Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə147/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   191

504

almağa çalışmalıdır.  Bu cəhətdən müəllim üçün əsas problem

zəruri təsir vasitəsini seçmək deyil,  həm də şagirdin rəftar və

davranışının motivlərini,  onun baxışlarını,  münasibətlərini

bilməkdir.  Belə olduqda məna maneələrinin yaranmasının

qarşısı alınır, tərbiyəvi tədbirin gücü artır. 

Məktəbdə şagirdlərlə aparılan tərbiyəvi işlərin mühüm

yollarından biri əxlaqi söhbətlərdən ibarətdir. Şagirdlərin əxlaq

tərbiyəsində bu cür söhbətlərin səmərəli nəticə verməsi üçün

istər fərdi, istərsə də kollektiv şəkildə aparılan əxlaqi söhbətlər

zamanı aşağıdakı prinsiplərə əməl olunmalıdır. 

1. 


Əxlaqi söhbətlərin məzmunu şagirdlərin yaş səviy-

yəsinə uyğun olmalıdır. 

2. 

Söhbət aparılan kollektivi,  onların istiqamətini, 



qarşılıqlı münasibətini, təlimə, müəllimə münasibətlərini yaxşı

bilmək və nəzərə almaq lazımdır. 

3. 

Söhbəti konkret bir səbəblə,  ölkənin və kollektivin



həyatında baş verən bir hadisə ilə, yeni kitab və ya kinofilmlə

əlaqələndirərək, onlarla bağlı şəkildə təşkil eləmək zəruridir. 

4. 

Söhbətə aydın,  konkret misallardan başlamaq daha



münasibdir. Söhbət zamanı şagirdlər üçün yeni olan, inandırıcı

faktlardan, misallardan istifadə edilməlidir. 

Bu zaman məharətlə çatdırılan,  təhlil edilən mənfi

nümunələr də böyük tərbiyəvi əhəmiyyətə malikdir.  Məsələn, 

borc hissindən danışarkən eqoizimin nə qədər çirkin keyfiyyət

olduğunu konkret misallarla açıb göstərmək faydalı olur. 

5. 

Əxlaqi söhbət zamanı şagirdlərdə maksimum fəallıq



yaratmaq,  onları canlı fikir mübadiləsinə cəlb etmək onlarda

fikir oyatmaq,  əxlaq məsələləri üzərində düşünməyə məcbur

etmək lazımdır. 

6. 


Şagirdlərin şüuruna çatdırılan məsələlərin yaxşı

əsaslandırılması da böyük əhəmiyyətə malikdir.  Bu cəhətə

əməl olunması xüsusilə yeniyetmə və böyük məktəblilərlə iş

zamanı daha çox zərurət təşkil edir. 

7. 

Əxlaqi söhbət zamanı şagirdlərdə dərin və aydın




505

emosiyaların yaranmasına nail olmaq lazımdır. Bu isə o zaman

mümkün ola bilər ki, müəllim söhbəti etinasız, həvəssiz deyil, 

emosional və canlı keçirsin. 

Şagirdlərin tərbiyəsində nəzərə alınması zəruri olan yol-

lardan biri də müəllimin,  tərbiyəçinin şəxsi nümunəsindən

düzgün istifadə olunmasından ibarətdir.  Adətən,  kiçik

məktəblilər çox vaxt müəllimi təqlid edir,  ona oxşamağa

çalışırlar.  Lakin bəzən bunu şüursuz,  düşünmədən edirlər. 

Bəzən də özlərindən asılı olmayaraq onun xarici davranış

tərzini bir növ yamsılayırlar.  Yeniyetmələr və böyük

məktəblilər isə çox vaxt nümunədən şüurlu olaraq istifadə

edirlər.  Özünü artıq böyük hesab etməyə başlayan yeniyetmə

böyüklərin hərəkət və davranışlarını təqlid etməyə cəhd

göstərir.  Ona görə də yeniyetmələrdə onları əhatə edən

adamların (xüsusilə onlara yaxın və əziz olan adamların) dav-

ranışına qarşı kəskin maraq və diqqət yaranır. Böyüklərin bu və

ya digər keyfiyyətini şüurlu şəkildə təqlid edən yeniyetmə çox

vaxt onların mənfi keyfiyyət və hərəkətlərini də təkrar edir. 

