Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə182/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   191

613

Fəallaşdırma maddi və mənəvi stimul sistemi yaratmaq və

onların müəllimlərin sərvət meylinə çevrilməsi nəticəsində əldə

edilir.  Pedaqoji kollektivin fəaliyyətinin fəallaşdırılmasının

mühüm şərtlərinə:  yerinə yetirilən əməyin kəmiyyət və

keyfiyyəti ilə onun qiymətləndirilməsi həcmi arasındakı

asılılığın düzgün müəyyənləşdirilməsi, müəllimə yüksək, lakin

yerinə yetirilə bilən tələbin verilməsi, onlarda insani

münasibət,  borc hissi tərbiyə etmək,  kollektivdə işgüzar

şəraitin yaradılması daxildir.



Kollektivin fəaliyyətinin təkmilləşdirilməsi. Fasiləsiz

olaraq müəllimlərin pedaqoji ustalığını artırmaq,  kollektivdə

hər bir müəllimi təlim-tərbiyə işinin müasir forma və

metodlarını, psixologiya və pedaqogika elminin nailiyyətlərini

və qabaqcıl təcrübəni mənimsəməyə, öz şəxsiyyətini hərtərəfli

inkişaf etdirməyə təhrik edən yaradıcılıq atmosferinin

yaradılmasından ibarətdir. 

Kollektivin birliyi - müəllimlərin daxili-psixoloji

eyniyyəti, birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir

və bir-biri ilə bağlı olan aşağıdakı üç cəhəti əhatə edir:  1) 

şəxsiyyətlərarası inteqrasiya-kollektivin sosial-psixoloji struk-

turunun optimallaşması,  burada qarşılıqlı anlama,  qarşılıqlı

hörmət, yoldaşlıq və dostluq mühitinin formalaşması; 2) funk-

sional birlik - kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələ-

rinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına

qarşı vahid müsbət münasibətlərin formalaşması,  kollektiv

əhəmiyyət daşıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət

və rəftarlarını qiymətləndirmək üçün vahid norma və meyarla-

rın hazırlanması;  3)  təşkilati birlik ─ müəllimlərdə öz

məktəblərində yaşamaq və işləmək ustanovkası,  ona bağlılıq,

ondan razılığın təşəkkülü.



Özünüidarəetmənin

inkişafı

-

müəllimləri



fəal

idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir




614

müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli şəkildə təşkil

etmək üçün zəruri olan ictimai rəyin təşəkkülü,  müəllimlərdə

öz məktəbinin sahibi olması hissinin,  öz kollektivinin təlim-

tərbiyə fəaliyyətini,  onda psixoloji iqlimin bütün cəhətlərinin

təkmilləşdirilməsinə təsir etməyə yönəldilən tələbat və

bacarıqların inkişafı.

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Pedaqoji fəaliyyət hansı fəaliyyətdir? Onun əsas

cəhətləri hansılardır?

2. Müəllimin cəmiyyətdə yeri və funksiyaları haqqında

danışın.


3. Müəllim şəxsiyyətinə nə kimi psixoloji tələblər veri-

lir?


4. Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə oynadığı

rol haqqında danışın.

5. Müəllimdə hansı pedaqoji bacarıq və vərdişlər

formalaşmalıdır?

6. Pedaqoji qabiliyyətləri xarakterizə edin.

7. Pedaqoji ünsiyyət və onun rolu haqqında danışın.

8. Şagirdlərlə pedaqoji ünsiyyət zamanı gənc müəllimlər

nə kimi çətinliklərlə qarşılaşırlar?

9. Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı

psixoloji çətinliklər hansılardır?

10. Müəllimin pedaqoji mərifəti haqqında danışın.

11. Pedaqoji kollektivdə psixoloji iqlim dedikdə nəyi

başa düşürsünüz? Həmin iqlimin yaranmasına hansı

amillər təsir edir.



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.

       


615

          1.   Pedaqoji fəaliyyətin psixoloji təhlili.

          2.    Şagird şəxsiyyətinin və sinif kollektivinin

öyrənilməsi.

           3.   Dərsin psixoloji təhlili.

           4.    Müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyinin

psixoloji  göstəriciləri.

           5.    Pedaqoji kollektivin idarə olunmasının psixoloji

əsasları.

           6.   Müəllimin pedaqoji ustalığının psixoloji məsələləri.

            7.   Pedaqoji ünsiyyətin psixologiyası.

Ədəbiyyat

Həmzəyev M.Ə.    Pedaqoji psixologiya.  – Bakı,  1991, 

səh. 168-216; 226-235; 235-241.



Məmmədov A.  Təlimn psixoloji əsasları.- Bakı, 1993.

Leontğev A.A. Pedaqoqiçeskaə obhenii. – M.,1979.

Markova A.K. Aktualğnıe problemı psixoloqii trudı

uçitelə// Sovetskaə pedaqoqika, 1986. №6



Anikieva N.Q. Uçitelğö o psixoloqiçeskom klimate v

kollektive. – M., 1983.



Kan-Kalik V.A.  Uçitelğö o pedaqoqiçeskom obhenii. –

M., 1987.

  Şakurov R.X. Soüialğno-psixoloqiçeskie problemı ru-

kovodstva pedaqoqiçeskim kollektivom. –

M., 1987.

Stolərenko L.D. Pedaqoqiçeskaə psixoloqiə.  - Rostov-

na-Danu 2000, s.209-259.




616

2 6 - c ı F Ə S İ L

MƏKTƏBƏ PSİXOLOJİ XİDMƏTİN ƏSASLARI

Qısa xülasə

Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri. Psixoloji xidmət

anlayışı və məktəbə psixoloji xidmətin zəruriliyi.  Məktəbə psixoloji

xidmətin aktual və perspektiv istiqamətləri.

Məktəbə psixoloji xidmətin prinsipləri və həyata keçirilmə

mərhələləri. Məktəbə psixoloji xidmətin təşkilinin sistemli xarakter daşıması

üçün nəzərə alınması zəruri olan prinsiplər: 1) sistemli məqsədəuyğunluq prin-

sipi;  2)  tamlıq prinsipi;  3)  peşə-pedaqoji fəallıq prinsipi;  4)  kifayət qədər

məhdudluq prinsipi; 5) qarşılıqlı əlaqə prinsipi; 6) inkişaf prinsipi.

Məktəbə psixoloji xidmətin həyata keçirilmə mərhələləri: məktəbə psix-

oloji xidmətin ilkin mərhələsi;  məktəbin müəllimləri üçün psixoloji-pedaqoji

seminarlar seriyası keçirilməsi mərhələsi; diaqnostik işlər zamanı əldə edilmiş

nəticələrin işlənməsi mərhələsi; əldə edilmiş nəticələrin psixoloq və müəllimlər

tərəfindən birgə təhlili mərhələsi; əldə edilmiş nəticələr əsasında psixokorrek-

siya işlərinin aparılması mərhələsi;  işin nəticələri barədə valideyn iclasında

məlumat verilməsi və pedaqoji şurada müzakirəsi mərhələsi.

Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət işləri. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən diaqnostik işlər. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək korreksiya işləri. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək yardımcı işlər. 

Məktəbə psixoloji hazırlığın diaqnostikası.  Çətin tərbiyə olunan şagirdlərlə

aparılan psixoloji iş. Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə