Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə189/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   191

636

Ağacın dövrəsində üç canavar dayanmışdır.  Onlardan biri qa-

baq pəncələrini ağacın gövdəsinə söykəyib,  ikinci dayanıb

ağzını uşaq olan tərəfə qaldırıb,  üçüncü isə ağacın yanında

nəyisə iyləyir.  Beşinci şəkildə sağ tərəfdə hündür ağac

çəkilmiş, onun gövdəsini qucaqlayıb aşağı düşmək istəyən uşaq

və ona aşağıdan kömək edən saqqallı kişi görünür. Sol tərəfdə

arxa planda xizəyə qoşulmuş at görünür. Xizəkdə oturmuş adam

fiquru var. Xizəyin qarşısında başqa bir adam fiquru çəkilmişdir. 

O,  ensiz ağaca bənzəyən bir əşyanı üfüqi vəziyyətdə çiyninə

söykəmiş, onun ucundan qırmızıya çalan bir iz uzanır.

Şəkillər uşağa ardıcıl deyil,  qarışıq verilir.  Məsələn, 

beşinci, ikinci, dördüncü, birinci, üçüncü. Bu, aşağıdakı təlimatla

müşayət olunur:  "Mən sənə bir hadisəni təsvir edən şəkillər

verəcəm.  Lakin həmin şəkillər qarışıb.  Sən həmin şəkillərə

diqqətlə baxıb,  yaxşı-yaxşı düşünüb ardıcıl şəkildə stolun

üstünə düzməlisən.  Bax bura hadisənin başlanğıcını göstərən

şəkli,  sonra qalanlarını qoymalısan (ikincini və sonrakı

şəkillərin hər birini hara qoyacağını göstərməklə).  Onda

şəkilləri götür, diqqətlə bax və hər birini öz yerinə qoy».

Şəkilləri uşağa verdikdən sonra psixoloq daha onun işinə

qarışmır, uşağın hər bir hərəkətini, emosional vəziyyətini proto-

kola daxil edir.

Əgər uşaq bir dəqiqə ərzində işə girişmirsə onu bu kimi

sözlərlə ruhlandırmaq olar:  "Şəklə bax,  sən onları sıra ilə

düzməlisən" və yaxud "Qorxma, bir düz görüm".

Uşaq işi yerinə yetirməyə başlayıbsa onun nə dərəcədə

düzgün işləməsi barədə heç nə demək lazım deyildir. Yalnız

uşaq bütün şəkilləri düzüb qurtardıqdan sonra demək olar: 

"Şəkillərin hamısını sıra ilə düzmüsənmi?" İndi göstər görüm

birinci şəkil hansıdır?  İkinci hansıdır?  Üçüncü,  dördüncü,  so-

nuncu hansıdır?"  Uşağın düzdüyü ardıcıllığı protokolda qeyd

etmək lazımdır.  Əgər ardıcıllıq düzgündürsə,  sadəcə (+)  işarəsi

qoymaqla kifayətlənmək olar.

Bundan sonra demək lazımdır:  "İndi mənə bu hadisəni



637

danış". Uşağın cavabını olduğu kimi qeyd etmək lazım gəlir, 

əgər süjet düzgün ardıcıllıqla tərtib olunarsa uşağa həmin

hadisəyə ad verməsini təklif etmək lazımdır.

Bu cür işin köməyi ilə uşağın şəraitin gizli mənasını nə

dərəcədə uyğün şəkildə anladığını aşkara çıxarmaq mümkündür.

Əgər uşaq süjeti düzgün tərtib etməyibsə, onu yerinə ye-

tirdiyi işə görə tərifləmək,  sonra köməkçi suallar vasitəsilə

ardıcıllığı düzgün başa düşməsinə nail olmaq lazımdır.

Bundan


sonra

başqa


(üçüncü)  tapşırığın

yerinə


yetirilməsinə başlamaq olar.  Burada Vekslerin testlərinə daxil

olan "Koos kubikləri" testindən istifadə etmək mümkündür.

Nəhayət, «məktəbə hazırlığın diaqnostikasını» vermək üçün

"Dördüncü artıq əşya hansıdır?" tapşırığını yerinə yetirməkdən

istifadə etmək olar.  Bu metodika psixologiya sahəsində

çalışan mütəxəssislərə yaxşı məlumdur və onlar tərəfindən

geniş tətbiq olunur.  Bu zaman verilmiş dörd əşya (və ya

onların şəkli)  arasında birinin artıq olduğu bildirilir və yoxla-

nandan tələb olunur ki,  onu tapsın və götürsün.  Məsələn,  a) 

karandaş, çanta, dəftər, şlyapa şəkilləri, b) stol, stul, kitab şkafı, 

çaynik şəkilləri və s.

Beləliklə, bu tapşırığın əsasında anlayış əlamətinə görə

təsnif etmək dayanır.  Məktəbə hazırlıqla əlaqədar həmin

metodikanı tətbiq edərkən burada bir qədər başqa məqsəd

güdülməlidir. Burada uşağın nəyi artıq sayması deyil, tanış və

ya az tanış olduğu əşyalar haqqında nə deməsi mühüm

əhəmiyyətə malikdir.  Bununla yanaşı olaraq uşağın həmin

tapşırığı,  iş tərzini necə yerinə yetirməsi də nəzərdə tutulan

cəhətlərdəndir.

Bütün bu yollarla aparılan yoxlama işi uşağın məktəbə

hazırlıq səviyyəsini aşkara çıxarmağa,  bu sahədə onun

valideyinə və gələcək müəlliminə müvafiq məsləhətlər

verməyə imkan yaradır.  Bununla yanaşı olaraq həmin qeydlər

uşaq üçün tərtib olunacaq psixoloji xəritənin əsasını, 

başlanğıcını təşkil edir.



638

Məktəbə psixoloji xidmət sahəsində diqqəti cəlb edən

cəhətlərdən biri də çətin tərbiyə olunan ("çətin")  uşaqlarla

aparılan işdirBurada birinci növbədə əsas diqqət şəxsiyyəti so-

sial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında

diaqnostikasını verməyə yönəldilməlidir.  Bu zaman uşaqda

"çətinliyin"  yaranması səbəblərinin aşkara çıxarılmasına da

xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uşağın

fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla aparılacaq

tərbiyəvi iş sistemi müəyyənləşdirilməlidir.  Bu barədə kitabın

ikinci bölməsində danışıldığı üçün burada geniş bəhs olunmağı

lazım bilmədik.

Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş. Yuxarıda

qeyd etdiyimiz kimi məktəbə psixoloji xidmətin əsas

istiqamətlərindən birini psixoloqun müəllimlərlə,  valideynlərlə

və şagirdlərlə apardığı konsultativ işlər təşkil edir.  Məlum

olduğü kimi,  təlim fəaliyyətinin müvəffəqiyyəti,  şagird

şəxsiyyətinin formalaşması və inkişafı onun böyüdüyü və

tərbiyə aldığı ailə mühitinin xüsusiyyətindən çox asılıdır.

Ailə və məktəb iki əsas sosial institut kimi uşaqların

təlim-tərbiyə və sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına

əsaslı təsir göstərir.  Ona görə də ailə tərbiyəsindən çox şey

asılıdır. Təcrübə göstərir ki, bəzi ailələrdə uşağın tərbiyəsi üçün

zəruri olan psixoloji şərait yaradılmadığı,  onun psixoloji

xüsusiyyətləri nəzərə alınmadığına görə bir sıra çətinliklər

meydana çıxır.  Bu cür çətinlikləri aradan qaldırmaqda ailəyə

psixoloji xidmətin rolu böyükdür.  Adətən,  valideynlər uşaqla

əlaqədar hər hansı bir problemə rast gəldikdə kömək üçün

məktəbə, məktəb psixoloquna müraciət edirlər. Bu zaman əksər

hallarda uşağın ehtiyacı və tələbi nəzərə alınmır. Bütün bunları

nəzərə alaraq məktəb psixoloqu şagirdlərin davranışı,  onların

şəxsiyyətdaxili vo şəxsiyyətlərarası münaqişə problemləri ilə

məşğul olarkən uşağın yaşadığı və tərbiyə aldığı ailə,  həmin

ailə üzvləri arasındakı qarşılıqlı münasibət və s.  ilə də

maraqlanmalıdır.  Buradan çıxış edərək psixoloq öz xidmətini



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə