Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə149/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   191

510

yüksək hisslər aşılamağı, öz şəxsiyyətində təzahür edə biləcək

birtərəfliliyi aradan qaldırmağı,  xeyir və şəri bir-birindən

ayırmağı bacarmalıdır. 

Özünütərbiyə insanın kamilləşməsi ilə,  özünü istər

mənəvi, istərsə də fiziki cəhətdən cəmiyyətdəki mövqeyilə və

yaxud cəmiyyətdə tutmaq istədiyi mövqeyə uyğunlaşdırmaq

meyli ilə əlaqədardır. 

Özünütərbiyə özünüidarə prosesində həyata keçir.  Bura-

da insanın özünütəyini mühüm rol oynayır. Özünütəyin insanın

özünün həyat yolunu, məqsədlərini, əxlaq normalarını, peşə və

həyat şəraitini şüurlu olaraq seçməsi deməkdir.

Özünütərbiyədə özünüdərketmə,  özünü ələ almaq, 

özünüstimullaşdırma xüsusi rol oynayır.

Özünüdərketməyə özünümüşahidə,  özünütəhlil,  özünü-

qiymətləndirmə, özünümüqayisə daxil olur.

Özünü ələ ala bilmək özünəinama,  özünənəzarətə, 

özünütəlqinə, özünü məcburetməyə əsaslanır. 

Özünüstimullaşdırma isə özünütəsdiqi, özünübəyənməni, 

özünürəğbətləndirməni, 

özününümayişi, 

özünüməhdud-

laşdırmanı nəzərdə tutur.

İnsanda özünütərbiyə tələbatının yaranması göstərir ki, o, 

həyata,  qarşısında duran vəzifəyə kor-koranə deyil,  şüurlu

şəkildə yanaşır, öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün

özündə müəyyən keyfiyyətlər tərbiyə etmək zərurətini dərk

edir.  Buradan isə aydın olur ki,  özünütərbiyə insanın yüksək

şüurluluğu ilə,  hər şeydən əvvəl,  insanın özündə müəyyən

müsbət əlamətləri inkşaf etdirmək,  mənfi əlamətlərin isə

qarşısını almaq meylinin yaranması ilə bağlıdır. 

Bəs


özünütərbiyə

üçün



baş

verir?  İnsanı

özünütərbiyəyə təhrik edən səbəblər-motivlər hansılardır?  Bu

sahədə aparılmış psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra

motivini

aşkara


çıxarmışdır. 

Adətən, 


aşağıdakılar

özünütərbiyənin motivi kimi özünü göstərə bilər: 1) cəmiyyətin

əxlaqi tələbləri,  2)  kollektivin,  yoldaşlarının hörmətini qazan-



511

maq iddiası,  3)  yarış,  4)  tənqid və özünütənqid,  5)  işdəki

çətinliklər, 6) ətrafdakıların nümunəsi, 7) maddi həvəsləndirmə

və s. 


Fəaliyyətin başqa sahələrində olduğu kimi,  özünü-

tərbiyənin motivlərini də xarici və daxili olmaqla iki yerə

bölmək olar. 

Xarici motivlərə birinci növbədə cəmiyyətin əxlaqi

tələblərini,  onun iqtisadi-siyasi həyat şəraitini aid etmək olar. 

Bununla yanaşı olaraq ətrafdakıların nümunəsi,  maddi

həvəsləndirmə, tənqid və s. də xarici motiv kimi özünü göstərə

bilər. Əgər xarici amillər insan tərəfindən dərindən dərk edilir

və onun şəxsi marağı, arzu və istəkləri ilə uyğun gəlirsə, həmin

amillər insanı öz üzərində işləməyə, o tələblərə layiqincə cavab

vermək üçün hazırlaşmağa vadar edir, deməli, özünütərbiyənin

motivinə çevrilir. 

Özünütərbiyənin daxili motivlərinə isə, insanların maddi

və mənəvi tələbatları,  müxtəlif həyati yönəlişliklərini ifadə

edən etiqadları və s. daxildir. 

Özünütərbiyənin ən ali motivi idealdır. İnsanın qəbul et-

diyi ideal həmişə onu müəyyən sahədə özünütərbiyəyə,  öz

idealarında olan

keyfiyyətlərə

yiyələnmək

üçün

cəhd


göstərməyə yönəldir. 

Qeyd etmək lazımdır ki,  özünütərbiyə həmişə yalnız bir

motivin təsiri ilə həyata keçmir. Adətən, özünütərbiyə bir neçə

motivin təsiri ilə baş verir. Lakin bu motivlərin biri aparıcı rol

oynayır. 

Özünütərbiyənin motivlərini bilmək həm tərbiyəçilər, 

həm də özünütərbiyə ilə məşğul olan yeniyetmə və gənclər

üçün çox əhəmiyyətlidir. Çünki həmin motivlərin bir qismi da-

ha təsirli, davamlı olduğu halda, qalanları az təsirli, keçici ola

bilər.  Özünütərbiyə üçün daha təsirli və davamlı,  uzun

müddətli motivlərin olması böyük əhəmiyyətə malikdir.  Bu

halda özünütərbiyə ilə məşğul olmaq, başqa sözlə, insanın daim

özünütəkmilləşdirməyə,  daha yüksək insani keyfiyyətlər



512

qazanmağa çalışması şəxsiyyətin ayrılmaz xüsusiyyətinə

çevrilə bilər. 

Şəxsiyyətin inkişafı və özünütərbiyə. Şəxsiyyətin

formalaşması və inkişafı mürəkkəb və uzunmüddətli prosesdir. 

Burada xarici təsirlər və daxili güc bir-birilə qarşılıqlı təsirdə

olmaqla,  inkişaf mərhələsindən asılı olaraq öz rollarını

dəyişirlər. 

Məsələn,  uşaq yaşlarında ən çox şəxsiyyətin forma-

laşmasının xarici təsirlərdən asılılığı özünü göstərir.  Tədricən

şəxsiyyət müstəqillik təşkil etdikcə inkişafda xarici təsirlərin, 

birinci növbədə tərbiyənin təsirinin tədricən özünütərbiyənin

təsiri ilə əvəz olunması baş verir. 

Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mərhələsində

meydana gəlir və onun inkşafına təsir göstərir.  Fərd həyat

prosesində özünü və başqalarını dərk edir, ətrafdakıların tələbi

ilə öz şəxsi imkanlarını uyğunlaşdırmağa öyrənir.  Tərbiyə

prosesində şəxsiyyətin əxlaqi əsası qoyulur, əxlaqi təsəvvürləri, 

anlayışları,  inamları,  adətləri və son nəticədə hal-hazırdakı

davranışını tənzim edən və gələcək həyat planlarını müəyyən-

ləşdirməyə imkan verən əxlaqi idealları formalaşır.  Beləliklə

də,  şəxsiyyət inkişaf etdikcə özünütərbiyə daha böyük rol

oynamağa,  daha aydın və səmərəli şəkildə özünü göstərməyə

başlayır.  Deməli,  özünütərbiyə şəxsiyyətin həyat şəraiti və

tərbiyə ilə şərtlənən əxlaqi - psixoloji yetginliyinin müəyyən

səviyyəsində özünə yer edir. 

Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, 

özünütərbiyə tələbatı aydın şəkildə özünü yeniyetməlik

dövründə göstərməyə başlayır (xüsusilə VI-VIII siniflərdə). 

Əlbəttə, özünütərbiyənin ünsürləri kiçik məktəb yaşı dövründə, 

ola bilsin ki,  böyük bağça yaşlı uşaqlarda da özünü göstərə

bilər.  Lakin,  şüurlu,  planlı iş kimi o,  ilk dəfə olaraq

yeniyetməlik dövründə təzahür edir. Yeniyetmələr bağça yaşlı

uşaqlar kimi böyüklərin rolunu oynamaq,  özünü onlara

oxşatmaq istəmir.  Onlar böyük olmaq və başqaları tərəfindən




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə