Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə152/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   191

519

Xüsusilə yeniyetməlik və ilk gənclik dövründə şagirdlərin

tərbiyəsinə kollektivin həlledici təsiri belə bir psixoloji cəhətlə

də bağlıdır.  Adətən bu dövrdə yaranan uşaq kollektivləri eyni

tələbata malik olan,  müstəqilliyə can atan həmyaşıdlardan

ibarət olur. Ona görə də uşaqlar ən çox yoldaşları ilə qarşılıqlı

əlaqədə olur,  onları anlayır,  onlarla asanlıqla razılığa gəlirlər. 

Nəticədə kollektivin tərbiyələndirici təsir gücü daha real və

faydalı olur.  Bu cəhəti nəzərə alaraq müəllim və tərbiyəçilər

tərbiyəvi

tədbirin

təşkili


zamanı

kollektivin

həmin

imkanlarından lazımi dərəcədə istifadə etməlidir.



Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai

həmrəylik,  ictimai rəyə hörmət,  yoldaşlıq və dostluq,  yüksək

ideya inamı,  humanizm və s.  kimi yüksək əxlaqi hisslərin

formalaşmasına geniş imkan yaranır. 

Yüksək ictimai həmrəylik hissinin formalaşması şagirdi

kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kol-

lektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir. Həmin

hisslərin olması şagirdləri öz sinfinin,  öz məktəbinin şərəfi

uğrunda mübarizəyə təhrik edir. 

Uşaq kollektivində xüsusilə yoldaşlıq və dostluq hissinin

formalaşması üçün geniş imkan yaranır. Burada şagirdlərin bir-

birinə qarşı həssaslığı,  qayğıkeşliyi xüsusi yer tutur. 

Kollektivdə yaranan bu cür hisslər şagirdləri bir-birinə qarşı

qayğı göstərməyə, lazımi köməklik etməyə yönəldir. Yaxınlıq, 

yoldaşlıq münasibətləri dostluq hissinin formalaşmasına,  hər

bir gəncin yaxın dostunun meydana gəlməsinə səbəb olur. 

Kollektiv möhkəm olduqda onun bütün normaları öz

üzvlərinin normalarına çevrilir.  O cümlədən kollektiv

üzvlərində yüksək ideya inamı yaranmış olur. 

Nəhayət kollektiv özü şagirdlərdə kollektivçilik hissinin

formalaşmasına da gətirib çıxarır ki, nəhayət həmin şagirdlərdə

onları


əhatə

edən


yoldaşlarına

qarşı


əsl

humanist


münasibətlərin yaranmasına səbəb olur.  Onlarda empatiya

(başqa adamların psixi halətlərini başa düşmək və onların




520

dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və

s. kimi keyfiyyətlər baş qaldırır.

Gənc nəslin tərbiyəsində ailənin rolu.  Uşağın

münasibətlərdə olduğu ilk qrup ailədir. Uşaq ilk növbədə ailədə

tərbiyə alır. Onun sonrakı taleyi, həyatda tutacağı mövqe həmin

tərbiyədən çox asılıdır. 

Ailə tərbiyəsi məsələsi ta qədim zamanlardan şəxsiyyətin

formalaşmasında əsas vasitə olmuşdur. Azərbaycanın görkəmli

şairi və mütəfəkkiri Nizami Gəncəvi ailəni uşağın ilk tanış

olduğu ictimai mühit adlandırmışdır.  Nizamiyə görə uşaqların

həyatda düzgün mövqe tutması üçün ailə tərbiyəsi əsas

olmalıdır.

Uşaqlara ictimai borcu şüurlu mənimsətmək,  ictimai

mənafeyin pozulmasına qarşı mübariz,  ədalətli,  əməksevər

ruhda    həyata vermək valideynin vətəndaşlıq borcuna sadiq

qalması ilə şərtlənir,  onun özünün cəmiyyətə münasibətini, 

cəmiyyətdə tutduğu mövqeyi müəyyənləşdirir.

Məhz ailə uşaq şəxsiyyətinin formalaşmasının ilk

məktəbi olur.  Böyüklərlə ünsiyyət prosesində uşaq tam bir

əxlaqi sərvət və ideallar sistemini mənimsəyir. Bütün bunların

formalaşmasında böyüklərin şəxsiyyətinin –xüsusiyyətləri, ailə

üzvlərinin qarşılıqlı münasibəti əsaslı rol oynayır. Başqa sözlə, 

uşağın tərbiyəsi,  onun şəxsiyyətinin inkişafı valideynlərinin

şəxsiyyətinin necə formalaşmasından çox asılıdır. Bir cəhəti də

qeyd etmək lazımdır ki,  sən valideynlərin üçün nə etmisənsə, 

övladlarından da onu gözləməlisən.  Çünki onun şəxsiyyətinin

formalaşmasında sənin münasibətlərin öz əksini tapır.  Başqa

sözlə,  uşaq öz valideynini bir nümunə kimi qavrayır,  onun

bütün münasibətlər sistemini mənimsəyir və öz davranışına

daxil edir. Burada görkəmli psixoloq L.S.Vıqotskinin bir fikrini

xatırlamaq yerinə düşərdi.  L.S.Vıqotski göstərir ki,  uşağın

gerçəkliyə münasibəti lap əvvəldən sosial münasibət xarakteri

daşıyır.  Uşaq artıq körpəlik dövründən böyüklərdən özünün

ətraf mühitlə əlaqəsi üçün vasitəçi kimi istifadə etməyə




521

başlayır.  Bu prosesdə o,  dilə yiyələnir.  Ailənin yaşlı üzvləri

əşyaların simvolik işarələri barədə uşağa biliklər verməklə

həmin əşyalara və hadisələrə qarşı öz münasibətlərini də

çatdırırlar.  Beləliklə,  tədricən uşaqda bilik,  münasibət və

təəssürat sistemi yaranır və uşaq şəxsiyyətinin sonrakı inkişafı

bu zəmindən çox asılı olur.  Ona görə də ailədə uşaqların

tərbiyəsinə çox erkən,  kiçik yaşlardan başlamaq lazımdır.  Bu

vəzifə isə birinci növbədə ailənin üzərinə düşür.

İnsan anadan olduğu gündən ömrünün axırına kimi bir

çox tərbiyəvi təsirlərin əhatəsində yaşayır.  Ona görə də

valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidirlər ki,  onun

hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın.  O, 

cəmiyyət üçün faydalı adam kimi böyüsün,  ailə,  kollektiv, 

ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin.  Adətən, 

şəxsiyyətində mənfi keyfiyyətlər formalaşan adamdakı həmin

keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır

və gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə almaq uşaqların

ailədə tərbiyəsi zamanı birinci növbədə onların davranış və

rəftarlarında mənfi keyfiyyətlərin yaranmasının qarşısını al-

maq,  bu cür keyfiyyətlərin yaranması imkanlarını aradan

qaldırmaq lazımdır.  Şübhəsiz,  biz burada ailə tərbiyəsinin

bütün məsələlərini geniş əhatə etmək fikrində deyilik.  Bu işlə

tərbiyə nəzəriyyəsi sahəsində çalışan mütəxəssislər məşğul

olurlar.  Lakin qısaca olaraq qeyd etmək lazımdır ki,  ailədə

uşaqların tərbiyəsi onların şəxsiyyətinin formalaşmasına

xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir. 

Bu mənada ailədə uşaqların əqli,  əmək,  əxlaqi,  fiziki,  estetik

tərbiyəsi məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.                    

VI.23.6. “Çətin” uşaqlar və onlarla aparılan işin

xüsusiyyətləri

Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez «çətin uşaqlar»

sözünə rast gəlmək olur. Müəllim və tərbiyəçilər çox vaxt bəzi

uşaqların «çətinliyindən» şikayətlənirlər.  Əksər halda «çətin»




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə