610
Pedaqoji kollektivin işinin müvəffəqiyyəti müəllimlərin
əmək kooperasiyasının düzgün təşkilindən asılıdır. Bu isə
müəllimlərdən birgə əməkdaşlıq vərdişlərinə yiyələnməyi tələb
edir. Həmin vərdişlərə müəllim pedaqoji kollektivdə yiyələnir.
Müəllimlərin qarşılıqlı münasibətləri və pedaqoji
kollektivdə psixoloji iqlim. Pedaqoji kollektivdə müəllimlərin
qarşılıqlı münasibətləri onların fəaliyyətlərinin məqsəd və
məzmunu ilə müəyyən edilir və şərtlənir. Birgə fəaliyyət və ün-
siyyət prosesində pedaqoji kollektivdə bir neçə münasibət sis-
temi yaranır. Bunlar əsasən aşağıdakılardan ibarətdir: rəsmi və
qeyri-rəsmi münasibətlər.
Öz fəaliyyətlərini təşkil etmək və həyata keçirmək üçün
müəllimlər arasında yaranan qarşılıqlı münasibəti şərti olaraq
rəsmi münasibət adlandırmaq olar. Bu cür münasibətlərə
müəllimlərin bir-biri ilə bu və ya digər şəkildə bağlı olduqları
işgüzar münasibətləri, müəllimlərlə rəhbərlik arasında mövcud
olan idarəetmə münasibətlərini aid etmək olar.
Bununla yanaşı olaraq pedaqoji kollektivdə iki qeyri-
rəsmi münasibət sistemi yaranır.
Birincisi, bütün pedaqoji kollektivi əhatə edən ümumi
şəxsiyyətlərarası əxlaqi-psixoloji münasibətlər, ikincisi, ayrı-
ayrı müəllimlər arasında qarşılıqlı simpatiyaya əsaslanan seçici
münasibətlər.
Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi onun
üzvlərinin bir çox cəhətdən vahidliyini tələb edir. Buraya kol-
lektiv üzvlərinin şagirdlərə qarşı ustanovkası, tərbiyənin
məqsədini, şagirdə təsir etmə metodunu, şagirdlərlə qarşılıqlı
münasibət üslubunu və s. aid etmək olar. Əgər pedaqoji kollek-
tivin üzvləri arasında bu məsələlərdə vahidlik yoxdursa, vahid-
lik prinsipi pozulmuşsa kollektivdə bir sıra xəstəliklərin
(müəllimlər arasında münaqişə, qısqanclıq, paxıllıq və s.)
yaranması baş verə bilər ki, bu da məktəbdə təlim-tərbiyə işinin
611
müvəffəqiyyətinin aşağı düşməsinə, müəllimlərin əhvalına təsir
göstərir. Burada pedaqoji kollektivdəki psixoloji iqlim mühüm
rol oynayır. Pedaqoji kollektivdəki müsbət psixoloji iqlim
məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə həyata
keçirilməsinə, kollektiv üzvlərinin gümrahlığına, əhval-
ruhiyyələrinin yüksək olmasına, bütün sahələrdə kollektivin
birliyinə səbəb olur. Müsbət psixoloji iqlim kollektiv üzvlərinin
əməkdən zövq almasına, optimizmə, ünsiyyət sevincinə,
etibarlılığa və s. kimi emosional vəziyyətinin yaranmasına
səbəb olur. Ona görə də pedaqoji kollektivdə müsbət, xoş psix-
oloji iqlimin yaranması həmin kollektiv üçün ən mühüm cəhət
hesab olunur. Psixoloji iqlimin pozulması üzvləri bir-birinə
qarşı qoyur, onlarda bir-birinə qarşı inamsızlıq, kinlilik, işə
qarşı laqeydlik, müxtəlif münaqişələr və s. yaranmasına gətirib
çıxarır.
Pedaqoji kollektivdəki psixoloji iqlim bir sıra amillərdən
asılıdır. Pedaqoji kollektiv cəmiyyətin bir hissəsi olduğuna
görə, onun iqlimi də birinci növbədə həmin cəmiyyətin həyat
şəraiti ilə şərtlənir. Pedaqoji kollektivdə bu və ya digər psixolo-
ji iqlimin yaranması məktəb rəhbərlərinin, məktəbin ictimai
təşkilatlarının rəhbərlik üslubundan da asılıdır. Əgər məktəb di-
rektoru və onun müavinləri pedaqoji kollektivə rəhbərliyi tələb
olunan səviyyədə keçirərlərsə, kollektiv üzvləri arasında ayrı
seçkilik qoymadan onların əməyini düzgün qiymətləndirirlərsə,
bu, pedaqoji kollektivdə müsbət psixoloji iqlimin yaranmasına
köməklik göstərir. Pedaqoji kollektivin psixoloji iqliminə kol-
lektiv üzvlərinin iş şəraiti də müvafiq təsir göstərə bilir.
Nəhayət, pedaqoji kollektivdəki psixoloji iqlimə kollektiv
üzvlərinin özlərinin də təsiri olur. Kollektiv üzvlərində sosial-
psixoloji uyuşma, uyğunluq yoxdursa burada psixoloji
iqlimdən də danışmağa dəyməz. Bunun üçün kollektiv üzvlə-
rində şəxsiyyətin bir-birini qarşılıqlı tamamlamaq, qarşılıqlı
yardım, özünə qarşı yüksək tənqidilik və həmkarına qarşı
612
dözümlülük kimi yüksək keyfiyyətlər olmalıdır. Bəzən
kollektivdə
yüksək
psixoloji
uyuşmazlığa
malik
olan
müəllimlərə də rast gəlmək olur ki, onlar psixoloji iqlimin
pozulmasının əsas səbəbkarına çevrilir. Kollektiv özünün bu
cür üzvlərini tərbiyə etməyə borcludur.
Pedaqoji kollektivə rəhbərlik. Pedaqoji kollektivin
fəaliyyətinin səmərəliliyi və burada münasib psixoloji iqlimin
yaranması onun düzgün idarə olunmasından, başqa sözlə
rəhbərlikdən çox asılıdır. Burada isə ən mühüm cəhətlərdən bi-
ri pedaqoji kollektivə rəhbərliyin, onu idarəetmənin sosial-
psixoloji funksiyalarını həyata keçirməkdən ibarətdir. Həmin
funksiyalara aşağıdakıları aid etmək olar:
Kollektivin təşkili, məqsəd yönəlişliyi, fəallaşdırılması,
fəaliyyətinin təkmilləşdirilməsi, kollektivin birliyinin təmin
edilməsi, kollektivdə özünüidarəetmənin inkişaf etdirilməsi.
Kollektivin təşkili - bu, hər şeydən əvvəl, pedaqoji pro-
sesin
tələblərinə
uyğun
olaraq
müəllimlərin
qarşılıqlı
münasibətini, onların intizamını qaydaya salmaqdan ibarətdir.
Kollektivin təşkilinin bilavasitə obyektiv nəticəsi kollektivdəki
sosial rolların persenifikasiyasından (şəxsləndirilməsindən),
daha doğrusu müəllimlərin seçilməsi və yerləşdirilməsi, eləcə
də onların birgə fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
Məqsəd yönəlişliyi - bu, pedaqoji kollektivdə mövcud
konkret fəaliyyət şəraitində məktəbin idarə olunmasının sosial
funksiyasının həyata keçirilməsinə yönəldilmiş məqsədlərin
təşəkkülündən ibarətdir. Kollektiv və onun hər bir üzvü
tərəfindən qəbul olunmuş məqsəd onların əmək fəaliyyətinin
lazım olan istiqamətdə fəallaşdırılması üçün mühüm zəminə
çevrilir.
Kollektivin fəallaşdırılması - kollektivin təlim-tərbiyə
işində yüksək nəticələr əldə etməsinə yönəldilmiş optimal
əmək gərginliyini, şəraitini yaratmaq və müdafiə etmək.
Dostları ilə paylaş: |