561
nii. – M.,1972.
Otstaöhie v uçenii şkolğniki. Problemı psixiçeskoqo
razvitiə. – M., 1986.
İlğəsov İ.İ. Struktura proüessa uçeniə. – M., 1986.
Kabanova. Meller E.N. Uçebnaə deətelğnostğ i razvi-
vaöhee obuçenie. – M., 1981.
Əkimanskaə İ.S. Razvivaöhee obuçenie. – M., 1979.
s.7-104.
Davıdov V.V. Vidı obobheniə v obuçenii. – M., 1972.
562
2 5 - c i F Ə S İ L
PEDAQOJİ FƏALİYYƏTİN VƏ MÜƏLLİM
ŞƏXSİYYƏTİNİN PSİXOLOGİYASI
Qısa xülasə
Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri. Pedaqoji fəaliyyət
müəllimin peşə fəallığıdır. Pedaqoji fəaliyyətin pedaqoji elmlərin müxtəlif
sahələri tərəfindən öyrənilməsi. Pedaqoji fəaliyətin psixoloji xüsusiyyətləri.
Pedaqoji fəaliyətin psixoloji strukturu.
Müəllim şəxsiyyətinin psixologiyası və müəllimin pedaqoji
ustalığının psixoloji əsasları. Müəllimin cəmiyyətdə yeri. Pedaqoji funk-
siyalar: inkişafetdirici, tərbiyəedici, kommunikativ-öyrədici, qnostik, kon-
struktiv, təşkilatçılıq. Müəllim şəxsiyyətinə verilən psixoloji tələblər.
Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu. Müəllimin məlumatverici,
səfərbəredici, inkişafetdirici, istiqamətləndirici pedaqoji bacarıq və
vərdişləri. Müəllimin şəxsi, didaktik və təşkilati-kommunikativ pedaqoji
qabiliyyətləri.
Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri. Pedaqoji ünsiyyətin
ümumi xarakteristikası. Müəllimin şagirdlərlə ünsiyyət üslubu: avtokratik,
avtoritar, demokratik, liberal, qeyri-sabit. Müəllim və şagirdlərin qarşılıqlı
münasibətləri. Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi. Gənc
müəllimlərin şagirdlərlə ünsiyyətindəki əsas çətinliklər. Pedaqoji fəaliyyət
zamanı müəllimin qarşılaşdığı psixoloji çətinliklərin tipləri və onların ara-
dan qaldırılması yolları. Müəllimin pedaqoji mərifəti. Pedaqoji mərifətin
müəllimin davranışında həlledici yeri. Pedaqoji mərifətin onun ümumi
əxlaqi keyfiyyətlərindən, pedaqoji etika qanunlarını nəzərə almasından
asılılığı
.
Şagird şəxsiyyəti və sinif kollektivinin öyrənilməsi və onlara psix-
oloji xarakteristika tərtibinin prinsipləri. Dərsin psixoloji təhlili.
Pedaqoji kollektiv və ona rəhbərliyin bəzi psixoloji məsələləri.
Pedaqoji kollektiv və onun pedaqoji fəaliyyətin müvəffəqiyyətində rolu.
Müəllimlərin qarşılıqlı münasibətləri və pedaqoji kollektivdə psixoloji iq-
lim. Peedaqoji kollektivə rəhbərlik. Pedaqoji kollektivə rəhbərliyin sosial-
psixoloji funksiyaları.
563
VI.25.1. Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri
Pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlərinin məqsədi
gənc nəsli tərbiyə etməkdən ibarət olan fəaliyyətidir. Başqa
sözlə, pedaqoji fəaliyyət müəllimin təlim, tərbiyə, inkişaf,
şagirdlərin təşkili zamanı cəmiyyət tərəfindən irəli sürülən
sifarişə müvafiq olaraq məktəblilərdə şəxsiyyətin keyfiyyətinin
formalaşmasına yönəldilmiş peşə fəallığından ibarətdir.
Pedaqoji fəaliyyət mürəkkəb fəaliyyətdir. Onun müxtəlif
cəhətləri diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyət pe-
daqoji elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir, tədqiq
olunur. Burada birinci növbədə müəllim əməyinin psixoloji
qanunauyğunluqları diqqəti cəlb edir. Ona görə də pedaqoji
fəaliyyətin psixologiyasından danışarkən müəllim əməyinin,
müəllimin cəmiyyət tərəfindən irəli sürülən məqsədləri və pe-
daqoji fəaliyyət sistemini necə qavraması və həyata keçirməsi,
konkret şəraitdən asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və
metodlarının aktuallığını necə dərk etməsinin psixoloji
qanunauyğunluqlarını öyrənən psixoloji bilik sahəsini nəzərdə
tuturuq. Bu bilik sahəsi ümumiyyətlə fəaliyyətin psixoloji
qanunauyğunluqlarına istinad edir, özünün strukturunu müəy-
yənləşdirərkən
həmin
qanunauyğunluqlardan
qidalanır.
Fəaliyyət haqqında mövcud biliklərə istinad etmiş olsaq, peda-
qoji fəaliyyətin strukturunda aşağıdakı cəhətləri ayırd edə
bilərik:
1) pedaqoji fəaliyyətin motivləri - insan yetişdirməklə
əlaqədar ictimai tələbat;
2) pedaqoji fəaliyyətin məqsədi ─ cəmiyyət üzvlərinin
tərbiyəsi;
3) pedaqoji fəaliyyətin predmeti ─ insan (yaşlı və uşaq).
Fəaliyyətin başqa növlərindən fərqli olaraq pedaqoji fəaliyyətin
predmeti özünəməxsus xüsusiyyətə malikdir. Burada əsas cəhət
564
ondan ibarətdir ki, uşaq öz fəaliyyətinin həm obyekti, həm də
subyekti kimi çıxış edir;
4) müəyyən iş və əməliyyatların məcmuundan ibarət olan
fəaliyyətin özü ─ ayrı-ayrı öyrədici, inkişafetdirici və
tərbiyələndirici iş və əməliyyatlar;
5) pedaqoji fəaliyyətin vasitələri ─ məktəbdə təlim və
tərbiyənin məzmunu, forması və metodları;
6) pedaqoji fəaliyyətin şəraiti ─ cəmiyyətin böyüməkdə
olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən
təchiz olunması, məktəbin pedaqoji kollektivindəki birlik,
məktəbə lazımı səviyyədə rəhbərlik etmək və s.;
7) pedaqoji fəaliyyətin nəticəsi ─ şagird şəxsiyyətinin
əlamət və keyfiyyətlərinin formalaşması.
Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi
üçün əsas amil rolunu oynayır. Məhz buna görə də onların hər
biri pedaqoji fəaliyyətin tələblərinə uyğun səviyyədə olmalıdır.
Eyni zamanda pedaqoji fəaliyyət bu cəhətlərə malik olmadan
bir fəaliyyət kimi təzahür edə bilməz.
Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri
ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir. Bun-
lar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim
şəxsiyyətinin
xüsusiyyətlərindən
ibarətdir. Onlar
vahid
məqsədə ─ cəmiyyətin sosial sifarişini həyata keçirməyə
yönəlsələr də bir-birini təkrar etmirlər. Belə ki, pedaqoji
fəaliyyət müəllimin şagirdlərə təsirini (eləcə də şagirdlərin
müəllimə təsirini) əhatə edir. Pedaqoji ünsiyyət ─ birgə
fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından
ibarətdir. Pedaqoji fəaliyyəti, pedaqoji ünsiyyəti müəllim
şəxsiyyətindən kənarda nəzərdən keçirmək mümkün deyildir.
Müəllimin şəxsiyyəti onun əməyinin sosial istiqamətini
müəyyən edən əsas amildir. Qeyd olunan cəhətlərin hər üçü
müəllim əməyinin gedişi zamanı bir-biri ilə mürəkkəb dialektik
əlaqədə olmaqla, onlardan hər biri gah zəmin, gah vasitə, gah