Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə155/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   191

529

öz

səmərəsini



göstərməzsə,  onun

əhəmiyyətindən

danışmağa dəyməz.  Məhz buna görə də təlim və onun



keyfiyyətini idarə etmək mühüm tədbiqi problem kimi pedaqoji

psixologiyanın

qarşısında

durur.  Təlimin

forma



metodlarından istifadəni,  təlim prosesində şagirdlərin inkişa-



fının psixoloji xüsusiyyətlərini öyrənmək bu sahədə müəllimi

zəruri biliklərlə silahlandırmaq deməkdir. Müasir dərsə verilən

psixoloji tələblərin aşkara çıxarılması bu baxımdan xüsusi

əhəmiyyət kəsb edir. 



Təlimin mahiyyəti və qanunauyğunluqları. Təlim

insanın əsas fəaliyyət növlərindən biridir.  Məktəb yaşı

dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə

çevrilir.  Onun köməyi ilə şagirdlər müəyyən məlumatları, 

hərəkətləri və davranış formalarını mənimsəyirlər.  Oyundan

fərqli olaraq burada subyekt öyrənmə məqsədi güdür,  ona

məlum olmayan məlumatları əldə etməyə,  bu və ya digər

hərəkətlərə, davranış tərzlərinə yiyələnməyə çalışır. Bu iş kor-

korana deyil, şüurlu, planlı şəkildə həyata keçirilir. Məhz buna

görə də təlim prosesində aşağıdakı məqsədlərə nail olma baş

verir:

a) hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə təşkil



edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında

məlumatın mənimsənilməsi; b) həmin fəaliyyət növlərini təşkil

edən yolların və əməliyyatların mənimsənilməsi; v) qarşıda du-

ran məsələnin həllində lazım olan yolları və əməliyyatları

düzgün seçmək və onlara nəzarət etmək üçün qeyd olunan

məlumatlardan istifadə qaydalarını mənimsəmək. Birinci halda

biliklərin, ikinci halda vərdişlərin, üçüncü halda isə bacarıqla-

rın yaranması baş verir.

Buradan isə aydın olur ki, təlim o zaman mümkündür ki, 

müəyyən bilik,  vərdiş və bacarığa yiyələnmək üçün insanın

fəaliyyəti

şüurlu


məqsədlərlə

idarə


olunsun.  Həqiqi

mənimsəmə həmişə müxtəlif idrak məsələlərinin həlli ilə bağlı

olan fəal prosesdir.  Belə mənimsəmə nəticəsində əldə edilən



530

biliklər müəyyən sistem təşkil edir və təcrübəyə tətbiq oluna

bilir.

Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və

həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş

və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak

fəaliyyətidir.

Təlim məqsədəyönəlmiş prosesdir. Burada insanın

öyrənməsi baş verir.  Lakin hər cür öyrənməni təlim adlan-

dırmaq olmaz.  Yalnız mütəşəkkil,  məqsədəuyğun və planlı

öyrənmə prosesini təlim adlandırmaq olar.

Adətən,  təlimdən danışarkən müəllimin buradakı rolunu

nəzərə alırıq.  Təlim prosesində öyrədən müəllim və öyrənən

şagird mövcud olur.  Onların qarşılıqlı təsiri şəraitində,  həm

müəllim,  həm də şagirdin fəallığının təsiri altında şagird bilik

və vərdişlər əldə edir. Müəllim isə həmin prosesi idarə edir.

Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə

bağlı olan üç amildən asılıdır:  nəyi öyrədirlər,  kim və necə

öyrədir, kimi öyrədirlər. 



Birincisi,  təlimin xarakteri,  bu sahədə müvəffəqiyyətin

əldə edilməsi mənimsənilməli olan materialdan,  onun

məzmunu və sistemindən asılıdır.  Ona görə də təlimin məz-

mununun düzgün seçilməsinə xüsusi diqqət yetirilməlidir. 

Məzmun düzgün seçilmədikdə, sistemsiz və pərakəndə olduq-

da,  öyrənilməsi nəzərdə tutulan məfhumlar lazımi səviyyədə

açılmadıqda mənimsəmənin səmərəli gedəcəyinə ümid bəs-

ləmək olmaz.  Ona görə də öyrənilən fənlərin siyahısını və

həcmini dəqiqləşdirmək,  dərs proqramlarının və dərsliklərin

həddən artıq yüklənməsini aradan qaldırmaq, bunları lüzumsuz

mürəkkəbləşdirilmiş,  ikinci dərəcəli materialdan təmizləmək; 

tədris fənnləri haqqında əsas anlayışları və ümdə ideyaları son

dərəcə aydın ifadə etmək, elm və təcrübənin yeni

nailiyyətlərinin bunlara da lazımınca əks olunmasını təmin

etmək lazımdır.

Adətən,  təlimin

məzmunu

düzgün


seçilmədikdə, 


531

şagirdlərə dolaşıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik xa-

rakteri daşımayan materiallar təqdim olunduqda onlarda

asanlıqla həmin materiallara qarşı psixoloji doyumluluq

yaranır. Təlim prosesindəki fəallıqları aradan qalxır.

İkincisitəlimin xarakteri, bu sahədə müvəffəqiyyət əldə

edilməsi öyrədən adamın - müəllimin şəxsi keyfiyyətlərindən, 

pedaqoji və metodiki ustalığından,  hər bir halda tətbiq etdiyi

konkret tədris metodundan,  şagirdlərin psixologiyasını də-

rindən bilməsindən və s.  asılıdır.  Müəllim öz şəxsi

keyfiyyətləri ilə şagirdlərə nümunə olmalıdır. Yüksək pedaqoji

bacarıq və qabiliyyətlərə malik olmayan müəllim öz

vəzifəsinin öhdəsindən lazımınca gələ bilməz.  Onda yüksək

pedaqoji mərifət, pedaqoji ünsiyyət keyfiyyəti formalaşmalıdır. 

Müəllim təlim materialını didaktik yolla işləyərək şagirdlərə

zəruri məlumatı verməyi,  onların fəaliyyətini səfərbər edə

bilməyi, şagirdlərin əqli inkişafına təkan verməyi bacarmalıdır. 

Təlimin müasir metodlarından yerli-yerində istifadə edə

bilməyən müəllim öz vəzifəsinin öhdəsindən lazımınca gələ

bilməyəcəkdir. 

Nəhayət,  üçüncüsütəlim prosesi öyrədilənin-şagirdin

xüsusiyyətlərindən, onun fərdi psixi inkişaf xüsusiyyətlərindən

(əqli,  emosional,  iradi),  onda təlimə qarşı münasibətin

yaranmasından,  onun meyl və maraqlarından,  tələbat və

öyrənməyə qabillik imkanlarından da çox asılıdır. Başqa sözlə, 

təlim prosesi şagirdlərin fərdi-psixoloji və yaş xüsusiyyətləri

ilə sıx bağlıdır. Bu cəhətlər nəzərə alınmadan təlim fəaliyyətini

təşkil etmək və lazımi müvəffəqiyyətə nail olmaq mümkün

deyildir. 



Təlim fəaliyyətinin strukturu. İnsan təlimin köməyi ilə

bəşəriyyətin təcrübəsinə yiyələnir.  Bu təcrübəni öyrənmədən

onun həyatda baş çıxarması mümkün deyildir.  Həmin

təcrübənin öyrənilməsinin, mənimsənilməsinin başlıca yolu isə

təlimdir.  Ona görə də öyrənmənin strukturunu bilmədən,  bu

strukturu nəzərə almadan təlim fəaliyyətini təşkil etmək də




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə