Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə156/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   191

532

çətinləşərdi.  Öyrənmənin,  təlimin

psixoloji

strukturuna

aşağıdakı komponentləri daxil etmək mümkündür:  İdrak

tələbatları,  təlim motivləri təlim məqsədləri və vəzifələri, 

tədris

işləri, 

özünənəzarətə

keçən

nəzarət, 

özünüqiymətləndirməyə keçən qiymətləndirmə.

Tədris işləri də müxtəlif olur.  Buraya təhrikedici (icrae-

dici),  proqram-məqsədli,  fəal əməliyyatlı,  nəzarət-tənzimedici

(qiymətləndirici, yoxlayıcı, təshihedici) işləri aid etmək olar.

Ümumiyyətlə, psixoloji tədqiqatlar əsasında əldə edilmiş

faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki,  idrak

tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün

zəruri şərtdir. Eyni cəhət insanın öyrənməsinə, təlim fəaliyyə-

tinə də aiddir.  Öyrənmə məhz insanın idrak tələbatlarından

başladıqda onun fəallığını təmin edən əsas amilə, motivə çevri-

lir.  Yuxarıda qeyd etdiyimiz kimi,  vasitəsiz motiv olan idrak

motivləri ilə yanaşı,  vasitəli motivlər də şagirdi öyrənməyə

təhrik edir. Bu mənada təlimin motivləşməsi, motivasiya sahə-

sinin yaranması mühüm əhəmiyyətə malikdir. Təlim motivləri

barədə sonrakı bölmədə qeyd olunduğuna görə burada həmin

məsələni geniş şərh etmirik.

Öyrənmənin

strukturunda



təlim

məqsədləri



vəzifələrinin də özünəməxsus yeri və rolu vardır.  Məhz bu

cəhət öyrənmənin təlim xarakteri daşımasına imkan verir. 

Başqa sözlə,  öyrənmə planlı,  müəyyən məqsəd və vəzifələri

yerinə yetirəcək şəkil aldıqda təlimə çevrilir,  bilik bacarıq və

vərdişlərin mənimsənilməsinə gətirib çıxarır.  Deməli,  təlim

fəaliyyətinin məqsədi müvafiq bilik, bacarıq və vərdişlərin əldə

edilməsindən ibarətdir.  Lakin əgər şagirddə həmin bilik, 

bacarıq və vərdişlərə yiyələnmək tələbatı yoxdursa həmin

məqsədə nail olması mümkün deyildir.

Nəhayət,  qeyd etdiyimiz kimi,  öyrənmənin məqsəd və

vəzifələrini həyata keçirməyə imkan verən tədris işləri də onun

strukturunda əsas yerlərdən birini tutur.  Bu cür işlərə,  birinci

növbədə,  icraedici (təhrikedici)  işlər daxildir.  Öyrənən adam




533

həmin tədris işlərindən istifadə etmədən müvafiq bilik, bacarıq

və vərdişlərə yiyələnə bilməz.  Bu cür işlər insanı fəaliyyətə

yönəldən işlərdir. Ona görə də burada öyrənmənin motivləri öz

təsirini göstərir. Proqram məqsədli işlərə gəldikdə, bu cür tədris

işləri proqram tələblərini ödəməklə bağlı olan şifahi və yazılı

çalışmalardan,  laborator işlərindən və s.  ibarət olur.  Fəal-

əməliyyatlı

tədris

işləri


şagirdlərin

fikri


fəaliyyətini

fəallaşdırmağa yönəldilən, onlarda idrak fəallığı yaradan işlər-

dir.  Bu cür tədris işləri şagirdlərin əqli inkişafına təkan verir, 

onları


sadəcə

reproduktivlikdən

uzaqlaşdırır. 

Onlar


oxuduqlarını yadda saxlayıb, yada salmaqla kifayətlənmir, eyni

zamanda həmin materialı dərk edir, anlayırlar.

Təlimin strukturuna daxil olan nəzarət-tənzimedici tədris

işlərinin də rolu böyükdür.  Bu işlər əsasən qiymətləndirici, 

yoxlayıcı və təshihedici xarakter daşıyır.  Bunların köməyi ilə

şagirdlərin təlim fəaliyyətini idarə etmək mümkün olur. Burada

xüsusilə

özününəzarətə

keçən

nəzarətin



özünüqiymətləndirməyə

keçən

qiymətləndirmənin



rolu

böyükdür.



VI. 24.2. Təlim və psixi inkişaf

Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daima diqqəti

cəlb edən məsələlərdən biri olmuşdur.  Lakin ilk baxışda asan

görünən bu məsələ daim mübahisələrə səbəb olmuş,  təlim və

psixi inkişafın qarşılıqlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat

aparan


alimlər

tərəfindən

müxtəlif

istiqamətdə

şərh

olunmuşdur.



Vaxtilə alman psixoloqu V.Ştern belə bir müddəanı əsas

tuturdu ki,  təlim inkişafın arxasınca gedir və ona uyğunlaşır. 

Bu fikrin əksinə olaraq görkəmli rus psixoloqu L.S.Vıqotski

təlim və tərbiyənin uşağın psixi inkişafında həlledici rolunu




534

göstərmişdir.  Onun fikrincə,  təlim inkişafdan irəli gedir və

onu öz arxasınca aparır.  

Məşhur İsveçrə psixoloqu J.Piaje də bu məsələdə

V.Şternə uyğun mövqe tutmuşdur. O, belə hesab edir ki, uşağın

psixi inkişafı özünün daxili qanunlarına malikdir və bir sıra

özünəməxsus mərhələlərdən keçir. Onun fikrincə təlim inkişafa

heç bir əsaslı təsir göstərə bilməz. Ona görə də təlim inkişafa

uyğunlaşmalı və onun tənzim edilməsi üçün məhz inkişafın

səviyyəsi əsas götürülməlidir.  Bununla da J.Piaje təlimin

inkişafetdirici təsirini kölgədə buraxır.

Məşhur Amerika psixoloqu C.Bruner isə bu məsələdə

tamamilə başqa mövqe tutmuş,  təlimin inkişafdakı rolunu

həddindən artıq şişirtmişdir.  Onun fikrincə hər bir uşaq

inkişafın istənilən mərhələsində, əgər həmin yaş üçün optimal

olan təlim metodları tapılıbsa,  əgər o yaxşı təlim edilirsə, 

istənilən materialı tamamilə mənimsəyə bilər. Göründüyü kimi

C.Bruner şagirdlərin əqli inkişafında təlim prosesinin həlledici

rol oynadığını qəbul etsə də, uşağın yaş hüdudlarını silib atır.

Bütün bu fikirlər bir daha göstərir ki,  təlim və psixi

inkişafın qarşılıqlı əlaqəsinin düzgün müəyyənləşdirilməsi bi-

rinci növbədə təlimin struktur komponentlərinin dəqiq

müəyyənləşdirilməsindən asılıdır.  Bu cəhəti nəzərə alaraq

L.S.Vıqotski təlimin strukturu konsepsiyasını işləməyə xüsusi

fikir vermiş və bu sahədə əsaslı işlər görmüşdür.  Vıqotskinin

həmin sahədəki ideyaları,  gəldiyi nəticələr onun tələbələrinin

və ardıcıllarının xüsusi təlim konsepsiyası yaratmalarına imkan

vermişdir.

L.S.Vıqotski bilik,  bacarıq və vərdişlərə yiyələnmək və

ümumi


keyfiyyətlərə,  qabiliyyətlərə

(mücərrədləşdirmə, 

ümumiləşdirmə,  ixtiyarilik)  yiyələnməyin mümkün olduğunu

aşkara çıxarmışdır.  O,  birinci cəhəti (bilik,  bacarıq və

vərdişlərə yiyələnməni)  təlim (öyrənmə),  ikincini isə inkişaf

adlandırmışdır.  Onun fikrincə təlimdə mənimsəmənin əsas

predmetini bilik və mədəniyyət haqqında tarixi təcrübə təşkil



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə