür. Uşağın əsas fəaliyyət növünün dəyişməsi
onun yeni yaş mərhələsinə keçməsini göstərən əsas amildir.
D.B.Elkoninə görə uşaq anadan olandan 17 yaşa qədər
olan dövrdə ardıcıl olaraq aşağıdakı əsas fəaliyyət növlərindən
istifadə edir
və
buna
müvafiq
olaraq
yaş
dövrləri
müəyyənləşdirilir
1
:
1)
bilavasitə-emosional ünsiyyət;
2)
əşyavi-manipulyativ fəaliyyət;
3)
rollu oyunlar;
4)
təlim fəaliyyəti;
5)
intim-şəxsi ünsiyyət;
6)
təlim-peşə fəaliyyəti.
Həmin əsas fəaliyyət növlərindən hansından istifadəyə
əsaslanaraq D.B.Elkonin müvafiq şəkildə uşağın anadan
olandan orta məktəbi qurtarana qədər aşağıdakı altı yaş
1
Эльконин Д.Б. К проблеме периодизаüии психического развития в
детском возрасте. Хрестоматия по возрастной и педагогической пси-
хологии. -М., 1981. стр.26.
425
dövrünü keçdiyini qeyd etmişdir:
1. Körpəlik dövrü: anadan olandan bir yaşa qədər.
Bu dövrdə bilavasitə emosional ünsiyyət aparıcı fəaliyyət
rolunu oynayır. İkinci ayda meydana gələn kompleks canlanma
uşağın böyüklərlə ünsiyyətinin mürəkkəb forması kimi özünü
göstərir. Böyüklərlə bu cür emosional ünsiyyət uşağın əşyalarla
müstəqil olaraq manipulyasiya aparmağa başladığı dövrə qədər
davam edir.
2. Erkən uşaqlıq dövrü: bir yaşdan üç yaşa qədər.
Bu dövrdə əşyavi-manipulyativ fəaliyyət aparıcı fəaliyyət
olur. Bu zaman bir növ xüsusi əşyavi fəaliyyətə keçid baş verir.
Eyni zamanda uşağın böyüklərlə verbal ünsiyyət forması
inkişaf edir.
Aparılmış tədqiqatlar göstərmişdir ki, bu dövrdə uşaqlar
nitqdən təfəkkür aləti kimi deyil, insanlarla birgə fəaliyyət
zamanı əməkdaşlığı təmin etmək üçün əlaqə vasitəsi kimi
istifadə edirlər.
3. Bağça yaşı dövrü: üç yaşdan altı-yeddi yaşa qədər.
Bu dövrdə oyun aparıcı fəaliyyət rolunu oynayır, uşağın
psixika və davranışının bütün cəhətlərinin inkişafı üçün şərait
yaradır. Xüsusi oyun tərzlərindən istifadə etməklə uşaq bir növ
böyüklərin rolunu öz oyunlarında təkrar edir, insanlar
arasındakı qarşılıqlı münasibətləri özünəməxsus şəkildə
mənimsəyir. Bu zaman rollu oyunlar fəallığın növü kimi özünü
göstərir.
4. Kiçik məktəb yaşı dövrü: altı-yeddi yaşdan on-on bir
yaşa qədər.
Bu dövrdə uşaqların psixi inkişafında təlim aparıcı
fəaliyyət kimi özünü göstərir. Təlim prosesində əqli və idrak
qabiliyyətləri formalaşmaqla, təlimin köməyi ilə uşağı əhatə
edən adamlarla onun münasibətlər sistemi şərtlənir.
5. Yeniyetməlik dövrü: on-on bir yaşdan on dörd-on beş
yaşa qədər.
Bu dövrdə əmək fəaliyyəti, eləcə də xüsusi ünsiyyət
Dostları ilə paylaş: |