Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə157/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   191

535

edir.


L.S.Vıqotskiyə görə təlim inkişafın əsas amilidir.

Təlimin həmişə inkişafdan qabaqda getməsi və onu da öz

arxasınca aparması fikrini əsas götürən L.S.Vıqotski və onun

əməkdaşları təlimlə əlaqədar baş verən əqli inkişafın iki

səviyyəsini və ya zonasını müəyyən etmişlər. Birinci səviyyəni

inkişafın fəal, aktual zonası adlandırmışlar.  Bu zonaya malik

olan şagird gündəlik dərsləri,  verilmiş təlim tapşırıqlarını

müstəqil surətdə yerinə yetirir, özü başqasının köməyi olmadan

dərsdə müvafiq materiallardan istifadə edir. Müəllimin şərh et-

diyi bəzi cəhətləri izah etməyə təşəbbüs göstərir və nəhayət

onda əqli inkişaf elə bir səviyyəyə çata bilir ki,  sonralar hər

hansı bir məsələni heç kimə ehtiyacı olmadan həll edə bilir. 

Bütün

bunların


nəticəsində

şagird


bilikləri

müstəqil


mənimsəyir, elmlərin əsaslarına özü yiyələnməyi bacarır.

Əqli inkişafın ikinci səviyyəsində isə uşaq bir növ

yaşlıların, müəllimin köməyilə daha yüksək nailiyyət əldə edə

bilir.  L.S.Vıqotski bu inkişaf səviyyəsini “inkişafın yaxın



zonası” adlandırmışdır.  L.S.Vıqotski bu münasibətlə yazır: 

“Uşaq nəyi ki, yaşlının köməyilə etmək iqtidarındadır, bu onun

yaxın inkişaf zonasını göstərir… Beləliklə, yaxın inkişaf zonası

uşağın sabahkı gününü,  onun inkişafının dinamik vəziyyətini

müəyyənləşdirməkdə bizə kömək göstərir”. Təlim öz səmərəli

nəticəsini vermək və şagirdlərin əqli inkişafına əsaslı təsir

göstərmək üçün məhz “inkişafın yaxın zonası”na uyğun təşkil

olunmalıdır.  Təlimin məzmununu,  forma və vasitələrini

seçərkən bu tələb birinci tələb kimi nəzərə alınmalıdır.

Ona görə də L.S.Vıqotski haqlı olaraq göstərir ki, uşağın

öyrənməyə qabil olmadığı işləri ona öyrətməyə çalışmaq, onun

müstəqil yerinə yetirə bildiyini ona öyrətmək qədər mənasızdır.

Bununla yanaşı təlim fəaliyyətinin səmərəliliyini təmin

etmək üçün şagirdlərin mənimsəmə imkanlarının aşkara

çıxarılması

da

ən



zəruri

şərtlərindəndir.  Şagirdlərin

mənimsəmə imkanlarının aşkara çıxarılmasında yaş həssaslığı



536

haqqında psixologiyada toplanmış məlumatların əhəmiyyəti

böyükdür.  Uşağın

inkişafının

ayrı-ayrı

mərhələlərində

psixikanın bu və ya digər istiqamətdə inkişafı üçün daha

əlverişli şərait yaranır. Bunlardan bəzisi müvəqqəti, keçici xa-

rakter daşıyır.  Görünür psixi fəaliyyətin ayrı-ayrı dövrlərinin

olması və güclənməsi üçün optimal vaxt mövcuddur.  Bu cür

yaş dövrləri bu və ya digər psixi xüsusiyyət və keyfiyyətin

inkişafı üçün nisbətən optimal olarsa,  həmin dövrləri senzitiv

dövrlər adlandıra bilərik.  Məsələn,  nitqin inkişafı üçün bir

yaşdan beş yaşa qədər olan dövr, riyazi qabiliyyətlərin forma-

laşması üçün 15-20  yaş senzitiv dövr hesab olunur.  Psixi

inkişafın senzitiv dövrlərinin əhəmiyyətini qeyd edərək

L.S.Vaqotski yazırdı:  “Bu dövrdə hissi həssaslıq inkişafda

dərin dəyişikliklər əmələ gətirərək onun bütün gedişinə

müəyyən təsir göstərir.  Başqa vaxtlarda həmin şərtlər özü

tamamilə neytral olar, ya da inkişafın gedişinə əks təsir göstərə

bilər.  Senzitiv dövrlər bizim təlimin optimal müddətləri

adlandırdığımız anlarla tam uyğyn gəlir”.  Ona görə də

şagirdlərlə apardığımız təlim işini onların psixi inkişaflarının

“senzitiv”  dövrlərinə uyğunlaşdırmaq təlim prosesini optimal-

laşdırmağın mühüm şərtlərindən biridir.

VI. 24.3. Öyrənməyə qabillik problemi və mənimsəmə

  

Öyrənməyə qabillik problemi.  Bu problem şagirdlərin

geridə qalma,  mənimsəyə bilməmə səbəblərini aşkara

çıxarmaqla əlaqədar meydana çıxan problemdir.  Təlim

materiallarının mənimsənilməsində    geridə qalan şagirdlərin

psixoloji xarakteristikası əsasında psixoloqlar “öyrənməyə qa-

billik”  anlayışını irəli sürmüşlər.  Həmin anlayış altında

şagirdlərin bilikləri və təlim fəaliyyəti tərzlərini mənimsəməyə

nə dərəcədə həssas,  qabil olduqları nəzərdə tutulmuşdur. 

Öyrənməyə qabilliyi şagirdin əqli inkişafı ilə qarışdırmaq ol-



537

maz. Yüksək əqli inkişaf səviyyəsinə malik olan adamda bəzən

öyrənməyə qabilliyin aşağı səviyyədə olduğunu müşahidə

etmək mümkündür. Yaş artdıqca əqli inkişaf yüksək səviyyəyə

qalxa bildiyi halda, öyrənməyə qabillik uzun müddət az və ya

çox dərəcədə öz sabitliyini saxlaya bilər.



Deməli, öyrənməyə qabillik insanın təlim prosesində bi-

lik,  bacarıq və vərdişləri mənimsəməsinin sürət və

keyfiyyətinin fərdi göstəricisindən ibarətdir.

Öyrənməyə qabilliyin ümumi və xüsusi növləri vardır.

Öyrənməyə ümumi qabillikdən danışarkən hər cür materialı, 

bütün tədris fənlərini mənimsəməyə qabillik, öyrənməyə xüsusi

qabillikdən söhbət gedərkən isə ayrı-ayrı materialları (müxtəlif

elmləri,  incəsənəti, yalnız bir fənni,  tək bir praktik fəaliyyət

növünü) mənimsəməyə qabillik nəzərdə tutulur. Bunlardan bi-

rincisi fərdin ümumi, ikincisi isə xüsusi istedadının göstəricisi

hesab olunur.

Öyrənməyə qabilliyin əsasında idrak proseslərinin, 

şəxsiyyətin iradi-emosional sahəsinin inkişaf səviyyəsi,  eləcə

də bunlardan doğan təlim komponentlərinin inkişafı dayanır. 

Lakin öyrənməyə qabillik təkcə fəal dərketmənin inkişaf

səviyyəsilə, daha doğrusu, subyektin müstəqil olaraq dərk etmə

və mənimsəmə bacarığı ilə deyil, onun artıq müvafiq bilik və

bacarıqlara malik olan adamın köməyilə dərk edə və

mənimsəyə bilmək bacarığı səviyyəsi ilə də şərtlənir. Ona görə

də öyrənməyə qabillik təlim və mənimsəmə qabiliyyəti kimi

müstəqil dərk etmə qabiliyyətlərindən fərqlənir və yalnız idrak

qabiliyyətlərinin inkişafı kimi qiymətləndirilə bilməz.



Geridə qalan şagirdlərin psixoloji xüsusiyyətləri.

Psixoloqların geridə qalan şagirdlərlə apardıqları işlər zamanı

müəyyən edilmişdir ki, bu cür uşaqlar deduktiv əqli nəticə apa-

ra bilmir, əsas əlamətləri, xüsusilə bir neçə belə əlamət olduq-

da,  ayırmaq və onların əsasında ümumiləşdirmə aparmaqda

çətinlik çəkirlər. 

Bununla yanaşı olaraq,  geridə qalan şagirdlər təhlil



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə