46
vun «Etnik psixologiya məsələləri» (Bakı, 1996), ««Kitabi-
Dədə Qorqud» dastanında etnik-psixoloji xüsusiyyətlərin
inikası» (Bakı, 2000), professor Ə.Ə. Əlizadənin «Azərbaycan
etnopsixologiyasına giriş» (Bakı, 2003), ««Xəmsə»də yaş və
pedaqoji psixologiya məsələləri» əsərləri xüsusi yer tutur.
Müasir dövrdə təhsilin humanistləşdirilməsi və demokra-
tikləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Bu sahədə professor
M.Ə. Həmzəyevin «Yaş və pedaqoji psixologiyanın əsasları»
(Bakı, 2000; 2003), «Pedaqoji psixologiya» (Bakı, 1991)
dərslikləri, professor Ə.Ə. Əlizadənin «Yeni pedaqoji təfəkkür:
ideyalar, problemlər. Psixopedaqoji araşdırmalar» (Bakı,
2001), «Müasir Azərbaycan məktəbinin psixoloji problemləri»
(Bakı, 1998) əsərləri diqqəti cəlb edir.
Professor B.H. Əliyev sosial psixologiyanın aktual prob-
lemləri, hüquq psixologiyası, professor S.İ.Seyidov menecment
psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləşdirmişlər.
Onların rəhbərliyi ilə bu sahələr üzrə axtarışlar davam et-
dirilir, gənc və perspektivli alimlər bu tədqiqatlara cəlb edilir.
Hələ həllini gözləyən çoxsaylı problemlər vardır ki,
onların araşdırılması da zəruridir. Bunlar hərbi psixologiya,
iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə
edir. Hesab edirik ki, dünya psixologiya elminin öyrənilməsi
sahəsindəki
imkanlar
Azərbaycan
psixologiya
elminin
inkişafına əsaslı təsir göstərəcəkdir.
Azərbaycanda psixoloji fikrin, elmi psixologiyanın
inkişaf tarixinin öyrənilməsi həm də xalqın həyat yolunun, ic-
timai-tarixi proseslərin, düşüncə və təfəkkür tərzinin inkişafı və
formalaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Bütün bunlar isə milli şüurun, milli özünüdərkin formalaşması
deməkdir.
Hələ vaxtilə Sokrat deyərdi: «Özünü dərk et!» Milli
inkişaf isə özünüdərkdən keçir.
47
I.1.5. Psixologiyanın tədqiqat metodları
İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq
müəyyən metodlardan istifadə edir, başqa sözlə qarşısına
qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq
şəkildə təşkil edir. Bu zaman istifadə olunan priyomlar və
vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların
köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır.
Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat
metodlarının təkmillik dərəcəsindən, onların validliyi və
etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və
tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin
araşdırdığı
hadisələri,
onların
qanunauyğunluqlarını
incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psix-
ologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və
özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də
bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin
hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək
tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən
prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan
müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip
əsasında aparılmasını vacib hesab edir. Bu prinsipə görə
öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və
tədqiqatçı onun inkişafının bütün cəhətlərini bərpa etməyə,
onların bir-birini necə əvəz etdiyini görməyə və anlamağa
çalışır, öyrənilən psixi faktı onun konkret tarixində, təsəvvür
etməyə təşəbbüs göstərir.
Psixoloji tədqiqat metodlarının təsnifi. Psixologiyanın
tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı olmaqla
təsnif edirlər. Əsas metodlara müşahidə və eksperiment
metodlarını aid edirlər.
Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları
sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə
48
edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun
şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə
etməməsi müşahidə metodunu xarakterizə edən başlıca
xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə
həyata keçirilir. Müşahidə metodunun üstün cəhəti ondan
ibarətdir ki, bu zaman üzərinə müşahidə aparılan bundan xəbər
tutmur, müşahidə təbii şəraitdə (iş zamanı, oyun, dərs və s.)
aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər.
Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistema-
tik ola bilir. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan
psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir.
Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara
çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə
buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və
ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar.
Dövrü müşahidəyə gəldikdə bu müəyyən dövrlərdə, məsələn
hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü
izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf
dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik
müşahidə də inkişaf dinamikasını aşkara çıxarmağa xidmət
edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət
məsələn, bütün dərs ili, müəyyən yaş dövrü ərzində aparılır.
Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və
ümumiləşdirmə əsasında müvafiq nəticələrçıxarılır.
Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin
gedişini izləməyə imkan verir. Buna baxmayaraq müşahidə
zamanı bəzi çətinliklər mövcud ola bilir. Hər şeydən əvvəl
psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişikliyi
müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək
imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda
qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək
çətinləşir. Bundan başqa müşahidə psixoloqun subyektiv
mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi
baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış
Dostları ilə paylaş: |