Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


bölmələri vardır.  Pedaqoji psixologiyanın həmin bölmələrinə tərbiyə psixologiyasını,  təlim psixologiyasını,  pedaqoji



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə125/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   191

430

bölmələri vardır.  Pedaqoji psixologiyanın həmin bölmələrinə

tərbiyə psixologiyasını,  təlim psixologiyasını,  pedaqoji

fəaliyyət və müəllim şəxsiyyəti psixologiyasını aid etmək olar. 

Bununla yanaşı psixoloji ədəbiyyatın bir çoxunda anomal



uşaqlarla təlim,  tərbiyənin psixologiyasını da pedaqoji

psixologiyanın şöbələrindən biri kimi qeyd edirlər.



Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının

psixoloji mexanizmlərini,  tərbiyə işinin    metodları və

formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji

cəhətdən


əsaslandırılmasını, 

şagird


kollektivinin

psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin

idarəolünması problemini, «çətin» uşaqlar, onların davranışının

korreksiyası məsələlərini öyrənir.  Bunların hamısı vahid bir

vəzifəni - şəxsiyyətin formalaşdırılması vəzifəsini yerinə yetir-

məyə yönəlmiş olur.



Təlim psixologiyası təlimin mahiyyəti və psixoloji

qanunauyğunluqlarını,  didaktikanın,  xüsusi metodikaların, 

problemli təlimin,  proqramlaşdırılmış təlimin,  əqli əməliy-

yatların formalaşmasının psixoloji əsaslarını, təlim və inkişafın

qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir

texniki vəsaitlərdən istifadənin psixoloji əsaslarını və s. 

məsələləri tədqiq edib öyrənir.

Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası

pedaqoji fəaliyyətin psixoloji strukturunu,  müəllim şəxsiyyəti

və onun peşə-psixoloji istiqamətini,  pedaqoji funksiyasının, 

pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin psixoloji əsaslarını, 

pedaqoji

mərifət


pedaqoji


ünsiyyətin

psixoloji

xüsusiyyətlərini və s. öyrənir.

.

VI.18.5. Yaş və pedaqoji  psixologiyasının tədqiqat



metodları

Yaş

psixologiyasında

istifadə

olunan

tədqiqat


431

metodları kompleksi bir neçə blokdan ibarətdir. Bu metodların

bir qismi ümumi psixologiyadan,  digər qismi differensial

psixologiyadan,  üçüncü qismi sosial psixologiyadan götü-

rülmüşdür.

Uşaqlarda

idrak


proseslərinin

şəxsiyyətin



öyrənilməsi üçün tətbiq olunan bütün metodlar ümumi psixolo-

giyadan götürülmüşdür.  Bu metodlar uşaqların yaşına uy-

ğunlaşdırılmaqla ayrı-ayrı yaş dövrlərində qavrayışın, diqqətin, 

hafizənin,  təxəyyülün,  təfəkkürün

nitqin


inkişaf

xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir.

Differensial psixologiya yaş psixologiyasını uşaqların

fərdi və yaş xüsusiyyətlərini öyrənmək üçün zəruri olan

metodlarla təmin etmişdir.  Bu metodlar içərisində əkizlər

metodu xüsusi yer tutur.

Sosial psixologiyadan götürülmüş metodlardan müxtəlif

uşaq qruplarında şəxsiyyətlərarası münasibətləri,  eləcə də

uşaqlarla yaşlı adamlar arasındakı qarşılıqlı münasibətləri

öyrənmək üçün istifadə olunur.  Həmin metodlar uşaqların

yaşına uyğunlaşdırılmış olur.  Bunlara müşahidə,  sorğu,  in-

tervyu,  sosiometrik metodu,  sosial-psixoloji eksperimenti aid

etmək olar.

Qeyd

olunan


metodların

bəzilərinin

tətbiqi

xüsusiyyətlərinə nəzər salaq.



Müşahidə metodunun müxtəlif variantlarından istifadə

olunması uşaq haqqında kifayət qədər əsaslandırılmış məlumat

əldə etməyə imkan verir. Hər cür müşahidəni məqsədəyönəlmiş

və müvafiq proqrama, plana uyğun şəkildə aparmaq lazımdır. 

Müvafiq nəticə əldə etmək üçün müşahidəni müntəzəm

aparmaq tələb olunur.  Uşaqlar çox sürətlə inkişaf edirlər. 

Onların psixologiyası və davranışı sürətlə dəyişir. Ona görə də

uşağın yaşından asılı olaraq müşahidələr arasındakı fasilə də-

yişməli olacaqdır.  Məsələn,  yeni doğulmuş uşaq üzərində hər

gün,  2-3  aylıqdan bir yaşa qədər dövrdə hər həftə,  1-3  yaşlı

uşaqlarda hər ay, bağça yaşlı uşaqlarda ildə ən azı iki dəfə və s. 



432

müşahidə aparmaq lazım gəlir.  Uşaqlar üzərində müşahidənin

gizli təşkil edilməsi,  uşağın bunu hiss etməməsi daha dəqiq

nəticə əldə etməyə imkan verir.

Müşahidənin bir növü kimi "ana gündəlikləri”ndən

istifadə də səmərəli nəticə verir.

Çox vaxt uşaqlarla aparılan şifahi və yazılı sorğu

zamanı bir sıra çətinliklərlə rastlaşmaq olur. Bəzən uşaqlar ona

verilmiş sualı o qədər də düzgün başa düşmürlər. Ona görə də

sorğu zamanı uşağın ona verilən sualı nə qədər düzgün başa

düşdüyünü müəyyənləşdirmək lazımdır.

Uşaqlarla aparılan tədqiqat işində uşağın psixologiyası

və davranışı barədə daha düzgün məlumatlar əldə etmək üçün

eksperiment daha səmərəli metodlardan biri hesab olunur. 

Eksperimentlərin daha səmərəli olması üçün onların təbii şə-

raitdə,  oyun və təlim fəaliyyətində aparılması zəruridir.  Bu

zaman uşaqları eksperimentin gedişinə maraqlandırmaq

lazımdır.

Testləşdirmənin tətbiqi zamanı da uşaqların bu işdə

iştirakının stimullaşdırılması zəruridir. Bunun üçün Kettelin və

Vekselerin testlərinin uşaq variantlarından və sosiometrik testin

bəzi formalarından istifadə olunması daha yaxşı nəticə verə

bilər.

Pedaqoji psixologiyanın tədqiqat metodlarına gəldikdə

ümumi psixologiyada,  yaş psixologiyasında və psixologiyanın

digər sahələrində istifadə olunan tədqiqat metodlarından

pedaqoji psixologiyada da istifadə olunur.  Bu metodlara

müşahidə,  şifahi və yazılı sorğu,  eksperiment,  fəaliyyət

məhsullarının təhlili, anketlər, testləşdirmə və s. aid etmək olar. 

Pedaqoji psixologiyada bu metodlardan istifadə edərkən

uşaqların yaş xüsusiyyəti,  psixoloji-pedaqoji problemin

xüsusiyyətləri,  onların köməyi ilə uşaqların tərbiyəlilik və

hazırlıq səviyyələrini, təlim və tərbiyənin təsiri altında onların

psixologiyası və davranışında baş verən dəyişiklikləri aşkara

çıxarmaq imkanları nəzərə alınaraq müvafiq dəyişikliklər




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə