477
daha yüksək qiymətləndirir və sevirlər. Yeniyetmələr
müəllimin eridusiyasına, şagirdlərlə düzgün qarşılıqlı əlaqə ya-
radan müəllimlərə daha çox üstünlük verirlər.
Bununla yanaşı artıq yeniyetmələr elmlərin əsasını sis-
temli şəkildə öyrənməyə, mənimsəməyə başlayırlar. Bunun
üçün yeniyetmələrdən yüksək əqli inkişaf, idrak proseslərinin
inkişafı tələb olunur. Yeniyetmələr yalnız dərsdə keçdiklərini
deyil, eyni zamanda biliklərin yeni sahələrini müstəqil olaraq
mənimsəməyə çalışırlar. Onlar müxtəlif dərnəklərdə iştirak
etməyə can atırlar. Yeniyetmələr bütün fənlərə eyni seçici
münasibət bəsləməyə başlayırlar. Lakin burada da sabitlik az
olur. Bəzən bu və ya digər fənnə maraq dəyişə bilir. Onlarda
peşə marağının təşəkkül etməsi sayəsində fənnləri “lazımlı” və
“lazımsız” qruplara
ayırırlar. Bunlardan
asılı
olaraq
müəllimlərə münasibətləri də müxtəlif olur.
Təlim fəaliyyətinin təsiri altında yeniyetmələrin idrak
proseslərinn inkişafında da dəyişiklik baş verir.
Təlim fəaliyyəti yeniyetmələrin qavrayışına əsaslı təsir
göstərir və onun inkişafını sürətləndirir. Bu dövrdə şagirdlərin
qavrayışı geniş əhatəli olmaqla ardıcıl və seçici xarakter daşı-
yır. Onların qavrayışı ən çox maraqlandıqları cisim və
hadisələrlə bağlı olur. Yeniyetmələrdə zaman, məkan, hərəkət
qavrayışı da xeyli inkişaf edir.
Yeniyetməlik dövründə hafizə də xeyli inkişaf edir.
Məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır.
Yeniyetmələr məntiqi, eləcə də ixtiyari hafizədən istifadəyə
üstünlük verirlər. Bunun sayəsində mexaniki hafizənin inkişafı
ləngiyir. Yeniyetmələrdə yaddasaxlamanı
yaxşılaşdırmaq
yollarına maraq artır.
Kiçik məktəblilərdən fərqli olaraq yeniyetmələr materialı
ümumiləşdirməyə və sistemləşdirməyə daha çox yer verməyə
çalışırlar. Tədricən yeniyetmələr belə bir qənaətə gəlirlər ki,
mənalı yaddasaxlama və yadasalma daha üstün əhəmiyyətə
malikdir. Şübhəsiz, hələ elə materiallar da olur ki, onları hərfən
478
yadda saxlamaq və yada salmaq lazım gəlir (tərifləri,
teoremləri və s.). Bu kimi hallarda mexaniki yaddasaxlamaya
ehtiyac hiss olunur. Lakin bu zaman mexaniki yaddasaxlama
müəyyən dərəcədə məna əlaqəsi ilə şərtlənir. Məsələn, tarixi
günləri yaxşı yadda saxlamaq üçün şagirdlər onları müəyyən
hadisələrlə əlaqələndirirlər.
Təlim fəaliyyətinin təsiri altında məntiqi hafizə fəal
şəkildə inkişaf etməyə başlayır. Yeniyetmələr müəllimin
köməyi əsasında yaddasaxlamanın səmərəli yollarından istifadə
etməyə başlayırlar. Beləliklə, yeniyetmələr məntiqi, eləcə də
ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun sayəsində
mexaniki
hafizənin
inkişafı
ləngiyir. Yeniyetmələrdə
yaddasaxlamanı yaxşılaşdırmaq yollarına maraq artır.
Yeniyetməlik
dövründə
diqqətin
inkişafında
da
özünəməxsus xüsusiyyətlər müşahidə olunur. Bu dövrdə
diqqətin tez-tez yayınması halları özünü göstərir. Uşağın təlim
fəaliyyətindəki əsaslı dəyişikliklər, tələbat və maraq dairəsinin
dəyişməsi, şagirdin ayrı-ayrı fənlərə, müəllimlərə münasibəti,
keçirdiyi psixi hallar, yeni və rəngarəng təəssürat bolluğu, cinsi
yetişmənin başlanması ilə əlaqədar güclü təəssüratlar, yaşlılıq
hissi ilə bağlı problemlər və s. diqqətin təzahür və inkişafına,
burada mənfi halların özünü göstərməsinə səbəb ola bilir.
Təlim və tərbiyənin təsiri altında yeniyetmələrdə sabit ix-
tiyari diqqət inkişaf etməyə başlayır. Diqqətin həcmi,
davamlılığı, paylanması nisbətən məhsuldar xarakter daşıyır.
Yeniyetməlik dövründə təxəyyülün inkişafında xeyli irə-
liləyiş baş verir. Bərpaedici təxəyyül yüksək inkişaf səviy-
yəsinə çatır. Romantik, fantastik surətlərin yaradılmasına meyl
yüksək olur. Yaş artdıqca yeniyetmələrin təxəyyülü dəyişir. 14-
15 yaşlarda təxəyyül surətləri daha real və daha tənqidi xarak-
ter daşımağa başlayır. Bununla yanaşı olaraq həmin dövrdə də
yeniyetmələr romantik surətlərdən tam yaxa qurtara bilmirlər.
Yeniyetmələrdə yaradıcı təxəyyül xeyli inkişaf etmiş
olur. Yeniyetmələrin təxəyyülünün inkişafı təlim materialını
479
daha səmərəli və yaradıcı şəkildə mənimsəmələrinə imkan ve-
rir. Yeniyetmələr əldə etdikləri bilikləri yeni sahəyə tətbiq
etməyə başlayırlar.
Yeniyetmələrdə təfəkkürün inkişafında xüsusilə irəlilə-
yiş baş verir. Onların təfəkkürü kiçik məktəblilərin təfək-
küründən əsaslı şəkildə fərqlənir. Bu dövrdə təfəkkür daha
ümumiləşmiş, daha dərin və mücərrəd xarakter daşıyır. Adətən,
kiçik məktəblilər əsasən konkret cisimləri müqayisə edir, fərdi
hökmlərin ifadəsinə üstünlük verir, başlıca olaraq ümumi
təsəvvürlərə və məişət anlayışlarına əsaslanırlar. Yeniyetmələr
isə elmi anlayışları mənimsəyir və onlara istinad edirlər. Daha
çox ümumi hökmlərdən istifadə edir, onların təfəkkürü ən çox
mücərrəd
xarakter
daşımağa
başlayır. Yeniyetmələrdə
mücərrəd təfəkkür sürətlə inkişaf edir.
Bu dövr mücərrəd təfəkkürün inkişafı üçün senzitiv dövr
hesab olunur. Konkret və əyani-obrazlı təfəkkür öz yerini
mücərrəd nəzəri təfəkkürə verir. Yeniyetmələrin təfəkkürü
geniş ümumiləşdirməyə cəhd göstərməklə səciyyələnir. Hansı
davranış
formasını
seçməsindən
asılı
olmayaraq
yeniyetmələrdə təfəkkürün müstəqilliyi və tənqidiliyi özünü
göstərir.
Yeniyetməlik yaşının psixoloji xüsusiyyətləri (11-15 yaş)
- İntensiv cinsi yetişmə və inkişaf, orqanizmin güclü fi-
zioloji yenidənqurulması
-
Qeyri-sabit emosional sfera, emosiya və əhvalların
idarə olunmaması
-
Müstəqillik və fərdiyyətinin ÖZÜNÜTƏSDİQİ, böyük-
lərlə münaqişəli münasibətin meydana gələ bilməsi
-
APARICI fəaliyyət – həmyaşıdları ilə ünsiyyət, qəbul
olunmağa, həmyaşıdlarının özünə qarşı hörmətinə «nail
Dostları ilə paylaş: |