Məhz buna görə də müəllimin özünü müsbət bir nümunə kimi

təqdim etməsi zəruridir. 

Şagirdlərin şəxsiyyətini tərbiyə edərkən,  şübhəsiz onun

birdən-birə, bütün hallarda düzgün davranış forması seçəcəyini

gözləmək olmaz.  Bəs onda şagirdin davranışı necə təshih

olunmalıdır?  Şagirdlərin davranışını istiqamətləndirmənin, 

təshih etmənin ən təsirli yolları onun təriflənməsi və



məzəmmət

olunması, 

rəğbətləndirilməsi



cəzalandırılmasından ibarətdir. 

Təriflənmə,  rəğbətləndirmə davranışın düzgün motiv və

formalarını möhkəmləndirməyə xidmət edir.  Məzəmmət və

cəzalandırma isə,  mənfi təhriklərin və düzgün olmayan

davranış formalarının qarşısını alır,  onları ləngidir.  Lakin

tərbiyə zamanı bunlardan düzgün istifadə olunmalıdır.  Tərif-

lənmə,  rəğbətləndirilmə nə şişirdilməməli,  nə də lazım olduğ-

undan aşağı səviyyədə olmamalıdır. Adətən, şagirdin bu və ya




506

digər davranış tərzi həddindən artıq şişirdildikdə onda yersiz

bədgumanlıq,  lovğalıq keyfiyyəti yarana bilər.  Məzəmmət və

cəzalandırma da şagirdin günahının dərəcəsinə uyğun, ədalətli

olmalıdır. 

Nəhayət tərbiyəvi işin mühüm formalarından biri də



özünütərbiyədirSonrakı bölmədə özünütərbiyədən geniş bəhs

etdiyimizə görə bir daha onun üzərində dayanmırıq. 



Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları.

Şagirdlərin tərbiyə prosesini idarə etmək üçün tərbiyənin təsiri

altında onların şəxsiyyətində baş verən dəyişiklikləri nəzərə

almaq imkanının olması lazım gəlir.  Başqa sözlə,  şagirdlərin

tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq imkanımız olmazsa, 

tərbiyə prosesini idarə etməyimiz də mümkün olmazdı. Tərbiyə

psixologiyası və pedaqoqikasının ən başlıca vəzifələrindən biri

əxlaqi cəhətdən tərbiyəliliyin kriteriyalarının məzmununu

aşkara çıxarmaq və müəllimləri uşaqda şəxsiyyətin forma-

laşmasının gedişi haqqında tam dəqiq və etibarlı məlumat verə

bilən metodlarla silahlandırmaqdan ibarətdir. 

Biz həyatda çox vaxt elə adamlara rast gəlirik ki,  onlar

müəyyən şəraitdə əxlaqi cəhətdən düzgün davrana bilirlər. La-

kin bu adamların biz hələ əxlaqi cəhətdən tərbiyəli olduğunu

söyləyə bilmərik. Biz yalnız o adamın əxlaqi tərbiyəliliyə ma-

lik olduğunu söyləyə bilərik ki,  həmin adam heç cür əxlaqsız



hərəkətə yol verə bilməsin.  Ona görə də əxlaqi tərbiyəliliyin

əsas kriteriyalarından biri əxlaqi tələbatların, hiss və adətlərin



formalaşma səviyyəsindən ibarətdir. 

Şəxsiyyətin formalaşmasının və tərbiyəliliyin mühüm

kriteriyalarından biri də davranışın ixtiyarilik səviyyəsindən

ibarətdir.  İnsanın əxlaqi cəhətdən sabitliyi,  çətinlikləri aradan

qaldıra bilmək bacarığı öz arzularını,  istəklərini idarə edə

bilmək və öz niyyətini yerinə yetirə bilmək bacarığı,  öz

davranışını idarə edə bilmək bacarığı olmadan mümkün deyil-

dir. 


Düzgün tərbiyə almış adam müəyyən bir işi icra etməyi


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə