471
VI.21.2. Yeniyetmə yaşında şəxsiyyətin formalaşması
Ünsiyyət tələbatı. Yeniyetmə yaşında şəxsiyyətin
formalaşmasında əsaslı dəyişiklik baş verir. Görkəmli psixoloq
K.Levinin fikrincə keçid yaşı olan yeniyetməlik dövründə
mühüm proseslərdən biri onları istiqamətləndirən şəxsiyyətin
həyati aləminin, ünsiyyət sahəsinin, qrup mənsubluğu və
insanların tiplərinin genişlənməsindən ibarətdir. Burada
yeniyetmədə ünsiyyət tələbatının meydana gəlməsi xüsusi rol
oynayır. Bu dövrdə yoldaşları ilə ünsiyyət səyi, həmyaşıdlar
kollektivinə meyl son dərəcə aydın təzahür edir. Ünsiyyət
fəaliyyətinin obyekti həmyaşıdlardan ibarət olur. Yeniyetmə
ünsiyyət
fəaliyyəti
prosesində ictimai-əxlaqi münasibət
normalarını mənimsəyir.
Yeniyetmə yaşında həmyaşıd uşaqların psixoloji inte-
lektual cəhətdən bir-birinə uyğunlaşmasını asanlaşdıran şərait
yaranır. Yeniyetmə yaxınlıq dərəcəsinə görə yoldaşın üç tipini
müəyyənləşdirir: sadəcə olaraq yoldaş, yaxın yoldaş və şəxsi
dost.
Yeniyetmənin yaxın yoldaşları və dostları ilə ünsiyyəti
sadəcə olaraq təlim fəaliyyəti hüdudları ilə məhdudlaşmır,
həyatının bir çox sahələrini əhatə edir. Yeniyetmələrin
həmyaşıdları ilə ünsiyyəti təlimə olan münasibəti ikinci plana
keçirir. Hətta yoldaşları ilə ünsiyyətə nisbətən doğma adam-
larla ünsiyyətin rolu xeyli azalır. Yeniyetmə belə hesab edir ki,
həmyaşıd uşaqlarla münasibətlər onun şəxsi münasibətidir, heç
kəsin buna qarışmağa haqqı yoxdur. Ona görə də yeniyetmənin
dostları onun üçün referent qrupa çevrilir.
Yeniyetmənin ünsiyyət fəaliyyətinin mühüm sahə-
lərindən birini də “oğlan-qız” tipli münasibətlər təşkil edir. Bu
dövrdə oğlan və qızlar bir-birilə maraqlanmağa başlayırlar. On-
larda bir-birinin xoşuna gəlmək arzusu yaranır. Bununla belə
kiçik yeniyetməlik dövründə oğlan və qızların davranışı hələ
472
ambivalent xarakter daşıyır: onlar bir tərəfdən, bir-biri ilə
maraqlanır, digər tərəfdən isə xüsusiləşməyə meyl edirlər.
Tədricən bu cür xüsusiləşmə meyli aradan qalxır.
Yeniyetmələrin mənlik və əxlaqi şüuru. Kiçik
məktəblidən fərqli olaraq yeniyetmədə özünə, öz şəxsi
həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqda,
özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə
etmə meyli əmələ gəlir. Nəticədə yeniyetmə özü üçün öz
“mən”ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa
başlaması və sonrakı inkişafı yeniyetmənin bütün psixi
həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakılara
münasibətinə öz təsirini göstərir. Yeniyetmənin mənlik
şüurunun
formalaşması
onun
öz
davranışını, mənəvi
keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə
başlayır. İlk dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını
başqa adamların mülahizələri təşkil edir. Yaş artdıqca yeni-
yetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və
qiymətləndirməyə başlayır.
Bu dövrdə yeniyetmələr öz müstəqilliklərini qoruyub
saxlamağa çalışmaqla refleksiya əsasında mənlik şüurlarını,
«mən» obrazını, «real» və «ideal mənin» əlaqəsini forma-
laşdırır və inkişaf etdirirlər.
Bütün bunlarla yanaşı olaraq yeniyetmələrdə özünü-
qiymətləndirmə və özünəmünasibətin formalaşması baş verir.
Mövcud
psixoloji
ədəbiyyatda
yeniyetmələrin
özünü-
qiymətləndirmələrinin aşağıdakı tipləri qeyd olunur:
1.Uşağın «özünüqiymətləndirməsi» ananın verdiyi
qiymətin birbaşa təkrarı kimi özünü göstərir. Adətən uşaqlar
özlərində birinci növbədə valideynlərinin onlar haqqında qeyd
etdikləri kefiyyətləri görürlər. Əgər valideynlər tərəfindən ne-
qativ surət təlqin olunur və uşaq bu nöqteyi nəzəri qəbul edirsə,
onda özünün yararsızlıq, pislik hissinə üstün gəlməsinə qarşı
davamlı neqativ münasibət formalaşır. Uşağın ailədən kənar
sosial təmas dairəsinin məhdudluğu valideyninin güclü nüfuzu
473
sayəsində
verdiyi
qiymət
onun
üçün
yeganə
daxili
özünüqiymətləndirməsinə çevrilir.
Bu cür özünüqiymətləndirmənin ciddi qüsuru ondan
ibarətdir ki, (əgər pozitiv xarakter daşısa belə) ciddi qüsurlarla
nəticələnə bilir. Bu zaman uşağın özünə qarşı stabil pozitiv
münasibətini təmin edə biləcək daxili şəxsi kriteriyaların
yaranmasına mane olur.
2. Ziddiyyətli komponentlərdən ibarət olan qarışıq
özünüqiymətləndirmə. Bu bir tərəfdən müvəffəqiyyətli sosial
qarşılıqlı təsir təcrübəsi sayəsində yeniyetmədə formalaşan
özünün «mən» obrazı, ikinci tərəfdən, valideynin uşağı necə
qiymətləndirməsi ilə bağlı formalaşır. Bu zaman «mən» obrazı
ziddiyətli xarakter daşıyır.
3. Yeniyetmə valideynlərinin onun haqqında dediklərini
xatırlayır, lakin ona başqa qiymət verir. O, tərsliyi xarakter-
sizlik kimi qəbul etmir. Belə ki, bu yaşda olan yeniyetmə üçün
böyüklərin onu bəyənməsi vacibdir. Lakin eyni zamanda onlara
qulaq asmaq öz müstəqilliyini, «mən»ini itirməsini bildirir.
Həmin konflikti valideynlərin tələblərinə cavab verməyin
mümkünsüzlüyü və öz «mən»ini saxlaması kimi hiss etməsi
yeniyetmənin
özünü
«pis»,
lakin
güclü
kimi
qiymətləndirməsinə gətirib çıxarır.
4. Yeniyetmə valideynlərinin fikrinə qarşı mübarizə
aparır, lakin
bununla
belə
özünü
həmin
sərvətlər
çərçivəsində qiymətləndirir. Bu kimi hallarda yeniyetmə
özünüqiymətləndirmə zamanı valideynlərinin real qiymətini
deyil, ideal gözləmələrini nəzərdə tutur.
5. Yeniyetmə özünüqiymətləndirmə zamanı valideyn-
lərinin onun haqqında neqativ fikirlərini qəbul edir, eyni za-
manda bildirir ki, o elə bu cür də olmaq istəyir. Valideynlərin
tələblərinin bu cür rədd edilməsi ailədə olduqca gərgin
münasibətlərin yaranmasına gətirib çıxarır.
6. Yeniyetmə valideynlərinin neqativ qiymətini
görmür, hiss etmir. Gözlənilən qiymət özünüqiymətləndir-
Dostları ilə paylaş: |