525
üçün müvafiq mütəxəssislərlə (məsələn, psixiator, həkim və b.)
əlaqə saxlamalıdır. Əgər uşağın inkişafında qüsurlar, psixi
normalara uyğun gəlməmək halları müəyyənləşdirilərsə,
məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə
və valideyinlərə məsləhət verə bilər.
Çətin tərbiyə olunan uşaqlarla, xüsusilə yeniyetmələrlə
psixoloqun işi onun əsas vəzifələrindən birini təşkil edir. Ona
görə də burada psixoloqun və başqa müəllimlərin aparacaqları
işlərin xarakteri qabaqcadan müəyyənləşdirilməli və buna
müvafiq iş aparılmalıdır.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Tərbiyə psixologiyasının başlıca vəzifəsi nədir?
2. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının
psixoloji şərtləri nədən ibarətdir?
3. Tərbiyə işinin metodları və formalarının psixoloji
əsasları barədə danışın.
4. Yaşlılarla uşaqlar arasında «məna maneələri» necə
yaranır?
5. Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları
barədə danışın.
6. Özünütərbiyə nədir və onun hansı motivləri vardır?
7. Əxlaqi şüur və əxlaqi davranışın formalaşması necə
gedir?
8. «Çətin» uşaqlar kimlərdir və onlarla nə kimi iş apar-
maq tələb olunur?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
1. «Çətin» yeniyetmələr və onlarla aparılan işin psixoloji
xüsusiyyətləri.
2. Özünütərbiyə və onun təşkili yolları.
3. Fəaliyyət və şəxsiyyətin formalaşması.
526
4. Əxlaq tərbiyəsinin psixoloji əsasları.
Ədəbiyyat
Bayramov Ə.Ə. Gənclik və özünütərbiyə haqqında
söhbət. – Bakı,1969.
Qaralov Z.İ. Tərbiyə 3 cilddə, 2-ci cild. – Bakı, 2003,
12-31; s.197-203
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
səh.25-30; 50-69
Əliyev R.İ. Tərbiyə psixologiyası. – Bakı, Nurlan, 2006.
Əmiraslanova S.F. «Çətin» uşanlar və onlarla aparılan
işin psixoloji xüsusiyyətləri. – Bakı, 2000.
Boqoslovskiy V.V. Psixoloqiə vospitaniə şkolğnika. –
LQU, 1974.
Stolərenko L.D. Pedaqoqiçeskaə psixoloqiə. –
«Feniks»,2000, s. 362-368.
Koçetov A.İ. Verüinskaə N.N. Rabota s trudnımi
detğmi. – M., 1986
Ratter M. Pomohğ trudnım detəm. – M., 1987.
Məsihev V.N. Trudnıe deti v massovoy şkole. – M. – L.,
1993.
527
2 4 - c ü F Ə S İ L
TƏLİM PSİXOLOGİYASI
Qısa xülasə
Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi
kimi. Təlim psixologiyası pedaqoji psixologiyanın əsas sahələrindən biridir.
Təlimin
nəzəri
və
tətbiqi
problemləri. Təlimin
mahiyyəti
və
qanunauyğunluqları. Təlim prosesində bilik, vərdiş və bacarıqların ya-
ranması.
Təlimin
müvəffəqiyyətinin
nəyi
öyrətməkdən,
kimin
öyrətməsindən və kimi öyrətməkdən asılılığı. Təlim fəaliyyətinin strukturu.
Təlim və psixi inkişaf. Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi
barədə J.Piaje, C.Bruner və L.S.Vıqotskinin fikirləri. İnkişafın aktual və
yaxın səviyyyəsi. Təlimin müvəffəqiyyətində “inkişafın yaxın zonası”- nın
rolu.
Öyrənməyə qabillik problemi və mənimsəmə. “Öyrənməyə qabil-
lik” anlayışının meydana gəlməsi. Öyrənməyə qabillik insanın təlim
prosesində bilik, bacarıq və vərdişləri mənimsəməsinin sürət və
keyfiyyətinin fərdi göstəricisi kimi. Öyrənməyə qabilliyin ümumi və xüsusi
növləri. Geridə qalan şagirdlərin psixoloji xüsusiyyətləri. Geridə qalan
şagirdlərin tipləri.
Öyrənmənin müvəffəqiyyətini təmin edən amillər. Diqqət və us-
tanovka öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amil kimi. Təlim
materiallarının xüsusiyyətləri öyrənmənin müvəffəqiyyətini təmin edən xa-
rici amil kimi.
Təlim prosesində motivasiya - tələbat sahəsinin formalaşması.
Təlim motivləri və onların növləri. Təlim motivləri və şagirdlərin tələbat
sahəsinin formalaşması. İnsan fəallığının daxili, xarici və şəxsi mənbələri.
İnkişafetdirici və tərbiyələndirici təlim.
Dərsin təşkilinin psixoloji şərtləri. Müasir dərsə verilən psixoloji
tələblər. Dərsdə problemli situasiya yaradılması yolları. Dərsdə yaradılan
problemli situasiyanın tipləri. Dərsdə yaddasaxlama tərzlərindən səmərəli
istifadə etmənin şərtləri.
Təlimin fərdiləşdirilməsi və diferensesiyası. Şagirdlərin özlərinin
öyrənməyə qabillikləri, əqli inkişaf səviyyələri, idrak imkanları və fərdi-
psixi xassələrinə və s. görə fərqlənmələri. Bununla əlaqədar təlimin fər-
diləşdirilməsinin zəruriliyi. Təlimin diferensesiyası. Təlimin diferensesiyası
528
və fərdiləşdirilməsi formaları.
VI.24.1.Təlim prosesi pedaqoji psixologiyanın nəzəri
və tətbiqi problemi kimi
Təlim problemi bəşəriyyətin daima diqqət mərkəzində
olan bir problemdir. Bu problem hazırda da öz əhəmiyyətini
itirməmiş, əksinə özünün yeni cəhətləri ilə daha qabarıq şəkildə
diqqəti cəlb edən bir problemə çevrilmişdir. Həmin problemin
günün tələbləri səviyyəsində həlli pedaqoji psixologiyanın
qarşısında duran əsas vəzifələrdən hesab olunur.
Təlim problemi pedaqoji psixologiyanın qarşısında həm
nəzəri, həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri
problem kimi həlli birinci növbədə onun nəzəri əsaslarını,
qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Bir
nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun
açılması, onun
motivləri, məqsədləri
və
vəzifələrinin
dəqiqləşdirilməsi, təlim fəaliyyətinin müasir tələblərdən doğan
konsepsiyalarının aşkara çıxarılması pedaqoji psixologiyanın
həll etməli olduğu əsas problemlərdən hesab edilir.
Bu məsələlərin həlli üzərində çalışan psixoloqlar təlim
nəzəriyyəsini bir sıra istiqamətlərdə inkişaf etdirmişlər. Bunları
ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı təlim
nəzəriyyələri diqqəti cəlb edir: 1) izahlı illüstrativ (ənənəvi)
təlim; 2) proqramlaşdırılmış təlim; 3) fikri işlərin və
anlayışların mərhələlər üzrə təşəkkülü nəzəriyyəsi; 4) problem-
li təlim; 5) təlim nəzəri təfəkkürün inkişafı kimi; 6) tərbiyəedici
təlim.
Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz.
Həmin problemin aşkara çıxarılmış qanunauyğunluqları
təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin sahədə
Dostları ilə paylaş: |