Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə127/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   191

437

Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki

yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və

körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə

sensor və hərəki funksiyalar,  nitqə yiyələnməyə hazırlıq

böyüklərlə bilavasitə qarşılıqlı təsir prosesində intensiv imkan-

ları əldə edir.  Körpəlik dövründə böyüklərlə bilavasitə - emo-

sional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir.  Ana və

başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə

onun fiziki və psixi inkişafında mühüm rol oynayır.

Körpəlik dövründə uşaqda hərəki fəallıq artır,  hərəki

vərdişlər sürətlə formalaşmağa başlayır.  Bir il ərzində uşağın

hərəkətlərinin inkişafında heyrətamiz dəyişikliklər baş verir. 

Bu dövrdə uşaqlarda hərəki vərdişlər,  xüsusilə əlin və ayağın

mürəkkəb, tənzimlənmiş hərəkətləri sürətlə formalaşır. Bu cür

hərəkətlər sonralar uşağın idrak və əqli qabiliyyətlərinin

yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uşaq

oturmağı,  iməkləməyi,  ayaq üstə durmağı və nəhayət

böyüklərin köməyi ilə yeriməyi öyrənir.  Bütün bunların

sayəsində uşağın ətraf aləm haqqında müvafiq məlumatlar əldə

etməsi asanlaşır.  Nəticədə körpədə xarici aləm haqqında

təsəvvürlər formalaşmağa başlayır.

Körpəlik dövründə uşaqda temperatur,  lamisə,  görmə, 

iybilmə və dadbilmə duyğuları kompleks şəkildə inkişaf

etməyə başlayır. Bu, körpədə qavrayışın inkişafına imkan verir. 

Yeni doğulmuş uşaq gözü ilə obyektləri izləyə bilsə də hələ iki-

dörd aya qədər onun görməsi nisbətən zəif olur.

İkinci aydan başlayaraq uşaqda sadə rəngləri fərq-

ləndirmək qabiliyyəti özünü göstərməyə başlayır.  İki-üç aylıq

körpə anasının gülümsəməsinə özünün gülümsəməsi və

hərəkətlərinin ümumi fəallaşması ilə reaksiya verir.  Bu can-

lanma kompleksi adlanır.  Psixoloqlar belə bir qənaətə

gəlmişlər ki,  yaşlıların uşaqla intensiv emosional ünsiyyəti

uşağın psixi inkişafına müsbət təsir etdiyi halda,  laqeyd, 

ürəkdən gəlməyən ünsiyyət isə canlanma kompleksinin




438

inkişafına mane olur və ümumi psixi inkişafı ləngidə bilir.

Uşağın sifətindəki təbəssüm öz-özünə yaranmır.  Buna

anasının,  onu əhatə edənlərin mehriban müraciəti səbəb olur. 

Ona görə də uşaqla ünsiyyətdə olan adamların üzünün ifadəsi, 

mimikası xoş,  fərəhli,  səsi isə cəlbedici,  emosional xarakter

daşımalıdır. İlk kompleks canlanma ünsürləri uşağın həyatının

ikinci ayında özünü göstərir.  Bu – susmaq,  təbəssüm, 

qığıldamaq şəklində baş verir. Üçüncü ayda bu ünsürlər bir sis-

tem halında birləşir və eyni vaxtda baş verir.

Üçüncü-dördüncü ayda uşaqlar öz davranışları ilə aydın

şəkildə göstərirlər ki,  onlar yalnız tanış adamları,  adətən,  ailə

üzvlərini görmək,  eşitmək və onlarla ünsiyyətdə olmağa

üstünlük verirlər. 

Körpəlik dövrü nitqə yiyələnməyə hazırlıq dövrü adlanır. 

Birinci yaşın sonunda uşaq xeyli sözü başa düşür,  eyni zaman-

da tək-tək hecaları və sözləri tələffüz edə bilir.

Körpədə hafizənin təşəkkülü şərti reflekslərin meydana

gəlməsi ilə əlaqədar baş verir.  Uşaq ilk dəfə ancaq həyatında

mühüm rol oynayan,  üzvü tələbatı ilə bağlı olan cisimləri

tanıyır.  5-6  aylıq uşaqlar yaxın adamları tanımağa başlayırlar. 

7-8 ayda isə adı çəkilən əşyanı axtarırlar.

Uşaqlarda emosiyalar çox erkən müşahidə olunur.  Bu-

nunla yanaşı körpə uşaqlarda emosiyalar çox dəyişkən olur.



Erkən_uşaqlıq_yaşının_xüsusiyyətləri.'>Erkən uşaqlıq yaşının xüsusiyyətləri. Erkən uşaqlıq

dövrü 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə

uşaqlar öz tələbatlarını əşyavi-manipulyativ fəaliyyətin köməyi

ilə ödəyirlər. Erkən uşaqlıq dövrü özünəməxsus xüsusiyyətləri

ilə fərqlənir.  Bu dövrdə uşaq nitqə yiyələnir və nəticədə

şəxsiyyətin və fəaliyyət subyektinin formalaşması üçün zəmin

yaranır.  Hələ körpəlik dövrünün sonunda (11-ci aydan)  uşaq

nitqin fonetik quruluşuna,  yiyələnməyə başlayır,  getdikcə söz

ehtiyatı artır və üçüncü yaşın axırında 300-400-ə çatır. 1 yaş 10 

aylıqdan


başlayaraq

uşaq


ayrı-ayrı

sözləri


cümlədə

birləşdirməyə başlayır. Nitqin inkişafı əsasında uşaq əşyaları ən




439

parlaq zahiri əlamətlərinə görə qruplaşdırmağa başlayır.  Bunu

ümumiləşdirmənin

ilkin


mərhələsi

kimi


qeyd

etmək


mümkündür.  Bu dövrdə psixikanın əsas formaları olan hafizə

(tanıma şəklində),  əyani-əməli təfəkkür,  diqqət,  qavrayış fəal

şəkildə inkişaf etməyə başlayır.  İkinci yaşda uşaq yaxın

adamları və obyektləri qavradıqdan bir neçə həftə,  üçüncü

yaşda bir neçə aydan sonra tanıya bilir.  Tanıma ilə yanaşı

qavranılmış əşyaların xatırlanması da inkişaf edir.

Erkən uşaqlıq dövründə nitqin inkişafı ilə bağlı olaraq

təfəkkür, xüsusilə əyani-əməli təfəkkür də inkişaf edir.  Lakin

bu dövrdə uşaqlar öz fikirlərini sözlə ifadə edə bilsələr də, 

onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub, 

bu hərəkətlərdə təzahür edir.  Bu dövrdə uşaqların fikri

fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur. Erkən

uşaqlıq yaşında diqqətin yeni xüsusiyyətləri özünü göstərir. 

Uşağın böyüklərlə nitq ünsiyyəti burada mühüm rol oynayır. 

Söz siqnalları uşağın diqqətinin müəyyən obyektə yönəlmə-

sinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiqliyinə əsaslı

təsir göstərir.  Böyüklərin tələbi ilə uşaqlarda ixtiyari diqqətin

inkişafı üçün şərait yaranır.

Ünsiyyət prosesində uşağın biliyi, təcrübəsi tədricən artır. 

Nəticədə uşaqda ixtiyari qavrayışın - müşahidənin inkişafı

üçün şərait yaranır. Burada böyüklərin uşağın qavrayışını təşkil

etməsi əsas rol oynayır.

Erkən

uşaqlıq

dövründə

müstəqillik

meylinin

formalaşması. Erkən uşaqlıq dövründə uşaqlarda şəxsiyyətin

inkişafı üçün də zəmin yaranmış olur.  Uşaq özünü başqa

əşyalardan, onu əhatə edən adamlardan ayırmağa başlayır. Bu

isə uşaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə

səbəb olur. Üç yaşında uşaqda özü haqqında təsəvvür yaranır. 

Nəticədə uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri

ilə adlandırmağa başlayır.  Bununla bağlı olaraq ilk yaş

“böhranı”, “üç yaşın böhranı” özünü büruzə verir. Uşaq “mən” 

kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə