Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə171/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   191

580

dərindən bilir,  tədris etdiyi elm sahəsində olan kəşfləri daima

izləyir,  materiala tam sərbəst yiyələnir,  ona böyük maraq

göstərir, kiçicik də olsa öz ixtisası sahəsində tədqiqat işi aparır. 



3.  Təşkilati kommunikativ qabiliyyətlər. Bu cür pe-

daqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və

ünsiyyəti ilə bağlıdır.  Bu cür pedaqoji qabiliyyətlərə konkret

olaraq aşağıdakıları aid etmək olar: təşkilatçılıq qabiliyyəti, av-



toritar

qabiliyyət,  kommunikativ

qabiliyyət,  perseptiv

qabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət,  pedaqoji

təxəyyül,  diqqəti paylaya bilmək qabiliyyəti,  ped631-6aqoji

refleksiya. 

Təşkilatçılıq qabiliyyətləri. Bu cür qabiliyyətlər də pe-

daqoji fəaliyyət üçün az əhəmiyyətə malik deyildir.  Təlim və

tərbiyənin səmərəliliyi müəllimin təşkilatçılıq qabiliyyətindən

çox asılıdır. Müəllimin təşkilatçılıq qabiliyyətləri təlim tərbiyə

prosesində özünü dərhal büruzə verir.  Bu cür qabiliyyətlər iki

formada təzahür edir.  Birincisişagird kollektivini təşkil

etmək,  möhkəmləndirmək,  mühüm

vəzifələrin

həyata

keçirilməsinə ruhlandırmaq,  ona düşünülmüş səviyyədə təşəb-



büs və müstəqillik verə bilmək qabiliyyəti. İkincisiöz

fəaliyyətini düzgün təşkil etmək qabiliyyətləri:  səliqəlilik, 

işgüzarlılıq,  dəqiqlik,  öz işini düzgün planlaşdırmaq və

özünəzarəti təşkil etmək bacarığı.



Avtoritar qabiliyyətlər. Müəllim daima bu və ya digər

cəhətdən bir-birindən fərqlənən şagirdlərlə,  onların təlim

tərbiyəsi ilə məşğul olur.  Bu işdə müvəffəqiyyət qazanmaq

onun şagirdlər arasındakı hörmətindən (avtoritetindən)  çox

asılıdır.  Belə qabiliyyətə malik olan müəllim şagirdlərə

bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında

onların hörmətini qazanmağı bacarır.  Bu cür qabiliyyətlərin

əsasını müəllimin öz fənnini mükəmməl bilməsi,  onun

incəliklərini şagirdlərə çatdıra bilməsi,  müsbət iradi keyfiy-

yətləri,  öz yetişdirmələrini hədsiz sevməsi,  gördüyü işin

doğruluğuna inamı,  öz əqidəsini şagirdlərinə aşılaya bilməsi



581

bacarığı və sairədən asılıdır. 



Kommunikativ qabiliyyətlər. Müəllim şagirdlərlə daimi

ünsiyyətdə olduğuna görə onun pedaqoji fəaliyyətində kom-

munikativ qabiliyyətlər də mühüm yer tutur.  Kommunikativ

qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa imkan

verir. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabil-

lik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, 

şagirdlərlə pedaqoji nöqteyi-nəzərdən məqsədə müvafiq

qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.



Perseptiv qabiliyyətlər - şagirdin daxili aləminə nüfuz

edə bilmək,  şagird şəxsiyyətini və onun müvəqqəti psixi

vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan

qabiliyyətlərdir.  Bu cür qabiliyyətə malik olan müəllim indiki

anda şagirdin psixologiyasını,  onun psixi vəziyyətini qavrayır

və eləcə də anlayır,  ötəri bir əlamətə,  kiçicik zahiri ifadəyə

əsasən şagirdin daxili aləmindəki ən cüzi dəyişiklikdən baş

çıxara bilir. 



Suqqestik qabiliyyət (latın dilindən tərcümədə “təlqinə

əsaslanan”).  Bu,  şagirdlərə iradi təsir göstərmək qabiliyyəti, 

müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə

mütləq nail olmaq qabiliyyətindən ibarətdir.  Suqqestik

qabiliyyətlər müəllimdə iradənin inkişafından,  özünə qarşı

dərin inamından,  şagirdlərin təlim və tərbiyəsinə məsuliyyət

hissindən,  eyni zamanda müəllimin özünün düzgün hərəkət

etməyinə dərin inamından asılıdır.  Burada söhbət müəllimin

sakit,  şagirdləri kobudcasına sıxışdırmadan,  məcbur etmədən

və hədələmədən öz tələbini irəli sürməsi və ona nail

olmasından gedir. 

Pedaqoji mərifət. Bu cür qabiliyyət müəllimin öz

şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret şəraiti

nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni

müəyyənləşdirə bilməsində təzahür edir.  Pedaqoji mərifətdə

şagirdə qarşı hörmət və tələbkarlıq bacarıqla birləşdirilir. (Pe-

daqoji mərifət barədə aşağıda pedaqoji ünsiyyətdən danışarkən




582

geniş bəhs olunmuşdur).



Pedaqoji təxəyyül. Şagirdlərlə daima ünsiyyətdə olan

müəllim öz təlim və tərbiyə işinin nəticəsini qabaqcadan

görməyi,  təsəvvür etməyi bacarmalıdır.  Burada pedaqoji

təxəyyül mühüm rol oynayır.  Pedaqoji təxəyyülə malik olan

müəllim öz əməllərinin nəticəsini qabaqcadan görə bilir, 

şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi

bacarır,  onda hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün

olduğunu görür. 



Diqqəti paylaya bilmək qabiliyyəti. Bu cür qabiliyyətə

malik olan müəllim öz diqqətini iki və daha artıq fəaliyyət və

ya obyekt üzərinə paylaya bilir. Bu cür müəllim materialı necə

şərh etdiyini,  şagirdlərin cavabını necə dinlədiyini izləməklə

nəzər diqqətini bütün şagirdlərin üzərinə yönəldə bilir, yorğun-

luq, diqqətsizlik, anlamamaq, intizamın pozulması hallarına öz

münasibətini bildirmək və nəhayət,  öz davranış tərzini (poza, 

jest, yeriş və s.) izləyir. 



Pedaqoji refleksiya. Bu cür qabiliyyətə malik olan

müəllim öz vəziyyətini dərk etməyi bacarır, müəyyən pedaqoji

şəraitdə nəzarət,  qiymətləndirmə,  tənzim və təkmilləşdirmə

məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətinin

məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni qarşılaşdıra, 

müqayisə edə bilir. 



VI.25.3. Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri

haqqında

Pedaqoji ünsiyyətin ümumi xarakteristikası. Pedaqoji

ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində

həyata keçirdiyi peşə ünsiyyətidir.  Bu cür ünsiyyət hərtərəfli

inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılma-

sına yönəlmiş olur,  kollektivdəki sosial-psixoloji prosesləri

idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan ve-




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə