449
keçirilməsi kifayət qədər inkişaf etməlidir. Altı yaşlı uşaq
yalnız o zaman uzun müddət, diqqəti yayınmadan hər hansı bir
işlə məşğul ola bilər ki, həmin iş onu maraqlandırsın, özünə
cəlb etsin. Lakin bu yaş dövründə uşaqda ixtiyari diqqət hələ o
səviyyədə formalaşmamışdır ki, onun üçün maraqlı olmayan
bir cismin və ya hadisənin üzərində mərkəzləşməsini təmin et-
sin. Təlim fəaliyyəti isə ixtiyari diqqət olmadan keçə bilməz.
Burada çox vaxt maraqlı olmayan, lakin zəruri tapşırıqları da
yerinə yetirmək tələb olunur. Ona görə də təlimin ilk
günlərindən müəllim şagirdlərdə ixtiyari diqqətin planlı şəkildə
formalaşdırılmasına fikir verməlidir.
Altı yaşlı uşağın hafizəsini də diqqətində olduğu kimi
səciyyələndirmək lazım gəlir. Uşaq öz parlaqlığı, qeyri adiliyi
ilə diqqətini cəlb edən cisim və hadisələri asan və tez yadda
saxlayır. Bu o deməkdir ki, bu dövrdə qeyri-ixtiyari hafizə
üstünlük təşkil edir. Təlim fəaliyyətində isə ixtiyari hafizəyə is-
tinad olunması zəruridir. Məhz buna görə də məktəbə təzəcə
daxil olan uşağın hafizəsinə xüsusi tələb verilir. Uşağın tədris
proqramını yaxşı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xa-
rakter daşımaqla, uşaq yaddasaxlamanın səmərəli yollarından
istifadə etməyi bacarmalıdır. Lakin təcrübə göstərir ki,
uşaqlarla xüsusi şəkildə iş aparılmadıqda bu cür bacarıqlar
çətin formalaşır.
Məktəbə təzəcə daxil olan uşağın hafizəsinə xüsusi
tələb verilir. Uşağın tədris proqramını yaxşı mənimsəməsi üçün
onun
hafizəsi
ixtiyari
xarakter
daşımaqla,
uşaq
yaddasaxlamanın sadə səmərəli yollarından istifadə etməyi
bacarmalıdır.
Məktəbə daxil olarkən uşağın təxəyyülü də inkişaf
etməlidir. Xüsusilə uşaqlarda təsvir əsasında təxəyyül surətləri
yaratmaq bacarığı, başqa sözlə, bərpaedici təxəyyül müvafiq
səviyyədə olmalıdır.
Uşağın məktəbə psixoloji hazırlığı üçün təfəkkürün
inkişafı xüsusi əhəmiyyətə malikdir. Məktəbə yeni gələn
450
uşaqlarda təfəkkürün əyani-əməli, əyani-obrazlı və sözlü
məntiqi növlərinin hər üçü lazımi səviyyədə inkişaf etməlidir.
Bu dövrdə uşaqlarda təfəkkürün prosesləri də müvafiq
səviyyədə inkişaf etməlidir. Uşaqlar öz idrak obyektlərinə tən-
qidi yanaşmağı və müstəqil fikirləşməyi bacarmalıdırlar.
Uşağın nitqi elə səviyyədə inkişaf etməlidir ki, öz fikri-
ni ifadə edə bilsin. Uşağın nitqindəki qüsurlar onun təlim
fəaliyyətini çətinləşdirir.
Uşaqlarda təlimə, öyrənməyə marağın, idrak tələbatının
olması da məktəbə psixoloji hazırlığın əsas şərtlərindəndir. Bu-
nunla yanaşı olaraq uşaqlarda təlim motivi kimi müvəffəqiyyət
qazanmağa tələbat, müvafiq özünüqiymətləndirmə və iddia
səviyyəsinin inkişafı da zəruridir.
Məktəbə təzəcə gələn uşaq tamamilə yeni mühitə, yeni
əhatə dairəsinə daxil olur. Ona görə də burada uşağın düşdüyü
yeni mühitdə həmyaşıdları və böyüklərlə ünsiyyətə girə bilmək
bacarığına yiyələnməsi də zəruridir.
Bütün bunlarla yanaşı uşaqlarda müvafiq qabiliyyətlərin
və xarakter əlamətlərinin inkişafı da məktəbə psixoloji hazırlıq
üçün əsas şərtlərdən hesab olunur.
451
Bağça yaşlı uşaqların psixoloji xüsusiyyətləri (3-6 yaş)
APARICI FƏALİYYƏT – OYUN, insanların davranış və
fəaliyyət normalarının mənimsənilməsi
-3-4 yaş – özünütəsdiq; reaksiyaları: sözə qulaq asmamaq,
tərslik, neqativizm, höcətlik, «böyükləri məcbur etmək» («mən
özüm», «mən özüm bilirəm», özünü öymə)
TƏKBAŞINA OYUN (əşyavi, quraşdırma, süjetli-rollu oyunlar)
-5-6 yaş – böyüklərə münasibətin ahəngdarlığı, uşaqlara mü-
nasibətin inkişafı, uşaqlarla birgə oyun (qaydalı, süjetli-rollu
oyunlar), uşaqlar arasında liderlik və tabeçilik münasibətinin
formalaşması, «yarış xarakterli oyunlar».
-Quraşdırma oyunlarının inkişafı, PRAKTİK TƏFƏKKÜRÜN
inkişafı.
Rəsm qabiliyyətinin, musiqi qabiliyyətinin (musiqini başa
düşmək, oxumaq, oynamaq) inkişafı, yaradıcılığın inkişafı.
-Təfəkkürün EQOSENTRİZMİ.
-Qavrayışın inkişafı (perseptiv işlərin, perseptiv etoalonların
mənimsənilməsi), diqqətin, hafizənin qeyri-ixtiyaridən ixtiyariyə
doğru inkişafı, iradənin inkişafı.
-Hər şeylə maraqlanmaq (4-5 yaşında «bu nədir?»)
-Təxəyyülün inkişafı (reproduktiv formadan yaradıcıya doğru).
-Başqa adamlarla dialoji nitqin və eqosentrik nitqin inkişafı,
daxili nitqə keçid.
-Məfhumların inkişafı (3-5 yaşlarında sözlər cisim və hadisələri
əvəz edən yerlik kimi, 6-7 yaşlarında sözlərin əşyaların mühüm
əlamətini bildirməsi – konkret məfhumlar).
-Təfəkkürün əməliyyataqədərki səviyyədə (Piaje) inkişafı, təd-
ricən əməliyyat səviyyəsinə keçid.
-Cins üzvlərinə, uşaqların doğulmasına maraq:
452
a)psixoseksual inkişafın fallik mərhələsi (3-4 yaşda);
b)Edip kompleksinin formalaşması və qarşısının alınması.
-Təşəbbüskarlığın, məqsədəyönəlişliyin, fəallığın formalaşması,
müstəqilliyin,
neqativ
inkişaf
gedişində
passivliyin,
yamsılamağa meylin formalaşması
-Məktəbə hazırlığın formalaşması.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Yeni doğulmuş uşağın xüsusiyyətləri haqqında
danışın.
2. Canlanma kompleksi nədir və nə vaxt baş verir?
3. Erkən uşaqlıq dövrünün fərqləndirici xüsusiyyətləri
hansılardır?
4. Bağça yaşı dövründə uşaqların ümumi inkişafından
danışın.
5. Uşağın psixi inkişafında oyunun rolunu izah edin.
6. Bağça yaşı dövründə uşaqlarda idrak prosesləri və nitq
necə inkişaf edir?
7. Uşağın məktəbə psixoloji hazırlıq şərtləri hansılardır?
Referat, məruzə və müstəqil tədqiqat üçün
mövzular.
1. Bir yaşından üç yaşına qədər dövrdə nitqin inkişafı.
2. Uşaqların məktəbə psixoloji hazırlığında fərdi-fərqlər.
3. Bağça yaşlı uşaqlarda təxəyyül və təfəkkürün inkişafı.
4. Müxtəlif oyun, təlim və əmək tapşırıqlarının bağça
yaşlı uşaqların psixi inkişafına təsiri.
Dostları ilə paylaş: |