Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə142/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   191

488

şüuru ilə yanaşı əxlaqi şüurun inkişafında da əsaslı dəyişiklik

baş verir.  Bu dövr yeni əxlaq səviyyəsinə - konvensional

əxlaqa keçidlə xarakterizə olunur (L.Kolberq).  Psixoloqlar bu

cəhəti onunla izah edirlər ki,  uşaq öz inkişafı prosesində

əvvəlcə əxlaqi davranışın “xarici”  normalarına istinad edir. 

Böyüklərin onu cəzalandırmasından yaxa qurtarmaq,  onlar

tərəfindən rəğbətləndirilmək üçün özünü yaxşı aparır, 

hərəkətlərinin böyüklər tərəfindən necə qarşılanacağını əsas

götürürlər.  Lakin inkişafın sonrakı mərhələsində şagirdlərdə

əxlaqi davranışın “xarici” norma və qaydaları daxili - əqli pla-

na keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar üçün

əhəmiyyətli olan adamlar tərəfindən bəyənilmək və müəyyən

qaydanı gözləmək tələbatının təsiri altında özlərini yaxşı

aparmağa çalışırlar.  Buradan isə aydın olur ki,  bu dövrdə

məktəblilər hələ də xarici,  formal əlamətləri əxlaqi tələblərin

mənbəi kimi qavrayırlar.  Tədricən psixi inkişafın yüksəlməsi

ilə bağlı olaraq böyük məktəblilərdə dərkolunmuş əxlaqi

prinsiplər təşəkkül tapmağa başlayır. Əxlaqi davaranış konkret

şəraitin və ayrı-ayrı şəxslərin təsirindən azad olur.  Oğlan və

qızlar avtanom əxlaqa malik olur. 

Müasir gənc oğlan və qızlarda həyatın özü əvvəlki on

illiklərindən fərqli psixologiyanın formalaşmasına səbəb

olmuşdur.  Bununla,  əlaqədar olaraq gənclərin əxlaqi-etik

problemlərə münasibəti də dəyişmişdir.  Bu sahədə gənclərin

daha cəsarətli baxışları özünü göstərir. 

Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayışlara

münasibəti dəyişmişdir.  Məsələn,  «ədalətlilik»  anlayışı artıq

gənclər tərəfindən əvvəllər başa düşülən stereotip şəklində –

«ədalətlilik odur ki,  heç kimin arasında fərq qoyulmasın» 

şəklində qavranılmır.  Müasir böyük məktəblilər ədalətliliyi

«hər kəsdən imkanlarına görə və hər kəsə gördüyü işə və ya

insanların ümumi rifahı üçün verdikləri real töhvəyə görə» 

yanaşmaqda görürlər.

Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi



489

anlayışlara münasibətləri də dəyişmişdir.  Bu anlayışlar,  bir

tərəfdən yaş artdıqca böyük məktəblilər üçün öz əbədi roman-

tikliyini itirir,  digər tərəfdən,  gənclər tamamilə real mövqeyə

əsaslanır və adamların: valideynlərin, müəllimlərin, yoldaşların

dostların



həqiqi

hərəkətləri

bundan

asılı


olaraq

qiymətləndirilir.  Bu prinsip daha aydın şəkildə böyük

məktəblilərin öz müəllim və valideynlərinə münasibətlərində

təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə

daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik məktəb

yaşı və yeniyetməlik dövründə özünü göstərmir.

Psixoloji tədqiqatlar göstərmişdir ki,  gənclik dövründə

məktəblilər borc,  şərəf,  şəxsi qürur hissi,  vicdan,  təvazökarlıq

kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər. 

Bununla belə onlar həmin anlayışların şərhi zamanı,  eləcə də

əxlaqi davranışı həyata keçirərkən bəzi qüsurlara yol verirlər. 

Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan və

qızların əksəriyyəti özlərini praktik olaraq əxlaqi cəhətdən

formalaşmış,  yetgin və kifayət qədər davamlı əxlaqa

yiyələnmiş adam kimi göstərirlər. Bu isə qabiliyyətlər, motivlər

və xarakter əlamətləri ilə yanaşı şəxsiyyətin dördüncü mühüm

yenitörəməsi kimi özünü göstərir.

VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak

proseslərinin inkişafı

İlk gənclik dövründə təlim fəaliyyətinin ümumi

xarakteristikası. İlk gənclik dövründə təlim fəaliyyəti bir sıra

xüsusiyyətlərinə görə məktəb yaşının əvvəlki dövrlərindən

fərqlənir.  Bu dövrdə təlim fəaliyyəti həm məzmun,  həm də

formaca yeni xüsusiyyətlər kəsb edir.  Təlim fəaliyyətinin

məzmununa yeni anlayışlar sistemi daxil olur. Onlar özlərinin

əhatəliyinə görə əvvəlkilərdən fərqlənir. Mücərrəd anlayışların

miqdarı artır.  Yeni fənlərin və bilik sahələrinin öyrənilməsi



490

tələb olunur. Təlimin formasında da dəyişiklik baş verir. Tədris

prosesində müasir texniki vasitələrdən istifadəyə geniş yer ve-

rilir. Bütün bunları mənimsəmək böyük məktəblilərdən yüksək

hazırlıq,  nəzəri təfəkkürün inkişafını,  yaradıcılıq qabi-

liyyətlərinin təşəkkülünü tələb edir. 

Böyük məktəblilər təlimin nə kimi həyati əhəmiyyət

daşıdığını dərk edirlər.  Ona görə də məktəblilərdə təlimə

münasibət əsaslı şəkildə dəyişilir.  Bu dövrdə məktəblilərdə

müxtəlif bilik sahələrinə seçici münasibət təzahür etməyə

başlayır.  Böyük məktəblilərin təlim fəaliyyəti onların əqli

inkişafına əsaslı təsir göstərir. 

Böyük məktəblilər təlim fəaliyyətinin subyekti kimi daxil

olduqları spesifik sosial inkişaf şəraitinin təsiri altına düşürlər. 

Bu dövrdə təlim fəaliyyəti özünün keyfiyyəti,  yeni məzmunu

ilə fərqlənir. Tədris fənnlərində nəzərdə tutulmuş biliklərə

yiyələnmə zamanı şəxsi məna əhəmiyyəti daşıyan daxili idrak

motivləri ilə yanaşı geniş sosial və dar şəxsi xarici motivlər də

özünü göstərir.  Bunların içərisində nailiyyət,  müvəffəqiyyət

motivləri xüsusi yer tutur.  Təlim fəaliyyətinin özü böyük

məktəblilərin gələcək həyat planlarını həyata keçirmək vasitəsi

olduğu üçün, təlim motivləri də öz quruluşuna görə keyfiyyətcə

dəyişir.  Təlimi biliklərə yiyələnməyə yönəlmiş fəaliyyət kimi

bir


sıra

motivlərlə

səciyyələndirmək

olar,  şagirdlərin

əksəriyyəti üçün əsas daxili motiv kimi nəticəyə nail olmağa

yönəlişlik təşkil edir.

Böyük məktəblilərin təlim fəaliyyətinin predmetini, 

başqa sözlə, onun nəyə yönəlməsini, onun struktur təşkili, fərdi

təcrübənin

stimullaşdırılması, 

bunun

hesabına


yeni

məlumatların genişləndirilməsi, əlavə olunması, daxil edilməsi

təşkil edir.  Məsələlərin həllinə müstəqil,  yaradıcı şəkildə

yanaşma, qərar qəbul etmək, mövcud variantları təhlil etmək və

onları tənqidi konstruktiv şəkildə anlamaq bacarığı da böyük

məktəblilərin təlim fəaliyətinin məzmununu təşkil edir. Bu yaş

dövründə mühüm psixoloji yenitörəmə olan şagirdin həyati



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə