Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə176/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   191

595

qüsurlarını görməkdə, ona nəzarət etməkdə çətinliklər meydana

çıxır.

Təcrübə göstərir ki,  müəllim,  xüsusilə təzəcə fəaliyyətə



başlayan müəllim heç də həmişə qarşıya kommunikativ peda-

qoji məqsəd qoyub onu dərk etmir,  daha doğrusu,  qarşıya

qoyduğu məqsəd sistemində ünsiyyəti təsəvvürünə gətirə bil-

mir,  şagirdlərin şəxsiyyətini öyrənməyi bacarmır,  stereotip

qiymətləndirmədən istifadə edir və buna müvafiq olaraq bütün

siniflərdə yaş fərqindən asılı olmayaraq monoton ünsiyyətə

gətirib çıxaran eyni cür qarşılıqlı təsir vasitəsindən istifadə

edir, heç də həmişə ayrı-ayrı şagirdlərlə ünsiyyətdəki çətinliyi

təsəvvür edə bilmir,  sinfi ələ almaqda çətinlik çəkir,  şagirdin

sinifdə və ailədə nə kimi qeyri-formal rolu yerinə yetirdiyini

bilmir, düzgün olmayan, mövcud şəraitlə uyğun gəlməyən pe-

daqoji rəhbərlik üslubunu tətbiq edir və s. 

Ümumiyyətlə müəllimin öz fəaliyyətində qarşılaşdığı

prinsipial psixoloji çətinlikləri ümumiləşdirmiş olsaq onların

aşağıdakılardan ibarət olduğunu söyləyə bilərik:  müəllim

şagirdi bütövlükdə öz inkişaf perspektivində qavraya bilmir, öz

əməyini pedaqoji fəaliyyət,  pedaqoji ünsiyyət və şəxsiyyətlə

vəhdətdə olan bir tam kimi görə bilmir,  onları “müəllim-

şagird”  sistemi çərçivəsinə keçirə və qiymətləndirə bilmir. 

Müəllim üçün daha geniş yayılmış və xarakterik çətinlik

şagirdlərin psixi vəziyyətini və özünün pedaqoji fəaliyyət və

ünsiyyəti səviyyəsinin diaqnostikasını verə bilməməkdən

ibarətdir. 

Ümumiyyətlə

götürdükdə

müəllimin

psixoloji

çətinlikləri,  onun müəyyən pedaqoji şəraitdə həyata keçirdiyi

fəaliyyət zamanı təzahür edən gərginlik vəziyyəti ilə müəyyən

edilir. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda çətinliyin

yaranma səbəbinin xarakteri ilə bağlı üç ümumi tipi

müəyyənləşdirilmişdir:

1.  Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik (Ç

1

). 



Bu cür çətinlik, adətən, pedaqoji situasiyanın obyektiv çətinliyi


596

nəticəsində yaranır və pedaqoji vəzifənin həyata keçirilməsinin

uyğun (adekvat) vasitələrinin olmaması ilə şərtlənir.

2.  Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik (Ç

2

). 


Bu cür çətinliklər müəllim şəxsiyyətinin fərdi xüsusiyyəti, 

motivləşməsi,  özünüqiymətləndirməsi,  əhvalları ilə şərtlənir. 

Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir

göstərir.

3.  Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən

psixoloji çətinliklər (Ç

3

). Daxili səbəblərlə şərtlənən çətinliklər



müəllimin pedaqoji situasiyasını qavrama və təsəvvür etməsini

təhrif edir,  nəticədə müəllimdə yalançı problem yaranır,  o,  öz

qarşısına uyğun olmayan məqsəd qoyur və şəraitə uyğun ol-

mayan məsələni həll edir.

Adətən,  müəllim daima şagirdlərlə,  bütövlükdə siniflə

münasibətdə olur,  həmin münasibətlər onun təlim,  tərbiyə, 

təşkilati proseslərindəki praktik fəaliyyətində inkişaf edir. Pro-

sesi təmin etmək üçün müəllimin pedaqoji fəaliyyət zamanı baş

verən çətinliklərin qarşısını almağa imkan verən münasibətləri

yaratmağa hazır olması zəruridir. Müəllimdə isə bu cür zəruri

qabiliyyət, bacarıq və vərdişlərin olmaması işdə qüsurlara, arzu

olunmayan çətinliklərin baş qaldırmasına gətirib çıxarır. 

Qeyd olunan psixoloji çətinliklərin hər biri (hər tip

çətinlik) o birisindən fərqləndiyi kimi, onları aradan qaldırmaq, 

bu sahədə müəllimə təsir formaları da müxtəlif olmalıdır. 

Psixoloqlar

pedaqoji

fəaliyyət

zamanı

müəllimin



qarşılaşdığı psixoloji çətinliyin tipindən asılı olaraq aşağıdakı

təsir formalarından istifadənin vacibliyini qeyd edirlər:

1)  Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik baş

verdikdə öyrədici formadan, təlim və ya özünütəlimdən istifadə

olunması

(müəllimin

biliyindəki

çatışmazlığı

aradan

qaldırmaq).



2)  Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik baş

verdikdə psixoterapevtik formadan istifadə etmək,  gərginliyin

götürülməsi üçün lazımi şəraitin yaradılması (müəllimlə psix-



597

oloji iş).

3) Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən

psixoloji çətinlik baş verdikdə psixotexniki formadan istifadə

etmək, 

əməyin


səmərəliliyini

yüksəltmək

məqsədilə

müəllimlərin mövqelərini dəqiqləşdirmək üçün yaranmış

problemlə əlaqədar məktəb müəllimlərinin birgə işi (uyğun pe-

daqoji təsir vasitələrinin tapılması və yaradılması).



Müəllimin pedaqoji mərifəti. Pedaqoji ünsiyyət zamanı

müəllimin pedaqoji mərifəti onun şəxsiyyətinin ən dəyərli və

pedaqoji fəaliyyət üçün zəruri olan keyfiyyəti hesab olunur. 

Pedaqoji mərifət müəllimin özünə qarşı gənclərin rəhbəri, 

tərbiyəçisi kimi sosial gözləmələri adekvat qavrama əsasında

qurulan davranışdır.  Müəllimin pedaqoji mərifəti onu

şagirdlərlə,  onların valideynləri ilə,  müəllim yoldaşları ilə

düzgün münasibət saxlaya bilmək bacarığı və həddini

aşmamasında təzahür edir.  Təcrübə göstərir ki,  pedaqoji

mərifətin gözlənilməməsi pedaqoji ünsiyyətin pozulması ilə

yanaşı pedaqoji fəaliyyətin əsas məqsədini həyata keçirməyə

mane olur,  müəllimlə şagirdlər arasında

münaqişənin

yaranmasına gətirib çıxarır. 

Pedaqoji mərifət müəllimin davranışında həlledici yer tu-

tur. Pedaqoji mərifətə malik olmayan müəllim öz şagirdlərinin

gözündən asanlıqla düşür,  onların hörmətini qazana bilmirlər. 

Xüsusilə yenicə pedaqoji fəaliyyətə başlayan günü müəllim

məhz həmin keyfiyyətlərin olmaması üzündən çox vaxt özündə

öz gücünə inam hiss etmir.

Pedaqoji mərifətin mühüm cəhətlərindən müəllimin

şagirdlərə,  uşaq

kollektivinə

düşünülmüş

diqqətli


münasibəti, çıxarılan qərarlarda ehtiyatlılıq, şagirdin mənliyinə

toxunmamaq və s. qeyd etmək olar.

Pedaqoji mərifət öz-özünə biruzə vermir.  O,  müəllimin

gündəlik fəaliyyətində,  işində özünü göstərir.  Müəllim şagird

kollektivi ilə, onların təlim və tərbiyəsi ilə məşğul olur. Bu za-

man şagirdlərin təlim müvəffəqiyyətini,  davranış tərzini




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə