Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə160/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   191

544

müvəffəqiyyətini təmin edən xüsusiyyətlərindən birincisi onun



məzmunudur.  Təlim

materiallarının

əsas

məzmununu



məlumatlar, anlayışlar, prinsiplər, qaydalar, bacarıq və vərdiş-

lər təşkil edə bilir. Həmin məzmunun düzgün seçilməsi təlimin

səmərəliliyi üçün zəruridir.  Təlim materialları məzmunca

dolğun,  anlayışları dəqiq açacaq,  şagirdlərin yaş və bilik

səviyyələrinə uyğun olmalıdır.

Təlim materialını öyrənmənin müvəffəqiyyətini təmin

edən xarici amil kimi ikinci mühüm xüsusiyyəti onun

formasıdır. Adətən, təlim materialları müxtəlif formaya malik

ola bilərForma etibarilə o, əşyavi, obrazlı, sözlü və simvolik

şəkildə ifadə edilir. Təlim materialının göstərilən formalarının

hər birinin özlərinə məxsus dil və üslub xüsusiyyətləri vardır. 

Ona görə də təlimin həmin formalarından və onların

xüsusiyyətlərindən asılı olaraq öyrənmə,  mənimsəmə də

müxtəlif şəkildə gedir.  Bu baxımdan təlim prosesində həmin

cəhətlərin nəzərə alınması zəruridir.  Müəyyən yaş dövründə

təlim materialının müvafiq formasından istifadə olunması

öyrənmənin müvəffəqiyyətini təmin etmək üçün mühüm

əhəmiyyətə malikdir. 

Psixoloji tədqiqatlar əsasında materialın formaca düzgün

tərtib

edilməsinə



verilən

psixoloji

tələblər

müəyyən-


ləşdirilmişdir.  Bu tələblərə düzgün əməl edilməsi təlim

materiallarını şagirdlərin səmərəli şəkildə öyrənmələrinə imkan

yaradır.  Belə tələblərdən biri fikri istinadların, mətnin quruluş

«vahidinin»  qabarıq şəkildə verilməsidir. Bu tələbə görə

təqdim edilən təlim materialının əsas cəhətlərini qabarıq

şəkildə nəzərə çarpdırmaq lazımdır.  Material elə tərtib

olunmalıdır ki,  əsas cəhətləri bir-birindən dərhal fərqlənə bil-

sin,  onları birləşdirmək,  qruplaşdırmaq və ümumiləşdirmək

mümkün olsun (A.A.Smirnov).

Öyrənmənin müvəffəqiyyətinə təsir göstərən xarici

amillərdən biri də təlim materiallarının çətinlik dərəcəsidir. 

Öyrənmənin səmərəliliyinə, onun sürətinə və düzgünlüyünə bu




545

amilin böyük təsiri vardır.

Materialın çətinliyi onda olan informasiyaların mək-

təblinin idrak imkanlarına müvafiq olmaması ilə müəyyən edi-

lir. Materialın ayrı-ayrı ünsürləri arasında əlaqənin zəif olması, 

onun bir tərkib hissəsinin özündən sonra gələn tərkib hissəsini

ətraflı

aydınlaşdıra



bilməməsi,  səbəb-nəticə

əlaqəsinin

pozulması, ardıcıllığın itməsi, mətn daxilində qayda və tərifləri

üzə çıxarmaq imkanı verən ümumiləşdirmənin zəif olması

materialın çətinlik dərəcəsini artırır. Ona görə də bu cür mate-

riallar şagirdlər tərəfindən çətin mənimsənilir.

Təlim

materialının



öyrənməyə

təsir


edən

əsas


xüsusiyyətlərindən biri də onun əhəmiyyətidir.  Materialın

əhəmiyyətlilik dərəcəsi müxtəlif sahələrlə bağlı ola bilər. Ma-

terial, ola bilsin ki, şagirdlərə təqdim edilmiş digər materialları

mənimsəmək,  qarşıda duran məsələni həll etmək,  yeni

məlumatlar əldə etmək, şagirdlərdə şəxsiyyətin bu və ya digər

keyfiyyətlərini formalaşdırmaq və s.  baxımından əhəmiyyətli

olsun.  Bunların hamısında materialdan insanın faydalanması

nəzərdə tutulur.  Əgər verilmiş təlim materialı heç cür

faydalanmağa imkan vermirsə, onun öyrənilməsi də bir o qədər

səmərəsiz olacaqdır.  Çox vaxt dərsliklərdə və ya şagirdlərə

təqdim olunan əlavə ədəbiyyatdakı materiallar bu tələbə cavab

vermədiyinə görə şagirdlər tərəfindən rəğbətlə qarşılanmır, 

əksinə asanlıqla psixoloji doyumluluq yarada bilirlər. 

Ümumiyyətlə götürdükdə təlim materialının əhəmiyyətliliyi

qnostik (idraki),  praktik (əməli),  etik (əxlaqi),  estetik (bədii),

sosial (ictimai), tərbiyəvi (pedaqoji) sahələri əhatə edir.

Lakin buradan heç də belə bir nəticə çıxarmaq olmaz ki, 

materialın təkcə öz-özlüyündə əhəmiyyətli olması onun

müvəffəqiyyətlə

mənimsənilməsini

təmin

edə


bilər. 

Öyrənmənin müvəffəqiyyətlə getməsi üçün material şagird

üçün əhəmiyyətlilik kəsb etməli, onun tələbat və maraqlarına

cavab verməlidir.

Təlim materialının anlaşıqlılığı da onun öyrənilməsinə



546

təsir edən əsas amillərdəndir.  Psixoloqların apardıqları

müşahidə və eksperimentlər göstərmişdir ki,  anlaşıqlılıq

dərəcəsi yüksək olan materiallar daha tez mənimsənilməklə  

yanaşı bu prosesdə buraxılan səhvlərin miqdarı da az olur və

həmin material uzun muddət yaddan çıxmır.  Anlama

öyrənmənin səmərəli yollarından hesab olunur.  Şagird

öyrəndiyini anlamalıdır.  Materialın mənasını dürüst və

dərindən anlayaraq öyrənmənin mexaniki öyrənmədən fərqli

olduğu şübhəsizdir.  Şagird dərindən anlayaraq,  əsaslı şəkildə

düşünərək öyrəndikdə həmin materialı bir o qədər düzgün və

möhkəm yadda saxlayır.  Psixoloji tədqiqatlar göstərmişdir ki, 

mənanı anlamadan,  başa düşmədən materialı mexaniki

öyrənmək üçün daha çox təkrar tələb olunur, bu cür öyrənilən

material,  mənası anlaşılaraq öyrənilən materialdan tez unudu-

lur. 


Adətən, hər bir idrak məsələsi, fikri məsələ beyində sual

və suallar sistemi kimi əks olunur. İnsanda yaranmış sual nəyi

isə anlamaq tələbatını ifadə edir. Belə sualın cavabı məlum ol-

duqda anlama dərhal baş verir,  məlum olmadıqda isə cavabın

fəal şəkildə axtarılması və ya anlama prosesinin yaranması

başlanır. Anlama yarandıqda öyrənmə də bir o qədər səmərəli

olur.  Ona görə də müəllim çalışmalıdır ki,  şagird öyrəndiyini

anlasın,  həm də bu cür anlama təkcə müəllimin şərh etdiyi

materialların öyrənilməsi zamanı deyil,  şagirdin hər cür

materialı öyrənməsi zamanı səmərəli yol olaraq qalsın. Bunun

üçün isə materialın özünün anlaşıqlı olmasının rolu böyükdür. 

Lakin bununla yanaşı olaraq,  nəzərə almaq lazımdır ki, 

materialın anlaşıqlılığı mənimsəmə subyektindən asılı olmayan

təcrid edilmiş keyfiyyət deyildir.  Materialın anlaşıqlı olması

eyni zamanda şagirdin həmin materialı anlaması üçün zəruri

anlayış və işlərə nə dərəcədə yiyələnməsindən də asılıdır. Bu-

nunla yanaşı anlaşıqlılığın səviyyəsi də müxtəlif ola bilər. 

Bütün bunlar müəllimin həmin prosesi idarə etməsini tələb

edir.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə