Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə136/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   191

467

şkolğnika. – M., 1977



Nemov R.S. Psixoloqiə.  V 3-x kn.,  kn.2  – M.,  1998, 

s.209-218.




468

21-ci  FƏSİL

YENİYETMƏLİK YAŞI DÖVRÜNÜN

PSİXOLOGİYASI

Qısa xülasə

Yeniyetməlik yaşının ümumi xarakteristikası. Yeniyetmə

yaşında baş verən anatomik-fizioloji dəyişiklik.  Psixoseksual inkişafın

xüsusiyyətləri. Cinsi, psixoloji və sosial yetkinlik.

Yeniyetməlik yaşında şəxsiyyətin formalaşması. Ünsiyyət

tələbatı:  yeniyetmələrin yoldaşları və dostları ilə qarşılıqlı münasibətləri. 

Yeniyetmənin

dostları


referent

qrup


kimi.  Oğlanlarla

qızların


münasibətlərinin

xüsusiyyətləri. 

Mənlik

şüurunun


xüsusiyyətləri. 

Yeniyetmələrin əxlaqi şüuru.  «Yoldaşlıq məcəlləsi».  Əxlaqi ideaların

formalaşması və özünütərbiyə.

Yeniyetmələrdə yaşlılıq hissi və meylinin formalaşması. Yaşlılıq

hissinin və meylinin xüsusiyyətləri.  Yeniyetmələrin yaşlılarla qarşılıqlı

münasibəti.  Onlarla yaşlılar arasında ixtilafların yaranması,  səbəbləri. 

Kişilik və qadınlıq haqqında etalon və stereotiplərin mənimsənilməsi.



Yeniyetmələrin

təlim

fəaliyyəti.

Yeniyetmələrin

təlim

fəaliyyətinin xüsusiyyətləri.  Yeniyetmələrin təlimə, müəllim



tədris


fənlərinə münasibəti. İdrak proseslərinin inkişafı.

VI.21.1.Yeniyetməlik yaşının ümumi xarakteristikası

Yeniyetmə yaşı 10-11  yaşdan 14-15  yaşa qədər olan

vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec başlaya və qurtara

bilər.  Bu dövrdə həmyaşıdları ilə intim-şəxsi ünsiyyət

yeniyetmələrin aparıcı fəaliyyəti olur. 

Bu dövrdə aparıcı fəaliyyətlə yanaşı olaraq təlim, ictimai-

təşkilati, idman, bədii, əmək fəaliyyəti də özünə xüsusi yer tu-



469

tur.  Həmin ictimai-faydalı fəaliyyət növlərindən istifadə

etməklə yeniyetmələrdə sosial cəhətdən əhəmiyyətli işlərdə

şüurlu şəkildə iştirak etmək meyli baş qaldırır. Onlar müxtəlif

qruplarda qəbul olunmuş qarşılıqlı münasibət normalarına

uyğun


ünsiyyət

yaratmağı

öyrənir,  öz

«mən»lərini

qiymətləndirmək bacarığına yiyələnirlər.

Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”, “dönüş” və s. 

dövrü də adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və

psixi inkişafında müxtəlif keyfiyyət dəyişmələri baş verir. 

Bununla əlaqədar olaraq uşaqlıqdan yaşlılığa keçid

həmin dövrün əsasını təşkil edir. 

Bu yaş dövründə uşaq orqanizminin bioloji yetkinləşməsi

yolunda əsaslı dəyişiklik baş verir.  Bədənin yuxarı və aşağı

ətraf sahələrində sümüklər əzələlərə nisbətən uzununa daha

sürətlə inkişaf edir.  Ona görə də yeniyetmənin xarici görkəmi

çox qəribə olur.  Bədənin ətraf hissələri gövdəyə nisbətən

mütənasibliyini itirir,  daha uzun görünür.  Boy artımı çox

sürətlə gedir, bəzən bir il ərzində 8-10 sm artır.

Məlum olduğu kimi kiçik yaşlı məktəblilərdə boyun və

çəkinin artması əsasən uyğun şəkildə gedir.  Düzgün həyat və

qidalanma şəraitində yaşayan kiçik məktəbli nə kök, nə də arıq

görünmür.  Lakin yeniyetməlik yaşının başlanğıcından (10-

11yaş)  bu mütənasiblik kəskin şəkildə dəyişir.  Yeniyetmənin

çəkisinin və boyunun artmasında sıçrayış baş verir.

Mövcud ədəbiyyatdan məlum olduğu kimi,  9-10  yaş

arasında oğlanlarda boy artımı təxminən 4,4 sm olduğu halda, 

11 yaşında bu artım 5,3 sm, 12 yaşında – 6,1 sm-ə, 13 yaşında -

4,7 sm-ə, 14  yaşında – 7,2 sm-ə, 15  yaşında – 6,2 sm-ə çatır. 

Rəqəmlərdən göründüyü kimi, oğlanlarda ən yüksək boy artımı

13-14 yaş arasında baş verir.

Qızlarda isə boyun artımı daha tez başlayır və həmin

artım tez də aşağı düşür. 9 yaşlı qızlarda boy artımı 3,8 sm, 10 

yaşda – 6,21 sm, 11 yaşda – 7,17 sm, 12 yaşda – 5,43 sm,  13 

yaşında təxminən 6  sm-ə çatır.  Bu zaman artım əvvəlki illərə



470

nisbətən az olsa da qənaətbəxşdir.  14  yaşında boy artımı 3,7 

sm-ə,  15  yaşında isə 2,3  sm-ə enir.  Rəqəmlərdən göründüyü

kimi, boy artımı qızlarda oğlanlara nisbətən tez başlasa da, so-

nradan əsaslı şəkildə aşağı düşür.

Çəkinin artmasına gəldikdə bu dövrdə o boyun

artmasından geri qalır.  9  yaşlı oğlanların çəkisi orta hesabla

26,3 kq, 10 yaşda – 29,0 kq (artım 2,7 kq), 11 yaşda – 32,1 kq

(artım 3,1 kq), 12 yaşda – 36,0 kq (artım – 3,9 kq), 13 yaşda –

39,2 kq (artım – 3,2 kq), 14 yaşda – 45,5 kq (artım – 6,3 kq), 

15  yaşda – 51,9  kq (artım – 5,4  kq)  olur.  Rəqəmlərdən

göründüyü kimi,  yeniyetməlik dövründə oğlanlarda çəkinin

artması qeyri-bərabər şəkildə gedir.  13  yaşında çəkinin artımı

aşağı düşür.

Qızlarda da çəkinin artması təxminən eyni şəkildə gedir. 

9 yaşlı qızların çəkisi təxminən 25,28 kq, 10 yaşda – 28,3 kq, 

11 yaşda – 32,0 kq, 12 yaşda – 36,97 kq, 13 yaşda – 41,9 kq, 

14 yaşda – 47,5 kq, 15 yaşda – 50,6 kq-a bərabər olur. Qızlarda

çəkinin ən az artımı 10 və 11 yaşda özünü göstərir. 

Bu dəyişiklik xüsusilə cinsi yetişmənin başlanmasında

özünü göstərir.  Uşaqlara nisbətən yeniyetmələrin siması

dəyişir, böyüklərə yaxınlaşmış olur.

Əzələ kütləsi və əzələ gücü artır, nəticədə yeniyetmənin

fiziki imkanı da artır.  Yeniyetməyə elə gəlir ki,  onun hər bir

şeyə gücü çatar.

Yeniyetmənin psixoseksual inkişafında xüsusi dəyişiklik

baş verir. Bu dövrdə cinsi yetişmənin başlanması bir növ cinsi

yetkinlik üçün başlanğıc rolunu oynayır. Bununla yanaşı olaraq

psixoloji yetkinliyin,  eləcə də sosial yetkinliyin baş verməsi

üçün müvafiq şərait yaratmış olur.  Yeniyetmələrdə sərvət sis-

temi dəyişir:  ailə,  məktəb,  həmyaşıdları yeni məna və

əhəmiyyət kəsb etməyə başlayır.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə