Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə146/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   191

501

düzgün müəyyənləşdirilməsindən ibarətdir.  Tərbiyəçi son

nəticədə nəyə nail olacağını aydın dərk etmədən,  başqa sözlə

qarşısına konkret məqsəd qoymadan yüksək müvəffəqiyyətə

nail ola bilməz.  Məqsəd aydın olduqda isə onun həyata

keçirilməsi üçün səmərəli tərbiyəvi tədbirlərin seçilməsi və

tətbiqi də mümkün olur.

Tərbiyə


prosesində

nəzərə


alınması

zəruri


olan

cəhətlərdən biri də həmin prosesin tərbiyə olunanın fəaliyyəti

ilə əlaqələndirilməsindən ibarətdir.  Hər bir yaş dövründə o

dövr üçün əsas olan fəaliyyət növünə istinad etməklə həmin

fəaliyyət prosesində müvafiq tərbiyəvi iş aparmaq mümkündür. 

İstər oyun,  istər təlim,  istərsə də əmək fəaliyyəti elə təşkil

edilməlidir ki,  şəxsiyyətin formalaşmasına,  onda müsbət

keyfiyyətlərin tərbiyə olunmasına gətirib çıxarsın.



VI.23.3. Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən

əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin

müəyyənləşdirilməsi problemi

Tərbiyə işinin metodları və formalarının psixoloji

əsasları. Tərbiyə prosesinin müvəffəqiyyətlə həyata keçi-

rilməsi üçün psixoloji cəhətdən zəruri olan şərtlərdən biri

tərbiyəvi işin metod və formalarının düzgün seçilməsindən

ibarətdir.  Ona görə də tərbiyəçilərdən biri müvafiq metod və

formalardan istifadə etdiyinə görə onun tərbiyəvi tədbiri

səmərəli nəticə verir. Əksinə, başqa birinin tərbiyəvi metodlar-

dan düzgün istifadə etməməsi nəinki şagirdin davranışındakı

qüsurların aradan qalxmasına səbəb olmur,  həm də həmin

qüsurların daha dərin köklər salmasına,  oraya yeni mənfi əla-

mətlərin daxil olmasına gətirib çıxarır. Bir cəhəti nəzərə almaq

lazımdır ki,  tərbiyəvi işin metod və formalarından həmişə

şablon halında istifadə etmək mümkün deyildir.  Ona görə də

psixoloqlar tərbiyəvi metodları tətbiq edərkən aşağıdakı



502

cəhətləri nəzərə almağı zəruri hesab edirlər:  birincisitərbiyə

olunan şagirdin yaş və fərdi xüsusiyyətləri;  ikincisişagirdin

daxil olduğu uşaq kollektivinin xüsusiyyətləri;  üçüncüsü,

tərbiyəvi tədbirin həyata keçirildiyi konkret şərait. Bu cəhətlər

nəzərə alınmaqla seçilən və tətbiq edilən tərbiyəvi tədbir öz

bəhrəsini verir.  Lakin məktəb təcrübəsi göstərir ki,  heç də

tərbiyəçilər,  müəllimlər bütün hallarda tərbiyəvi tədbirlərdən

müvafiq şəkildə istifadə edə bilmir, onun düzgün hesab etdiyi

tərbiyəvi üsul əksinə mənfi nəticələr verir.  Bu mənada

tərbiyəvi təsirin müvəffəqiyyəti təkcə tərbiyəçinin öz təsirinə

hansı məna verməsindən deyil, eyni zamanda tərbiyə olunanın

onu necə, hansı mənada başa düşməsindən də asılı olur. Psix-

oloqlar belə bir cəhəti aşkara çıxarmışlar ki, tərbiyəvi tədbirin

tətbiqi zamanı, müəllim və tərbiyəçilər öz təsirlərində bir məna, 

şagird isə tamamilə başqa bir məna görür.  Yaşlılarla uşaqlar

arasında baş verən bu cür anlaşılmazlıq psixologiyada “məna

maneəsi”  adlanır.  Bu cür məna maneəsinin” yaranması

tərbiyəvi tədbirin təsir gücünü aradan qaldırır.

Məna maneəsi ilə müəllim və valideynlər hələ

məktəbəqədər və kiçik məktəb yaşı dövründə rastlaşa bilirlər. 

Uşaqların daha çox küsəyən və tez özündən çıxdığı dövrü olan

yeniyetməlik zamanı məna maneəsi daha tez yaranır, daha par-

laq təzahür edir və çətinliklə aradan qaldırılır.

Psixoloji tədqiqatlar zamanı aşkara çıxarılmışdır ki, məna

maneələrinin baş vermə səbəblərini bilməyən və bu cür

maneələrin yaranmasının qarşısını almağa çalışmayan tərbiyəçi

qarşısında qoyduğu tərbiyəvi vəzifəni həll etməkdə çətinlik

çəkir. Həmin məsələnin mahiyyətini açmağa çalışaq.

Zahirən məna maneələri onunla xarakterizə olunur ki, 

sanki uşaq böyüklərin dediklərini eşitmir. Əslində isə uşaq ona

deyilən sözü yaxşı eşidir, hətta onu təkrar da edə bilir.

Lakin həmin sözün mənasını qavramır.  Psixoloqlar

müəyyən etmişlər ki,  məna maneəsi həm uşağın qarşısında

hansı tələbi qoymasından asılı olmayaraq,  konkret adama



503

münasibətdəhəm də kimin irəli sürməsindən asılı olmayaraq, 

konkret tələbə münasibətdə özünü göstərə bilir. 

Hər iki halda tərbiyəvi tədbirin metodlarından düzgün

istifadə olunmaması faktı məna maneəsinin yaranmasına, 

nəticədə isə tərbiyəvi tədbirin təsirinin aradan çıxmasına səbəb

olur. 

Konkret adama münasibətdə məna maneəsinin yaranması



ən çox tərbiyəçi tərəfindən uşağın davranış motivinin nəzərə

alınmaması,  uşaqda olmayan motivi bir növ ona bağlamaq

nəticəsində baş verir.  Məsələn,  uşaq xəstəliyinə görə dərsdən

gedir. Müəllim onu da dərsdən qaçan başqa uşaqlarla birlikdə

cəzalandırır.  Yaxud,  onu təhqir edən yoldaşlarına qarşı cavab

qaytaran uşağı da o birisi kimi intizamsız,  xuliqan adlandırır. 

Bu hal bir neçə dəfə təkrar olunduqda şagirddə müəllimə, 

tərbiyəçiyə qarşı məna maneəsi yaranır.  Nəticədə həmin

müəllimin ən ədalətli tələbi belə şagird tərəfindən ədalətsiz

tələb kimi qarşılanır. 

Lakin konkret adama qarşı məna maneəsi müəllim

tamamilə obyektiv,  düzgün hərəkət etdiyi halda,  şagirdin öz

davranış motivini dərk edə bilməməsindən asılı olaraq da yara-

na bilər. Məsələn, müəllim tapşırığı yerinə yetirməyən şagirdi

haqlı olaraq danladığı,  cəzalandırdığı halda,  şagird kitabı

olmadığına görə cəzalandırmanın ədalətsiz olduğunu zənn

etməsi sayəsində yaranan məna maneəsini buna misal

göstərmək olar. 

Konkret tələbə münasibətində özünü göstərən məna

maneəsi isə tamamilə başqa səbəblərdən irəli gələ bilir. 

Məsələn,  tərbiyəçi müsbət nəticə vermədiyi halda eyni tələbi

dəfələrlə təkrar edir.  Nəticədə bu cür tələblərə uşaq o qədər

alışır ki, onu bir növ qavramamağa başlayır. 

Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması

şagirdlərlə aparılan tərbiyə işinin çətinləşməsinə,  bir növ

nəticəsiz qalmasına səbəb olur.  Ona görə də müəllim birinci

növbədə bu cür məna maneələrinin yaranmasının qarşısını



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə