607
2. Dərsin məqsədi və onun təlim-tərbiyəvi vəzifələri.
3. Dərsin təşkili. Şagirdlərin məşğələyə hazırlığı. Şagird-
lərin təşkili (onların diqqətinin səfərbərliyə alınması, iş
yerlərini hazırlamaq tələbi və s.). Sinif otağının dərsə hazırlığı.
4. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin məzmunu və
yoxlanması
metodikası. Bilik, bacarıq
və
vərdişlərin
yoxlanmasının məqsədi və yeri. Yoxlama üsulu. Frontal və
fərdi sorğu üçün verilmiş sualların, praktik tapşırıqların,
müstəqil işin, ayrı-ayrı şagirdlərə verilən fərdi tapşırıqların
məzmunu. Şagirdlərin cavablarının keyfiyyəti. Şagirdlərin
cavablarındakı qüsurlara müəllimin münasibəti. Sinfin fəallığı.
Şagirdlərin
biliyinin
yoxlanmasının
yekunlaşdırılması.
Şagirdlərin cavablarının qiymətləndirilməsi.
5. Yeni biliklərin məzmunu və öyrədilməsi metodikası.
Mövzu və müəllimin təlim materialını şifahi şərhinin məz-
munu. Müəllimin verdiyi biliklərin həcmi və sistemi, şərhi
metodları. Şərh olunan materialın elmi və ideya istiqaməti,
həyatla əlaqəsi, tərbiyəedici xarakteri. Şərhin sistemi və
ardıcıllığı, obrazlılığı, şagirdlər üçün aydınlığı, əvvəl keçi-
lənlərlə əlaqəsi.
Şagirdlərin müstəqil öyrəndikləri təlim materialının
mövzusu və məqsədi. Şagirdlərin qarşısına problemli sualların,
idraki məsələlərin qoyulması.
Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması, ayrı-ayrı
məsələlər üzərində şagirdlərin marağının və diqqətinin
cəmləşdirilməsi. Şagirdlərin yeni materialı qavramaq və
anlamağa yaradıcı şəkildə cəlb olunması. Nümayiş etdirilən
texniki və əyani vasitələrin rolu və yeri. Yazı taxtası və
dəftərlərdən istifadə. Yeni materialın öyrədilməsi zamanı
müstəqil işlərin rolu və yeri. Yeni materialın öyrədilməsi
zamanı şagirdlərin biliyinin hesaba alınması yolları.
6. Öyrədilən materialın möhkəmləndirilməsinin məzmu-
nu və metodikası.
7. Evə verilən tapşırığın məzmunu və metodikası. Ev
608
tapşırığının həcmi və növü. Onu yerinə yetirməklə əlaqədar
təlimat. Ayrı-ayrı şagirdlərə əlavə (fərdi) tapşırıq.
8. Dərsdə şagirdlərin idrak fəaliyyətlərinin xarakteris-
tikası.
Diqqət. Dərsdə şagirdlərin diqqətini təşkil etmək üçün
müəllimin ümumpsixoloji prinsiplərdən istifadə etməsi. Dərsdə
diqqətin təşkili priyomları: müəllimin zahiri görkəmi, mimika
və pantomimikası; diqqətin ritmi və tempi, əyani vasitələrin
parlaqlığı və yeniliyi; müəllimin nitqinin emosional zənginliyi,
obrazlılığı, şərhin ardıcıllığı və məntiqiliyi. Dərsin müxtəlif
mərhələlərində diqqətin davamlılığının təşkili, müəllimin
şagirdlərdə diqqətin keçirilməsini təşkil etməsi.
Qavrayış. Yeni materialı qavramağa qarşı ustanovkanın
yaradılması priyomları. Şagirdlərin müşahidə aparmalarının
təşkili.
Hafizə. Əvvəl mənimsənilmiş biliklərin fəallaşdırılması
priyomları. Şagirdlərdə hafizənin bütün tiplərinin nəzərə
alınması və onların inkişafının təmin olunması. Öyrənmənin
səmərəli yollarından istifadə edilməsi.
Təfəkkür. Şagirdlərin problem situasiya ilə qaşılaşdı-
rılması. Yeni anlayışların formalaşdırılması yolları. Fikri pro-
seslərin dərsin ayrı-ayrı mərhələlərində təşkili. Dərsdə şagird-
lərin əqli keyfiyyətlərinin (təfəkkürün müstəqilliyi, tənqidiliyi,
əqlin dərinliyi, çevikliyi və s.) təzahürü və müəllimin həmin
keyfiyyətləri formalaşdırmaq üçün istifadə etdiyi yollar.
9. Dərsdə şagirdlərin şəxsiyyətlərinin ayrı-ayrı cəhət-
lərinin təzahürünün xarakteristikası.
Şagirdlərin öz yoldaşlarının cavablarına və müəllimin
verdiyi qiymətə münasibətləri. Müəllimin öz hərəkətləri ilə
şagirdlərdə yeni davranış motivi yaradıb yaratmaması. Təlim
prosesində əqli, iradi və s. xassələrin necə formalaşması.
Şagirdlərin davranışında qüsurların olub-olmaması. Onların
səbəbi.
10. Müəllimin xarakteristikası. Materialı bilməsi. Me-
609
todiki ustalığı. Pedaqoji mərifəti. Pedaqoji ünsiyyətinin
xüsusiyyətləri. Nitqi (tələffüzü, tempi, nitq mədəniyyəti, nitqi-
nin obrazlılığı, emosionallığı).
Ümumi nəticə. Müəllim dərsdə şagirdlərin psixi fəaliy-
yətini idarə etməyi nə dərəcədə müvəffəqiyyətlə həyata keçirdi.
VI.25.5. Pedaqoji kollektiv və ona rəhbərliyin
bəzi psixoloji məsələləri
Pedaqoji kollektiv. Gənclərin təhsili və tərbiyəsi
müəllim kollektivinin birgə yaradıcı əməyi deməkdir. Müəllim
kollektivinin yaxşı düşünülmüş və möhkəmlənmiş iş sistemi
onların əxlaqi fəaliyyətinin müvəffəqiyyəti üçün əvəzolunmaz
şərtdir.
Müəllim kollektivinin işindəki məqsədyönlülüyü və
mütəşəkkillik məktəb işinin nəticəsi üçün məsuliyyətlilik
doğurur. Vahid pedaqoji baxışın olması müəllim kollektivi
üçün ən mühüm keyfiyyətdir.
Pedaqoji kollektiv özünün fəaliyyətinin məzmunu ilə
müəyyənləşən müəyyən təşkilati struktura malikdir. Bu struk-
tur kollektiv üzvlərinin qarşılıqlı asılılıq, qarşılıqlı nəzarət
münasibətlərini müəyyənləşdirir. Bu struktur dairəsində peda-
qoji şura, fənn metodik birləşmələri, sinif rəhbərləri və məktəb
rəhbərləri fəaliyyət göstərir.
Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü və koopera-
siya mövcuddur. Pedaqoji əmək eyni sinifdə işləyən müxtəlif
fənn müəllimləri arasında; müxtəlif siniflərdə eyni fənni aparan
müəllimlər arasında; eyni sinifdə işləyən müəllimlər və sinfin
rəhbəri arasında; müxtəlif dərnəklərə, bölmələrə, cəmiyyətlərə,
şagird klublarına rəhbərlik edən müəllimlər arasında; məktəbdə
aparılan tərbiyəvi işin müəyyən sahəsi və ya istiqamətinə ca-
vabdeh olan müəllimlər arasında və s. bölünür.
Dostları ilə paylaş: |