Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə128/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   191

440

verir;  onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. 

Bununla da uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət

etməyə, “mən özüm” - deyə şəxsi fəallıq göstərməyə başlayır.

Uşağın psixi inkişafında ilk “yaş böhranı”  böyüklərlə

qarşılıqlı münasibət zamanı tərslik,  inadkarlıq,  höcətlik kimi

neqativ keyfiyyətlər halında diqqəti cəlb edir. Uşağın müstəqil

olaraq öz tələbatını ödəmək cəhdi, özünü başqa adamlarla mü-

qayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması

və hərəkətlərindəki sərbəstliyi “üç yaşın böhranı”  haqqında

aydın təsəvvür yaradır.

Əgər yaşlılar uşağın müstəqilliyi və sərbəstliyini lazımi

şəkildə tənzim və təşkil edərsə yaş böhranı tədricən aradan

qaldırıla bilər.



VI.19.2. Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri

Bağça yaşı dövründə uşaqların ümumi inkişafı.

Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, 

həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş

dövrüdür.  Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə

diqqəti cəlb edir.  3-6  yaşlı uşağın boyunun,  çəkisinin

artmasında nəzərə çarpacaq dəyişiklik baş verir.  Buna bax-

mayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli

inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ

sümüklənməmiş qığırdaqlar qalır.  Uşağın skeleti əsasən

qığırdaq toxumalardan ibarət olur. Ona görə də lazımi tələblərə

əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir. 

Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmyaşıdları

ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın

təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. 

Bütün bunlar uşağın sosial şəraitə və həyatın tələblərinə

uyğunlaşmasına imkan verir.




441

Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi

formalaşmasının ilkin mərəhələsi kimi özünü göstərir. 

Məqsədəyönəlişliyin

əsası

qoyulur. 



Böyüklərin

qiymətləndirməsi və nəzarətinin təsiri altında bağça yaşının so-

nunda uşaqlar öz hərəkət və fəaliyyətlərindəki qüsurları hiss

etməyə başlayırlar.  Bununla əlaqədar təqlid obyektləri

dəqiqləşməyə başlayır.  Məktəbəqədər yaş dövründə həm

ümumi,  həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları

yaranır və özünü göstərməyə başlayır.

Uşağın psixi inkişafında oyunun rolu.  Bağça yaşı

dövründə oyun uşaqların əsas fəaliyyəti olur. Bu yaş dövründə

uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər. 

Adətən,  məktəbəqədər yaş dövrünü üç yarımdövrə

ayırırlar:  kiçik bağça yaşı dövrü (3-4  yaş),  orta bağça yaşı

dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).

Kiçik bağça yaşlı uşaqlar,  adətən,  hələ təklikdə

oynayırlar.  Əşyavi və quraşdırma oyunlarında onlarda

qavrayış,  hafizə,  təxəyyül,  təfəkkür və hərəki qabiliyyətlər

inkişaf edir. 

Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna

keçməyə başlayırlar, oyunlarda daha çox uşaq iştirak edir. 

Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və

simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər

inkişaf yolu keçir.  Bütün bunlar uşağın həyatında mühüm rol

oynamaqla,  onun tələbatını ödəməklə yanaşı,  yaşlılarla ünsiy-

yət saxlamaq,  həyatı başa düşmək,  ətrafdakıları təqlid etmək, 

bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm

vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı

dəyişikliklə gətirib çıxarır. Oyun şəraitində və onun köməyi ilə

uşaqlarda diqqət,  qavrayış,  xüsusilə müşahidəçilik,  hafizə, 

təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış

olur.  Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə

edilməsi uşaqlarda nitqin inkişafı,  nitq qüsurlarının aradan

qaldırılması işində də əsaslı rol oynayır.



442

Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı

oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin oyunlar

özlərinin mövzularına,  qaydalarının müxtəlifliyinə görə kiçik

bağça yaşı dövründə istifadə olunan oyunlardan fərqlənirlər. 

Burada kiçik bağça yaşı dövründən fərqli olaraq oyunda təbii

şəkildə istifadə olunan əşyalar şərti olaraq dəyişdirilir, nəticədə

simvolik oyun xarakteri alır. 

Rollu-qaydalı oyunlardan istifadə edilməsi uşaqlarda

iradənin inkişafına güclü təsir göstərir.  Adi şəraitdə bir yerdə

dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra

qədər yerinə yetirməyə,  qaydaya əməl etməyə məcbur olur. 

Oyun prosesində uşaqlar qarşılıqlı münasibətlərin hə-  yata ke-

çirilməsinə əməl etməyə alışırlar. Rollu oyun prosesində ilk

dəfə olaraq uşaqda liderlik özünü göstərir, təşkilatçılıq bacarıq

və vərdişləri inkişaf etməyə başlayır. Oyun eyni zamanda

uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir.

Bütün bunlarla yanaşı olaraq uşaqlar sadə əmək tapşırıqlarını

icra edərkən də çox vaxt onlara oyun xarakteri verir və bu yolla

bəzi sadə əmək bacarıqlarına da yiyələnirlər.



İdrak prosesləri və nitqin inkişafı.  Məktəbəqədər yaş

dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı

dəyişiklik baş verir.

Məktəbəqədər dövrdə uşaqların qavrayışının ixtiyari

növünün inkişafı üçün şərait yaranır.  Burada oyunun rolu

böyükdür.

Uşaqlar cismin formasını,  ölçüsünü,  tutduğu yeri

qavramağa alışırlar.  Bu onlarda məkan qavrayışının inkişafı

kimi özünü göstərir. Məktəbəqədər yaşlı uşaqlar ilk vaxtlar ən

çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni

zamanda obyektlərin böyüklüyünü qavrama bacarığı da özünü

göstərir.  Bağça yaşının sonunda uşaqlar onları maraqlandıran

obyektlərin xassələrini daha tez müəyyənləşdirmək, bir əşyanı

başqasından fərqləndirmək,  onların arasında mövcud olan

əlaqə və münasibətləri aşkara çıxarmaq imkanı əldə edirlər. 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə