Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə173/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   191

586

razılaşır.  Qərar qəbul edərkən kollektiv və onun liderinin

təklifini nəzərə alır.  Məktəblilərin müstəqilliyini boğmur, 

şagirdlərə daima xahiş,  məsləhətlə yanaşır,  müsbət emosional

əlaqəyə üstünlük verir.  Bu cür ünsiyyət ülslubuna malik olan

müəllimlər

şagirdlərin

fərdi


xüsusiyyətlərini

şəxsi



təcrübələrini,  fəallıq və tələbatlarını nəzərə almağa çalışırlar. 

Belə müəllimlərdə neqativ ustanovka olmur və ya onu təzahür

etdirmirlər.  Onlar qiymətləndirmədə obyektiv,  təmas yarat-

maqda isə təşəbbüskardırlar.  Təcrübə göstərir ki,  şagirdlərlə

qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslu-

bundan istifadə edən müəllimlərlə şagirdlər arasında olduqca

səmərəli təmas yaranır. Şagirdlər bu cür müəllimlərlə ünsiyyətə

daima can atır, onlardan hər cür köməklik gözləyirlər. 

Laqeyd və yaxud liberal rəhbərlik üslubuna malik olan

müəllimlərin şagirdlərlə ünsiyyəti də kortəbii xarakter daşıyır. 

Burada ünsiyyətin xarakteri müəllimin özündən deyil, 

şagirdlərdən asılı olur,  şagirdlər tərəfindən diktə olunur.  Belə

müəllim şagirdlərin işinə qarışmamağa çalışır,  özünün

qətiyyətsizliyi ilə fərqlənir,  neytrallığa can atır.  Məqsədi

yayğın xarakter daşıyır.  Heç vaxt qarşıdakı məqsədi həyata

keçirməyə can atmır.  Ona görə də şagirdlər bu cür müəllimlə

ünsiyyət zamanı öz tələbatlarını lazımi şəkildə ödəyəcəklərini

güman etmirlər. 

Nəhayət,  qeyri-sabit,  ardıcıl olmayan rəhbərlik üslubuna

malik olan müəllimlərin ünsiyyət üslubu da həmin cəhəti

özündə əks etdirir.  Bu cür müəllimlə şagirdlər ona görə

ünsiyyətə girməyə cəhd göstərmirlər ki,  onun necə,  hansı

üslubla hərəkət edəcəyini müəyyənləşdirməkdə çətinlik

çəkirlər.

Şübhəsiz,  qeyd olunan rəhbərlik üslubunun hər biri

müəllimlə şagirdlər arasındakı qarşılıqlı münasibətlərə özünə-

məxsus şəkildə təsir göstərəcəkdir. Şagird kollektivinin düzgün

idarə olunması isə bu cür qarşılıqlı münasibətlərin səmərə-

liliyindən asılıdır. 



587

Müəllimlə şagirdlərin qarşılıqlı ünsiyyəti nə qədər

səmərəli olarsa,  kollektivin idarə olunması,  onun üzvlərinin

tərbiyə işinin təşkili də bir o qədər səmərəli olacaqdır. 

Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri

şərti olaraq 4 qrupa bölmək mümkündür. 



Birinci qrupa şagirdlərlə daima ünsiyyətdə olan

müəllimləri aid etmək olar.  Bu cür müəllimlər təkcə dərsdə, 

məktəbdə,  təlimlə bağlı məsələləri həll edərkən şagirdlərlə

ünsiyyətdə olmaqla kifayətlənmirlər.  Onların şagirdlərlə

ünsiyyəti şagird həyatının bütün sahələrini əhatə edir.  Bu cür

ünsiyyət öz səmərəliliyi,  müəllimin şagirdlərə inamı ilə

fərqlənir.  Həmin müəllimlər demokratik rəhbərlik üslubuna

malik olurlar. 

Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə ikinci

qrupu şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onlara qarşı

dərin inam və etimad mövcud olan müəllimlər təşkil edir. La-

kin onun şagirdlərlə qarşılıqlı ünsiyyəti ən çox təlim prosesində

mövcud olur,  təlimdən kənar vaxtlarda isə müxtəlif

səbəblərdən bü cür ünsiyyət müntəzəm xarakter daşımır. Buna

baxmayaraq bu və ya digər şagird çətinliyə düşdükdə və bunu

həll edə bilmədikdə həmin müəllimə müraciət edir,  bu zaman

onların


arasındakı

ünsiyyət


açıq

qəlbdən


inam


səviyyəsindən gedir. Həmin qrupa daxil olan müəllimlərdə de-

mokratik rəhbərlik üslubu üstünlük təşkil edir. Bununla yanaşı

olaraq ikinci qrupa daxil olan müəllimlərdə bəzən avtoritar

rəhbərlik üslubu da özünü göstərir. Şagirdlərlə qarşılıqlı ünsiy-

yətin xarakterinə görə üçüncü qrupa daxil olan müəllimlər

əvvəlkilərdən bir sıra cəhətlərinə görə fərqlənirlər.  Bu cür

müəllimlər, adətən, şagirdlərlə yaxın ünsiyyət saxlamağa cəhd

göstərir,  bü cür ünsiyyətə can atırlar.  Lakin bu cür ünsiyyətə

nail ola bilmirlər. Bu cür ünsiyyətin baş tutmamasının səbəbinə

gəldikdə, onlar vaxtın çatmaması üzündən öz cəhdlərini həyata

keçirə bilmirlər.  Ünsiyyətə cəhd göstərməsinə baxmayaraq, 

şagirdlər onlara inanmadıqlarına görə qarşılıqlı ünsiyyət baş




588

tutmur.  Belə müəllimlər ya həddindən artıq mentor (öyüdçü) 

pozası tutur,  ya onlara verilən sirri saxlaya bilmir,  ya da

şagirdlərin hörmətini qazana bilmirlər.  Ona görə də bu cür

müəllimlərin şagird kollektivini idarəetmələri çətinləşir. Bu cür

müəllimlər arasında avtoritar rəhbərlik üslubuna malik olanlar

tez-tez özünü göstərir. Bununla yanaşı həmin qrupa daxil olan

müəllimlər arasında müəyyən miqdarda demokratik və ardıcıl

olmayan rəhbərlik üslubuna malik olan müəllimlərə də rast

gəlmək mümkündür. 



Dördüncü qrupa gəldikdə, buraya daxil olan müəl-limlər

şagirdlərlə çox məhdud işgüzar ünsiyyətlə kifayətlənirlər.  Bu

cür müəllimlər şagirdlərlə ünsiyyətə can atmadıqları kimi, dərs

dedikləri şagirdlər də onlarla yaxın ünsiyyətə,  ürək sözlərini

deməyə, onlarla məsləhələşməyə meyl göstərmirlər. Bu qrupa, 

əsasən avtokratik və etinasız rəhbərlik üslubuna malik olan

müəllimlər daxil olurlar.

Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də mühüm

vasitə rolunu oynayır. Adətən, müəllimin tutduğu mövqe onun

ünsiyyətinə əsaslı təsir göstərir.  Psixoloji ədəbiyyatda qeyd

olunduğu kimi,  müxtəlif üsluba malik olan kommunikativ

qarşılıqlı təsir müəllimin dərsdə şagirdlərlə ünsiyyətində bir

sıra davranış modelinin meydana gəlməsinə səbəb olur. Psix-

oloqlar (L.D.Stolyarenko və b.)  şərti olaraq bu modellərə

aşağıdakıları aid edirlər:

1.Diktator modeli («Monblan»). Bu cür müəllimlər dərs

dedikləri şagirdlərdən (tələbələrdən)  bir növ təcrid olunurlar. 

Onlar yalnız şagirdlərə (tələbələrə)  bilik vermək,  öz hazırlıq

səviyyələrini nəzərə çarpdırmağa çalışırlar.  Şagirdlər onun

üçün yalnız adi dinləyici kütləsi olur. Onların arasında heç bir

qarşılıqlı təsir mövcud olmur.  Müəllimin pedaqoji funksiyası

yalnız məlumat verməklə məhdudlaşır.

Nəticədə – psixoloji təmas olmur,  buradan isə şagirdin, 

tələbənin təşəbbüskarsızlığı, passivliyi yaranır.

2.Təmassız model («Çin səddi»). Bu cür model özünün



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə