Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə166/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   191

565

da inkişafın nəticəsi kimi özünü göstərir. 

Psixoloji tədqiqatlar əsasında müəyyən edilmişdir ki, pe-

daqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və

vəzifəni yerinə yetirir.  Psixoloqlar həmin məqsədlərin

aşağıdakı təsnifini vermişlər:  1)  cəmiyyətin sosial sifarişindən

doğan ümumi ilkin məqsədlər,  2)  təlim fənninin spesifik-

liyindən irəli gələn konstruktiv məqsədlər,  3)  sinfin konkret

tərkibi ilə bağlı olan operativ pedaqoji məqsədlər.

VI.25.2. Müəllim şəxsiyyətinin psixologiyası və müəllimin

pedaqoji ustalığının psixoloji əsasları

        Müəllimin cəmiyyətdə yeri və funksiyaları

M

üəllimin


qarşısına qoyduğu tələbləri aid etmək olar.  Sosial-psixoloji

amillərə gəldikdə,  buraya ətrafdakı adamların müəllmin

şəxsiyyəti və fəaliyyəti ilə bağlı sosial gözləmələri, özünün pe-

daqoji fəaliyyəti sahəsində onun öz gözləmə və ustanovkalarını

aid etmək olar.

Müəllimin cəmiyyətdəki mövqeyi və funksiyaları. Pe-

daqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada

müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer

tutur.  Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası bir

tərəfdən sosial amillərlə,  digər tərəfdən sosial psixoloji

amillərlə müəyyən edilir.  Bu cür sosial amillərə müəllimin

cəmiyyətdəki mövqeyi və funksiyalarını,  cəmiyyətin

gənc


nəslin tərbiyəsi işinə, tərbiyə sisteminin və onun özəyini təşkil

edən 


 

ümumtəhsil

məktəblərinin

inkişafı


təkmilləşdirilməsinə verdiyi böyük əhəmiyyətlə müəyyənləşir.

Müəllimin pedaqoji fəaliyyəti çətin olmaqla,  həm də

şərəfli və xeyirxah fəaliyyətidir.  Bu fəaliyyətin özünəməxsus

vəzifələri vardır.  Hər şeydən əvvəl,  bu fəaliyyət prosesində

şagirdlər müvafiq bilik, bacarıq, vərdişlərə, elmlərin əsaslarına




566

yiyələnirlər.  Pedaqoji fəaliyyət şagirdlərə bilik,  bacarıq və

vərdişlər aşılamaqla məhdudlaşmır,  eyni zamanda onlara

dünyagörüşü,  əqidə və inam aşılayır.  Bu prosesdə şagirdlər

zəruri davranış formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə

hərislik inkişaf edir.

Müəllimin pedaqoji fəaliyyəti və bu zaman qarşısına

qoyduğu vəzifələri yerinə yetirməsi əsasən məktəbdə     həyata

keçir.  Müəllimin vəzifələri məktəbin qarşısında duran ümumi

vəzifələrdən doğur.  Müasir məktəbin isə ən mühüm,  daimi

vəzifəsi böyüməkdə olan nəslə elmlərin əsasları haqqında dərin

və möhkəm biliklər vermək,  həmin bilikləri təcrübədə tətbiq

etmək vərdişləri və bacarıqları aşılamaqdan ibarətdir.  Burada

həlledici rolu müəllim oynayır. 

Müəllimin pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə

yetirməsi onun öz qarşısında duran funksiyaları necə həyata

keçirməsindən asılı olur.  Müəllimin pedaqoji fəaliyyətinin

təhlili göstərir ki, bu fəaliyyət bir-biri ilə sıx bağlı olan bir sıra

funksiyalardan

ibarətdir.  Həmin

funksiyaların

həyata


keçirilməsi şagirdlərin təlim və tərbiyəsini, onlarda şəxsiyyətin

formalaşmasını təmin edir.

Psixoloji ədəbiyyatda məktəbdə hər bir fənn müəlliminin

fəaliyyəti üçün xarakterik olan aşağıdakı pedaqoji funksiyalar

qeyd olunur:  inkişafetdirici,  tərbiyəedici,  kommunikativ-

öyrədici, qnostik, konstruktiv, təşkilatçılıq.

Şübhəsiz bu cür funksiyaların sayını artırmaq olardı. La-

kin elə qeyd etdiyimiz bu altı funksiya haqqında biliyə malik

olmaq və həmin funksiyaları həyata keçirməyi bacarmaq hər

bir fənn müəlliminin pedaqoji ustalığının  göstəricisi ola bilər. 

İndi də həmin funksiyaların mahiyyətinə nəzər salaq.



İnkişafetdirici funksiyaadından məlum olduğu kimi, 

müəllimdən öz şagirdlərini inkişaf etdirmək vəzifəsini həyata

keçirməyi tələb edir.  Təlim və şagirdlərin inkişafı vahid,  bir-

birilə bağlı proseslərdir.  Ona görə də inkişafetdirici pedaqoji

funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki, 



567

müəllim şagirdlərin şəxsiyyətlərinin əqli,  sensor və emosional

sahəsinin, idrak imkanlarının formalaşması və inkişafı yollarını

müəyyənləşdirə bilsin,  onlarda müstəqil işləmək bacarığı

aşılaya bilsin.  Bunun üçün isə müəllim bir sıra zəruri bilik, 

bacarıq və vərdişlərə malik olmalıdır. Bunlardan: müxtəlif yaş

dövründə şagirdlərdə idrak qabiliyyətləri inkişafının psixoloji-

pedaqoji əsasları haqqında bilikləri,  öyrənilən faktları təhlil

etmək və    ümumiləşdirmək,  müqayisə etmək,  onların mühüm

və ikinci dərəcəli əlamətlərini ayıra bilmək bacarığını,  şagirdi  

problem situasiya ilə qarşılaşdıra və onu fikirləşdirə bilmək

bacarığını və s. göstərmək olar.



Tərbiyəedici funksiya da inkişafetdirici funksiyadan az

əhəmiyyətə malik deyildir.  Tərbiyəedici pedaqoji funksiya

təlim prosesində və sinifdənkənar tədbirlər zamanı şagirdlərdə

düzgün elmi dünyagörüşünün formalaşması,  ideya-siyasi, 

əxlaqi,  estetik və vətənpərvərlik tərbiyəsi vəzifələrinin yerinə

yetirilməsi ilə bağlıdır.  Şübhəsiz,  bu funksiyanın həyata

keçirilməsi də müəllimdən zəruri pedaqoji bacarıq və

vərdişlərə yiyələnməyi tələb edir.  Bunlardan,  dərsdə və sinif-

dənkənar tədbirlər zamanı tədris edilən fənnin imkanlarından

tərbiyəvi məqsədlər üçün istifadə edə bilmək bacarığını,  kol-

lektivizm,  prinsipiallıq,  fəal əxlaqi mövqe tərbiyə edə bilmək

bacarığını,  şagirdlərin şüurlu olaraq peşə seçmələri və ilkin

peşə hazırlığı    üçün şərait yarada bilmək bacarığını və s. 

göstərmək olar. 



Kommunikativ öyrədici funksiya bir tərəfdən müəllimin

kommunikativ fəaliyyətinin təşkili,  digər tərəfdən onun

şagirdlərə zəruri məlumatlar verməsi ilə bağlıdır.  Müəllimin

kommunikativ fəaliyyəti düzgün qurulduqda tədris etdiyi elmin

əsaslarını öyrədə bilir,  şagirdlərin maraq və ehtiyaclarını

ödəyir,  real şəraitdən asılı olaraq təlim və tərbiyə

metodlarından səmərəli şəkildə istifadə etməyi bacarır.  Kom-

munikativ funksiyanı həyata keçirmək üçün müəllim siniflə və

ayrı-ayrı şagirdlərlə,  ayrı-ayrı müəllimlərlə və bütün müəllim



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə