Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə177/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   191

598

qiymətləndirməli olur.  Burada isə istər-istəməz onun pedaqoji

mərifəti təzahür edir.

Şagirdin fəaliyyətini pedaqoji cəhətdən düzgün qiy-

mətləndirmək həmin fəaliyyət prosesinə əsaslı təsir göstərir. 

Ona görə də müəllim öz şagirdlərinin təlim müvəffəqiyyətini, 

onun davranış tərzini düzgün qiymətləndirməyi bacarmalıdır. 

Bunun üçün isə,  o,  şagirdlərin bilik,  bacarıq və vərdişlərinin

həqiqi səviyyəsini,  onların davranış tərzini,  işə münasibətinin

xüsusiyyətlərini dəqiq müəyyənləşdirməlidir. Məktəb təcrübəsi

göstərir ki,  şagird öz bilik,  bacarıq səviyyəsinin düzgün

qiymətləndirilməsini gördükdə öz imkanlarını anlayır, qüvvətli

və zəif cəhətlərini başa düşür,  daha çox müvəffəqiyyət əldə

etmək üçün səy göstərir. 

Müəllimin şagirdə yanaşması, ona müraciət tərzi onun bi-

lik və davranışının qiymətləndirilməsində mühüm rol oynayır. 

Adətən,  şagirdlər tələbkar,  eyni zamanda onların mənliyinə

toxunmayan,  onlara hörmət edən müəllimi sevirlər.  Bu cür

müəllimin şagirdin bilik səviyyəsini və davranış tərzini düzgün

qiymətləndirməsi onun gələcək fəaliyyətinə düzgün istiqamət

verir.

Pedaqoji mərifətə malik olan müəllim sürətlə dəyişən pe-



daqoji şəraitə uyğunlaşmağı, mövcud şəraiti qiymətləndirməyi, 

düzgün qərar qəbul etməyi bacarır.  Bunun üçün isə müəllim

təkcə faktları qavramağı və qiymətləndirməyi bacarmaqla

kifayətlənməməlidir, 

eyni

zamanda


yüksək

mərifət, 

dözümlülük və özünü ələ ala bilmək imkanına malik olmalıdır.

Pedaqoji mərifətə yiyələnən müəllim şagirdlə harada, 

necə danışmağın tərzini də bilir, bunu düzgün seçməyi bacarır. 

Ona görə də müəllimin apardığı iş səmərəsiz qalmır.

Müəllimin pedaqoji mərifəti onun ümumi əxlaqi

keyfiyyətlərindən,  şagirdlə ünsiyyət zamanı pedaqoji etika

qanunlarını nəzərə almasından çox asılıdır. 

Pedaqoji ünsiyyətin pozulması və pedaqoji mərifətin




599

gözlənilməməsi nəticəsində müəllimlə şagirdlər arasında

qarşılıqlı təsir prosesində məna maneələri yarana bilir.  Bu cür

maneələr şəxsiyyətlərarası münaqişələrin mənbələrindən birini

təşkil edir.  Təcrübə göstərir ki,  müəllimə qarşı məna maneəsi

yaranan şagirdlər həmin müəllimin heç bir tələbinə əməl etmək

istəmir.  Adətən,  uşaqların daha çox küsəyən və tez özündən

çıxan dövrü olan yeniyetməlik dövründə məna maneəsi daha

tez yaranır,  daha parlaq təzahür edir və çətinliklə aradan

qaldırılır.  Ona görə də müəllim öz ünsiyyətini elə təşkil

etməlidir ki, məna maneəsinin yaranması ilə nəticələnməsin. 

VI.25.4.Şagird şəxsiyyəti və sinif kollektivinin      

  öyrənilməsi və onlara psixoloji xarakteristika

tərtibinin prinsipləri. Dərsin psixoloji təhlili

    

Şagird şəxsiyyətini hərtərəfli inkişaf etdirmək və sinif kol-

lektivini təşkil etmək üçün birinci növbədə onları hərtərəfli

öyrənmək lazımdır.  Bu tələbi həyata keçirmədən müəllim öz

qarşısında duran vəzifəni müvəffəqiyətlə həyata keçirməyə nail

ola bilməz.  Ona görə də müəllim bir növ tədqiqatçılıq

qabiliyyətinə malik olmalı,  bu qabiliyyətin köməyi ilə

şagirdlərini, onların daxil olduqları sinif kollektivini öyrənməli, 

onlar haqqında zəruri biliyə malik olmalıdır.  Təcrübə göstərir

ki, müəllimin, sinif rəhbərinin öz şagirdlərini, sinif kollektivini

öyrənmək əsasında tərtib etdiyi psixoloji-pedaqoji xarakteristi-

ka şəxsiyyətin formalaşmasını idarə etməkdə   ona lazımi im-

kanlar yaradır. Bu cür xarakteristikanın tələb edilən səviyyədə

olması üçün onun tərtibi zamanı müəyyən prinsiplərə, tələblərə

əməl olunmalıdır. 

Gələcək müəllimin bu sahədə müəyyən təcrübəyə malik

olması, pedaqoji təcrübə zamanı ayrı-ayrı şagirdlər və sinif kol-

lektivi üzərində müşahidəni necə təşkil etmək və bunun

əsasında psixoloji-pedaqoji xarakteristika tərtibi bacarığına



600

yiyələnməsi zəruridir.

Şagird şəxsiyyətinin,  eləcə də sinif kollektivinin yararlı

psixoloji-pedaqoji xarakteristikasını tərtib etmək üçün müəllim

– təcrübəçi birinci növbədə  şagird və sinif kollektivi haqqında

kifayət qədər məlumata malik olmalıdır.  Bu məlumatı əldə

etmək üçün müasir psixologiyanın tədqiqat metodlarından, 

xüsusilə müşahidə və müsahibə metodundan geniş istifadə

edilməlidir.  Həmin metodların köməyi ilə əldə edilən faktlar

mütləq gündəlik şəklində qeyd olunmalıdır.  Əks təqdirdə

yalnız hafizəyə istinad edilərək tərtib olunan xarakteristikada

bəzən zəruri cəhətlər,  detallar nəzərdən qaçır.  Şagirdin və ya

sinif kollektivinin öyrənilməsi nəticəsində əldə edilən material

ciddi təhlil edildikdən sonra sistemləşdirilir.  Xarakteristikanın

əsas məqsədi şagird şəxsiyyətinin əsas cəhətlərini açmaq, onun, 

əlamətlərinin,  keyfiyyətlərinin

təzahürünün



ümumi

istiqamətini göstərməkdən ibarətdir.  Xarakteristikada şagirdin

bir fərd kimi özünəməxsus xüsusiyyətləri öz əksini tapmalıdır.

Belə olduqda həmin şagirdlə gələcəkdə aparılacaq təlim-tərbiyə

işinin proqramını müəyyənləşdirmək mümkün olur.  Xarak-

teristikada irəli sürülən hər bir fikir yaxşı əsaslandırılmalı, 

şagird şəxsiyyətində və sinif kollektivində baş verən

dəyişikliklər burada öz əksini tapmalıdır.  Bunun üçün şagirdi

və ya sinif kollektivini müxtəlif vəziyyətlərdə öyrənmək, 

kifayət qədər tutarlı və bir-birini tamamlayan faktlar əldə

etmək lazımdır. Təsadüfən təzahür edən bir hərəkətə,  bir

davranış tərzinə əsasən şagird şəxsiyyətini və sinif kollektivini  

xarakterizə etmək səmərəli nəticə vermir.  İmkan daxilində

müşahidə zamanı əldə edilmiş faktın əsaslı olub-olmamasını

müsahibə,  sadə eksperimentlərdən istifadə etməklə yoxlamaq

lazımdır.  Çalışmaq lazımdır ki,  əldə olunmuş faktlar şagird

şəxsiyyətinin və sinif kollektivinin tipik xüsusiyyətlərini, 

dəyişmə və inkişafını əks etdirsin.  Şagird şəxsiyyətinə aid

tərtib olunmuş xarakteristikada şagird şəxsiyyətində hansı

keyfiyyəti, əlaməti və təzahür xüsusiyyətini inkişaf etdirməyin, 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə