Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə163/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   191

554

Müasir dərsə verilən psixoloji tələblərdən biri kimi, 

mənimsəməyə təsir edən xarici amillərdən düzgün və səmərəli

istifadə olunmasını qeyd etmək olar.  Burada dərsdə təlim

materialının çətinlik dərəcəsi,  əhəmiyyətliliyi,  mənalılığı, 

strukturu,  emosionallığı ilə yanaşı,  ən səmərəli üsul və

vasitələrdən istifadə olunması da tələb edilir.  Müasir dərsi ən

yeni texniki vasitələrdən istifadəsiz təsəvvür etmək mümkün

deyildir.  Müasir dərs inkişafetdirici xarakter daşımalıdır.  Bu-

nun üçün dərsdə şagirdin yalnız hafizəsinə deyil,  təfəkkürünə

xüsusi olaraq istinad edilməlidir.  Ona görə də dərs elə təşkil

edilməlidir ki, şagirdləri fikirləşməyə yönəldə bilsin.  Buna isə

dərsdə problemli situasiyanın yaradılması ilə nail olmaq müm-

kündür.


Dərsdə problem situasiya yaradılması yolları. Müasir

dərsə verilən ən mühüm tələblərdən biri onun inkişafetdirici

olmasıdır.  Burada problemli təlim əvəzolunmaz əhəmiyyət

daşıyır.


Problemli təlim isə şagirdlərin təfəkkürünün işləməsinə, 

onların axtarıcı, fəal olmasına imkan yaradır. Təlimin problem-

li xarakter daşıması və şagirdlərə inkişafetdirici təsir göstər-

məsi


üçün

dərsdə


şagirdlərin

problem


situasiya

ilə


qarşılaşdırılması zəruri şərtdir.  Özünün başlıca mahiyyətinə

görə təfəkkür yalnız yeni məqsədlər olan yerdə,  fəaliyyətin

köhnə,  əvvəlki üsul və vasitələrinin azlıq etdiyi yerdə lazım

gəlir.  Belə şərait problemli situasiya adlanır.  Təlim psixo-

logiyası sahəsində tədqiqat aparan alimlər dərsdə problem situ-

asiya yaradılmasının şagirdlərin fəallığı üçün zəruri şərt

olduğunu qeyd edirlər.  Bunu məktəb təcrübəsi də təsdiq edir. 

Dərsdə müvafiq problem situasiya yaradıldıqda şagirdlər

müəyyən çətinliklərlə qarşılaşır,  həmin çətinlikdən çıxmaq, 

qarşıda duran problemi həll etmək üçün mövcud biliklərinin

kifayət qədər olmadığını dərk edirlər.  Ona görə də həmin

çətinlikdən çıxmaq üçün yollar axtarmağa,  təfəkkürlərini işə

salmağa başlayırlar.    Məsələn,  “Günəş çıxdı,  şagirdlər



555

məktəbin həyətində göründülər”  cümləsini təhlil edən şagird

“Günəş”  sözünün mübtəda olduğunu göstərir.  Həmin şagirdə

“Günəş çıxmamış şagirdlər məktəbin həyətində göründülər” 

cümləsi təqdim edildikdə yenə də «Günəş»  sözünü mübtəda

kimi qəbul edir,  onun eyni söz olmasına,  eyni suala cavab

verməsinə (şagirdin özünün verdiyi suala görə)  əsaslanır.  Bu

zaman müəllim şagirdin cavabının düzgün olmadığını,  burada

başqa sözün mübtəda olduğunu bildirir.  Çətinliklə    qarşılaşan

şagird həmin problemi həll etmək üçün yeni yol,  vasitə

axtarmağın zəruriliyini dərk edir. Bu zaman şagirdin fikri pro-

sesi problem situasiyanın təhlilindən başlayır.  Problem

situasiyanın təhlili nəticəsində onun strukturundakı əsas cəhət-

lər: məlum olmayan, axtarılan cəhətlər ayrılır. Nəyi axtarmaq, 

nəyi bilmək lazım gəldiyi müəyyən edilir.  Nəticədə şagird

yaradıcı olur, yüksək fəallıq şəraitində çalışır. Bütün bunlar isə

materialı daha yaxşı anlamaq,  mənimsəməklə yanaşı şagirdin

əqli inkaşafına da təsir göstərir.

Psixoloji ədəbiyyatda problem situasiyanın mahiyyəti, 

onun tipləri,  dərsdə problem situasiyanın yeri və s.  məsələlər

barədə əsaslı fikirlər irəli sürülmüşdür.  Müəllimin dərsdə

yaratdığı situasiyanın dörd tipi qeyd olunur.  



Birinci tip problem situasiya ən çox o zaman meydana

gəlir ki, şagird əvvəl əldə etmiş olduğu biliklərdən yeni praktik

şəraitdə istifadə etmək zərurəti qarşısında qalsın.  Bu zaman

şagird bilik,  bacarıq və vərdişinin qənaətləndirici səviyyədə

olmaması faktını dərk edir ki,  bu da onun idrak maraqlarının

oyanmasına, yeni biliklər axtarmasına səbəb olur. 



İkinci tip problem situasiya məsələnin mümkün olan

nəzəri həlli yolu ilə seçilmiş üsulun praktik olaraq həyata

keçirilməsinin qeyri-mümkünlüyü arasındakı ziddiyyətdən

doğur.


Üçüncü tip problem situasiya tədris tapşırıqlarını yerinə

yetirərkən əldə edilmiş praktik nəticələrlə,  şagirddə həmin

nəticələri nəzəri olaraq əsaslandırmağa aid biliyin olmaması



556

arasında ziddiyyət olduqda meydana gəlir. 



Dördüncü tip problem situasiya daha geniş yayılmış tip-

dir. Bu tip problem situasiya o zaman yaranır ki, şagird qarşıda

qoyulmuş məsələni həll etmək yollarını bilmir,  tədris və ya

həyat situasiyasında yeni faktları izah etməkdə çətinlik çəkir, 

daha doğrusu,  əvvəlki biliklər yeni faktı izah etmək üçün

kifayət etmir.

Təlim psixologiyası sahəsində aparılmış tədqiqatlar

zamanı müəyyən edilmişdir ki,  problem situasiyanın ayrı-ayrı

tipləri təfəkkür üçün müxtəlif şərait yaradır.  Problem

situasiyanın əsas tipləri barədə müəllimin biliyi,  şübhəsiz,  bu

cür situasiyaların yaradılması yollarını müəyyənləşdirməsinə, 

bununla da şagirdlərin idrak fəaliyyətini idarə etməsinə şərait

yaradır.  Məhz buna görə də müəllim dərsi müasir tələblər

səviyyəsinə qaldırmaq üçün həmin cəhətə xüsusi diqqət

yetirməlidir.

Dərsdə yaddasaxlama tərzlərindən səmərəli istifadə

etmənin şərtləri. Təlimin müvəffəqiyyəti dərsdə öyrənmənin, 

yaddasaxlamanın səmərəli yollarından istifadə olunmasından

da çox asılıdır.  Öyrənmənin,  yaddasaxlamanın səmərəliliyini

artıran bu cür tərzlər çox və müxtəlifdir.  Onlardan bəzilərinə

nəzər salaq.  Dərsdə öyrənmənin,  yaddasaxlamanın bilavasitə

müəllimlə bağlı olan səmərəli yollarından biri kimi şagirdlərdə

öyrənilən materiala qarşı idrak maraqlarının aşılanmasını, 

başqa sözlə,  təlimin daxili motivlərinin inkişaf etdirilməsini

göstərmək olar. Müəllim şagirdlərdə öyrəndiklərinə qarşı idrak

marağı yaratdıqda şagirdlərin öyrəndiklərini yaddasaxlamaları

da səmərəli olur.

Yaxşı


öyrənmək

yaddasaxlamanın



səmərəli

şərtlərindən bir də müəllimin dərs zamanı şagirdlərin diqqətini

səfərbər edə bilməsidir.  Bu baxımdan dərsdə şagirdlərin

diqqətini öyrənilən obyek (material)  üzərinə yönəltmək,  onun

ətrafında mərkəzləşdirmək ən zəruri şərtlərdəndir. 

Öyrənilən materialın daha yaxşı yadda saxlanılması




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə