Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə145/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   191

498

şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən

inkişafının idarə olunmasıdır.  Ona görə də şəxsiyyətin necə

formalaşması,  bu prosesə təsir edən amillər diqqəti birinci

növbədə cəlb edən cəhətlərdəndir.  Bu baxımdan ilk növbədə

nəyi tərbiyə etmək məsələsi, başqa sözlə şəxsiyyətin strukturu, 

əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. 

Məlum olduğu kimi,  şəxsiyyət hər bir keyfiyyəti bir-biri ilə

ayrılmaz şəkildə bağlı olan bir vahiddir.  Ona görə də

şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı

olaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus

əhəmiyyət kəsb edir.  Ona görə də tərbiyə prosesində

şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə

alınması zəruridir.  Başqa sözlə,  insanı hissə-hissə deyil,  bir

şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır. Şəxsiyyətin

əlamət və keyfiyyətlərinin əlaqəsini, qarşılıqlı təsir imkanlarını

nəzərə almadan onun düzgün,  məqsədəuyğun formalaşmasına

nail olmaq mümkün deyildir.



VI.23.2. Məktəb yaşı dövründə şəxsiyyətin forma-

laşmasının psixoloji şərtləri

Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli

şəxsiyyətinin formalaşması haqqında düşünürük.  Başqa sözlə, 

məktəbin və müəllimin imkanları dairəsində,  şəxsiyyətin

formalaşması pedaqoji psixologiyada ən zəruri məsələ kimi

qarşıda durur. Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işin-

in düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi

şagird


şəxsiyyətində

arzu


olunmayan

keyfiyyətlərin

formalaşmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri ara-

dan qaldırmaq isə yenidəntərbiyə işi tələb edir ki, bu da əvvəl-

cədən yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat çətindir.

Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki,  tərbiyə

böyüməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin

idarə olunmasından ibarətdir.  Ona görə də bu proses özünün




499

xüsusi psixoloji mexanizminə malikdir.  Bu mexanizmi nəzərə

almadan tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə dü-

şünmək olmaz.  Burada birinci növbədə tərbiyə prosesinin

mahiyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə

bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir



tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri,  onların

qarşılıqlı münasibətləri,  tərbiyənin məqsədi,  tərbiyə prose-

sində istifadə olunan yollarMəhz buna görə də tərbiyə prose-

sini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin

xüsusiyyəti nəzərə alınmalıdır.  Yalnız bu zaman tərbiyə

prosesində şəxsiyyətin tələbatları,  maraq və meylləri, 

dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi

şəkildə formalaşdırıla bilər.

Tərbiyə prosesində biz daima inkişaf edən,  keyfiyyətcə

dəyişən uşaqlarla işləməli oluruq.  Tərbiyə olunan həmin

uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, 

tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər.  Ayrı-

ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus

tərbiyəvi iş tələb edir.  Ona görə də tərbiyə prosesində

müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə

olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə

almaq lazımdır.

Psixoloji tədqiqatlar göstərmişdir ki, şagird şəxsiyyətinin

təşəkkülündə həlledici yeri təkcə onun fəaliyyətinin düzgün

təşkili,  şagirdin əxlaqi davranış təcrübələri toplaması tutmur, 

eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin

tərbiyə edilməsi də mühüm rol oynayır.  Bu baxımdan

şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə

malikdir. Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət

onun tələbatı ilə bağlı olur.  Bir motiv kimi tələbatlar şagirdin

davranışını şərtləndirir.  Buradan tərbiyə prosesində psixoloji

cəhətdən diqqəti cəlb edən və nəzərə alınması zəruri olan bir

tələb-şagirdin davranışına qiymət verərkən onun motivini

müəyyənləşdirmək tələbi meydana çıxır.  Psixoloji tədqiqatlar



500

sübut etmişdir ki,  motivdən asılı olaraq eyni fəaliyyət

nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa

bilər.


Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda belə bir

müddəa irəli sürülür ki,  tərbiyə işində başlıca cəhət düzgün

davranış motivlərinin yaranmasına, əməli işdə əsas tutulmasına

və bütün oxşar situasiyalarda şagirdin eyni dərəcədə əxlaqi

davranmasına nail olmaqdır.

Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün

tərbiyəvi tədbirin tətbiq edildiyi konkret şəraitin nəzərə

alınması da həlledici əhəmiyyətə malikdir.  Adətən,  konkret

şərait nəzərə alınmadan tətbiq olunan şablon tərbiyəvi tədbir

istənilən nəticəni vermir,  bəzən hətta mənfi təsir göstərir. 

Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada

müəllimin pedaqoji təxəyyülü iştirak etsin.  Belə olduqda

müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə

kimi nəticə verəcəyini qabaqcadan görə bilir. Ona görə də daha

səmərəli,  şəraitə daha uyğun tərbiyəvi tədbirin həyata keçi-

rilməsi mümkün olur.

Bununla əlaqədar olaraq tərbiyə işini düzgün təşkil etmək

üçün “İnkişafın sosial şəraitinin”  (L.S.Vıqotski)  nəzərə

alınması da zəruridir. Bunun üçün tərbiyəçi birinci növbədə öz

şagirdlərinin inkişafının sosial şəraitini aşkara çıxarmalı, 

tərbiyə işini ona uyğunlaşdırmalıdır.

Tərbiyəçi uşağın inkişafının sosial şəraitini öyrənmək

üçün ilk növbədə onun yaşadığı obyektiv şəraitlər sistemini, 

digər tərəfdən onun həmin şəraitə münasibətinin xarakterini

aşkara çıxarmalı və təhlil etməlidir.  Bu ona görə zəruridir ki, 

həyat şəraiti şagird şəxsiyyətinin formalaşmasını bilavasitə, av-

tomatik olaraq birbaşa təyin etmir,  o,  uşağın həmin şəraitdə

hansı qarşılıqlı münasibətdə,  qarşılıqlı təsir prosesində olma-

sından asılıdır.

Tərbiyə prosesinin müvəffəqiyyətlə yerinə yetirilməsində

mühüm rol oynayan amillərdən biri də tərbiyənin məqsədinin



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə