433
edilir. Məsələn, pedaqoji müşahidədən uşaqların müxtəlif
sosial şəraitdə özlərini necə aparmalarını, eləcə də müxtəlif
həyati məsələləri həll edərkən əldə etmiş olduqları bilik və
vərdişləri tətbiq edə bilmək bacarığını aşkara çıxarmaq üçün
istifadə etmək olar. Daha yaşlı uşaqları - yeniyetmə və gəncləri
öyrənərkən
bu
məqsədlə
yazılı
sorğu
və
testlərdən,
məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla şifahi sorğudan
istifadə etmək mümkündür.
Bu cür ümumi metodlarla yanaşı pedaqoji psixologiyanın
özünəməxsus xüsusi metodları da vardır. Bu cür metodlara
psixoloji-pedaqoji eksperimenti və uşaqların öyrənməyə
qabillik, biliklilik və tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq
üçün xüsusi psixoloji-pedaqoji testləşdirməni aid etmək olar.
Pedaqoji
psixologiyada
istifadə
olunan
metodları
aşağıdakı şəkildə qruplaşdırmaq olar: təşkiledici, prosedur,
qiymətləndirici, eləcə də faktların toplanması və işlənməsi ilə
bağlı metodlar. Təşkiledici metodlara məqsəd, məzmun, aparı-
lan tədqiqatın strukturu və təşkili, onların tərkibi və hazırlıq
aiddir. Prosedur metodlara bütövlükdə aparılacaq tədqiqatın,
eləcə də onun hissələrinin həyata keçirilmə forması aiddir.
Qiymətləndirici metodlara tədqiqatın nəticələrinin psixoloji-
pedaqoji
qiymətləndirilməsi
yolları
daxildir. Faktların
toplanması və işlənməsi üçün tətbiq olunan metodların köməyi
ilə yoxlanılanlar haqqında zəruri məlumatlar əldə edilir. Əldə
edilmiş faktların işlənməsi üçün tətbiq olunan metodların kö-
məyi ilə müvafiq nəzəri və praktik psixoloji-pedaqoji nəticələr
və tövsiyyələr irəli sürmək mümkün olur.
Qeyd etdiyimiz tədqiqat xarakteri daşıyan metodlarla
yanaşı elə metodlar da vardır ki, onların köməyi ilə uşaqlara
birbaşa praktik psixoloji-pedaqoji təsir göstərmək olur. Bu cür
metodlara psixoloji məsləhət və korreksiyanı aid etmək olar.
Psixoloji məsləhət adi söhbət şəklində şagirdlə, onun
valideynləri və ya onun təlim-tərbiyəsi ilə məşğul olan
adamlarla aparıla bilər. Psixoloji məsləhətdən fərqli olaraq
434
psixokorreksiyanın köməyi ilə psixoloq maraqlandığı şəxsə
bilavasitə psixoloji-pedaqoji təsir göstərir.
Pedaqoji psixologiyada eksperiment metoduna xüsusi yer
verilir. Əldə edilmiş nəticələrin taleyi və səmərəliliyi psixolo-
ji-pedaqoji eksperimentin düzgün təşkili və aparılmasından
asılıdır. Psixoloji-pedaqoji eksperimentin nəticəsinin etibarlı-
lığı üçün bir sıra şərtlərə əməl olunmalıdır. Hər şeydən əvvəl,
nəticələrdə səhvlərə yol verməmək üçün eksperimentin təşkili
məntiqi əvvəlcədən düşünülməlidir.
Psixoloji-pedaqoji tədqiqatın aparılmasına verilən ikinci
xüsusi tələb testlər və digər psixodiaqnostik metodlarla
bağlıdır. Onlar kifayət qədər yoxlanmalı və uşaqların yaşına
uyğunlaşdırılmalıdır.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Yaş psixologiyası nəyi öyrənir?
2. Pedaqoji psixologiyanın predmetini nə təşkil edir?
3. Yaş psixologiyasının əsas bölmələri və vəzifələri
hansılardır?
4. Psixi inkişafın hansı yaş dövrləri vardır? Bunları hansı
prinsipə əsasən müəyyənləşdirmişlər?
5. Pedaqoji psixologiyanın əsas bölmələri hansılardır?
6. Pedaqoji psixologiyanın vəzifələri hansılardır?
7. Yaş
və
pedaqoji
psixologiyanın
tədqiqat
metodlarından danışın.
Referat, məruzə və müstəqil tədqiqiat üçün mövzular
1. Psixologiyada psixi inkişaf problemi.
2. Yaş psixologiyasının inkişaf tarixindən.
3. Pedaqoji psixologiyanın inkişaf tarixindən.
4. Müasir pedaqoji psixologiyanın əsas problemləri.
435
Ədəbiyyat
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2002, səh. 21-
38.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991,
səh.5-24
Abramova Q.S. Vozrastnaə psixoloqiə. – M., 1999
Aseev V.Q. Vozrastnaə psixoloqiə. İrkutsk, 1989, s.32-
50
Vozrastnaə psixoloqiə. Xrestomatiə. – M., 2001, s.11-61
Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə./ Pod red M.V.
Qamezo i dr. s.10-13;27-46
Leontğev A.N. Problemı razvitiə psixiki. – M., 1981, s.
538-557
436
19-cu FƏSİL
MƏKTƏBƏ DAXİL OLANADƏK UŞAĞIN
PSİXİ İNKİŞAFI
Qısa xülasə
Körpəlik və erkən uşaqlıq dövrünün xüsusiyyətəri. Yeni
doğulmuş uşaq. Şərtsiz reflekslər. İlk şərti reflekslərin yaranması. Körpənin
böyüklərlə bilavasitə - emosional ünsiyyəti. Hərəki fəallığın formalaşmağa
başlaması. Körpəlik dövründə psixi inkişafın xüsusiyyətləri. Erkən uşaqlıq
yaşının xarakteristikası. İdrak prosesləri və nitqin inkişaf xüsusiyyətləri.
Müstəqillik meylinin formalaşması, 3 yaşın böhranı.
Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri. Bağça yaşı döv-
ründə uşaqların ümumi inkişafı. Uşağın psixi inkişafında oyunun rolu.
Bağça yaşı dövründə oyun uşağın əsas fəaliyyət növü kimi. İdrak prosesləri
və nitqin inkişafı: qavrayış, diqqət, hafizənin, təxəyyül və təfəkkürün inkişaf
xüsusiyyətləri.
Uşağın məktəbə psixoloji hazırlığı şərtləri. Uşağın məktəbə psix-
oloji hazırlığında idrak proseslərinin: qavrayış, diqqət, hafizənin, təxəyyül
və nitqin inkişaf səviyyəsinin rolu. Uşaqda idrak maraqlarının, təlim motiv-
lərinin, qabiliyyət və xarakter əlamətlərinin inkişafı.
VI. 19.1. Körpəlik və erkən uşaqlıq dövrünün
xüsusiyyətləri
Yeni doğulmuş uşaq. Uşaq anadan olarkən yalnız bir
neçə: qida, müdafiə, tutmaq, robinzon, babin və s. kimi şərtsiz
refleksə malik olur. Bunlar ətraf aləmlə ilkin əlaqə yaratmaq
imkanı verir. İkinci həftənin axırlarında uşaqda ilk şərti refleks
yaranmağa başlayır. Üçüncü ayın sonunda bütün analizatorlar
üzrə şərti refleksin yaranması uşağın ətraf mühitlə əlaqəsini bir
növ asanlaşdırır.
Dostları ilə paylaş: |