Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə124/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   191

426

forması olan intim-şəxsi ünsiyyət meydana gəlir və inkişaf

edərək aparıcı fəaliyyət rolunu oynayır.  Ünsiyyətin başlıca

məqsədi yoldaşlıq və dostluğun elementar normalarının aşkara

çıxarılması və mənimsənilməsindən ibarət olur.  Ünsiyyətin

bütün formalarında yoldaşlığın özünəməxsus kodeksinə tabe

olmaq münasibəti müşahidə olunur. 

6.  İlk gənclik dövrü:  on dörd-on beş yaşdan on yeddi

yaşa qədər.

Bu dövrdə təlim-peşə fəaliyyəti aparıcı rol oynayır. 

Yeniyetməlik dövründə meydana gələn intim-şəxsi ünsiyyət

inkişafda mühüm əhəmiyyət kəsb edir.  İlk gənclik dövründə

həyata baxışlar, peşə və şəxsi özünütəsdiq inkişaf edir.

Psixoloji ədəbiyyatda insanın  bütün həyat silsiləsini əha-

tə edən aşağıdakı yaş dövrlərinin təsnifi verilmişdir:



427

Yaş dövrləri

Kişi cinsi

Qadın cinsi

Yeni doğulan

1-10 gün

Südəmər uşaq

10 gün - bir il

Erkən uşaqlıq

1-2 il

Uşaqlığın ilk dövrü



3-7 il

Uşaqlığın ikinci dövrü

8-12 il

8-11 il


Yeniyetməlik dövrü

13-16 il


12-15 il

Gənclik dövrü

17-21 il

16-20 il


Orta yaş:

Birinci mərhələ

22-35 il

21-35 il


İkinci mərhələ

36-60 il


36-55 il

Yaşlı adamlar

61-75 il

56-75 il


Qocalıq yaşı

76-90 il


Uzunömürlülük

90 ildən yuxarı



VI.18.4. Müasir pedaqoji psixologiyanın əsas problemləri, 

vəzifələri və bölmələri

Müasir dövrdə gənc nəslin təlim və tərbiyəsi pedaqoji

psixologiyanın qarşısında mühüm nəzəri və praktik əhəmiyyətə

malik olan problemlərin həlli vəzifəsini qoyur.  Həmin

problemləri həll etmədən və onlardan irəli gələn vəzifələri

həyata keçirmədən pedaqoji psixologiya lazım olan səviyyəyə

qalxa bilməz.

Elm və texnikanın durmadan inkişaf etdiyi və

mənimsənilməsi zəruri olan məlumatların artdığı müasir

dövrdə pedaqoji psixologiyanın qarşısında duran ən mühüm

problemlərdən biri uşaqların həyatının hər bir senzitiv

dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı

üçün lazım olan bütün imkanları müəyyənləşdirmədən

ibarətdirPsixoloqlar bu məsələnin pedaqoji psixologiya üçün



428

problem məsələ olduğunu onda görürlər ki,  hər şeydən əvvəl, 

uşaqlarda şəxsiyyətin və əqli inkişafın bütün senzitiv

mərhələləri,  onların başlanğıcı,  davamlılığı və sonu hələ də

məlum deyildir.  Digər tərəfdən,  hər bir uşağın həyatında bu

mərhələlərin təzahürü fərdi xarakter daşımaqla,  müxtəlif

vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir.

Pedaqoji psixologiyanın həll etməli olduğu problem-

lərdən biri də təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara

çıxarmaqdan

ibarətdir.

Uzun


müddətdən

bəri


dünya

psixoloqlarının diqqətini cəlb edən bu problem hələ də

pedaqoji psixologiyanın əsas problemlərindən biri kimi qalır.

Pedaqoji psixologiyanın həll etməli olduğu başqa bir

problem təlim və tərbiyənin ümumi və yaşla bağlı olan

cəhətlərinin əlaqəsinin aşkara çıxarılmasından ibarətdir. 

Məlum olduğu kimi,  uşağın hər bir yaş dövrü əqli və şəxsi

inkişaf üçün özünəməxsus imkan yaradır.  Lakin bu sahədə

müəyyən tədqiqatların aparılmasına baxmayaraq hələ də uşaq

həyatının hər bir konkret mərhələsində təlim və tərbiyədən

hansına üstünlük vermək, vahid pedaqoji prosesdə tərbiyəedici

və öyrədici təsirlərin bir-birini tamamlaması üçün hansı

yollardan istifadə etmək özünün əsaslı həllini tapmamışdır.

Pedaqoji psixologiyanın həll etməli olduğu problem-

lərdən biri də uşaqların psixoloji və davranış nöqteyi nəzərdən

inkişafında onların anadangəlmə,  genotipik imkanlarının və

mühitin ayrılıqda və ya birgə təsirinin xüsusiyyətlərini aşkara

çıxarmaqdan ibarətdir.

Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixoloji

xüsusiyyətlərinin öyrənilməsi də pedaqoji psixologiyanın həll

etməli olduğu əsas problemlərdəndir.  Pedaqoji fəaliyyətin

psixoloji strukturunu,  müəllim şəxsiyyətinin,  xüsusilə onun

pedaqoji bacarıq və qabiliyyətlərinin,  pedaqoji ünsiyyət və

pedaqoji mərifətin psixoloji xüsusiyyətlərini aşkara çıxarmaqla

pedaqoji psixologiya pedaqoji fəaliyyətin idarə olunmasına

düzgün istiqamət vermiş olur.  




429

Müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran

və həll edilməsi zəruri olan problemlərdən biri də pedaqoji

cəhətdən baxımsız uşaqlar problemidir. Bu problemlə sıx bağlı

“çətin”  uşaqlar problemi ən ümdə problem kimi diqqəti cəlb

edir.

Son illərdə respublikamızda yaşlı nəsillə birlikdə qaç-



qınlıq həyatı keçirən uşaqların həyatı hamını düşündürür.  Bu

baxımdan pedaqoji psixologiya da kənarda qala bilməz. Bu cür

uşaqların sosial-psixoloji adaptasiyası və psixoloji reabi-

litasiyası probleminin öyrənilməsi ən ciddi problemlərdən

biridir.

Yuxarıda qeyd olunan problemlərin həll edilməsi gənc

nəslin təlim və tərbiyəsi işinə öz önəmli təsirini göstərə bilər.

Bütün qeyd edilənlərdən aydın olur ki,  müasir pedaqoji

psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr

durur.  Həmin

vəzifələri

həyata


keçirmədən

pedaqoji


psixologiya tələb olunan səviyyəyə qalxa bilməz.

Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə,  hər

şeydən əvvəl,  təlim-tərbiyə prosesində psixi inkişafın

imkanlarını,  təlim və tərbiyənin ümumi psixoloji qanuna-

uyğunluqlarını öyrənməyi aid etmək olar.  Bununla yanaşı

olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri

vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünya-

görüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının

ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar.

Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə

gəldikdə

buraya


təlimin

idarə


olunmasının

psixoloji

məsələlərini,  təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, 

şagirdlərin bilik,  bacarıq və vərdişlərə yiyələnmə xüsu-

siyyətlərini və s.  öyrənməyi aid etmək olar.  Bununla yanaşı

olaraq,  pedaqoji psixologiya təlim və tərbiyənin motivlərini

aşkara çıxarmaq və müəllimləri bu sahədə zəruri biliklərlə

silahlandırmaq kimi mühüm praktik vəzifəni həyata keçirir.

Pedaqoji psixologiyanın bir-biri ilə sıx bağlı olan



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə