Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.

səhifə19/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   191

59

Hərəkət olmadıqda isə «ovuna»  tərəf getmir.  Bunlar isə qida-

lanma tələbatı ilə bağlıdır. Yəni bioloji tələbatdan doğur. Lakin

bu həyat şəraitinin dəyişməsilə, tələbatın ödənilməsilə dəyişir.

Yaşayış şəraitinin mürəkkəbləşməsi canlıların davranış

tərzini də dəyişdirir.  Yəni o,  bu və digər şəraitə uyğunlaşır. 

Məsələn, əgər məməli heyvanlarla yem arasında sədd çəkilərsə, 

o həmin səddi necə olsa keçib yem əldə etməyə cəhd edir. Sədd

görürüldükdən sonra isə birbaşa yeməyə doğru gedir.

Həyat şəraitinin təsiri altında heyvanlarda davranışın

dəyişməsi ciddi şəkildə onlarda anatomik-fizioloji dəyişikliyə

səbəb olur. İlk növbədə, iy və görmə üzvlərində dəyişiklik baş

verir.  Görmə onun həyatında vacib amilə çevrilir,  iy duyğusu

isə tədricən zəifləyir. Bununla yanaşı hərəkət üzvləri də inkişaf

edərək cəld,  mürəkkəb hərəkətləri icra etməyə uyğunlaşır: 

qaçmaq,  sürünmək,  ovunu tutmaq və s.  Bu isə baş beyində

hərəkət

sahəsinin



genişlənməsi,  hərəkətinin

inteqrasiya

olunması ilə bağlıdır.

Ali heyvanlarda, xüsusilə məməlilərdə yeni, daha plastik

davranış forması yaranır.  Heyvanların bir növündə müvəqqəti

əlaqələrin yaranması sahəsində fərdi fərqlər tez,  daha kəskin, 

digərlərində isə gec baş verir.  Bu, heyvanların təkamül

səviyyəsindən asılıdır.  Fərdi davranış üçün mühitin ayrı-ayrı

xassələrinin (temperatur,  rəng,  iy və s.)  deyil,  tam əşya

şəraitinin təhlili və tərkibi zəruri olur.  Məsələn,  toyuqla dən

arasında tor çəkilsə, toyuq həmin toru dimdikləməyə başlayır. 

Əgər belə demək mümkünsə,  «vəziyyətdən çıxış yolu

axtarmır». Lakin nisbətən daha yüksək inkişaf etmiş qarğa belə

etmir, bir neçə cəhddən sonra arakəsmənin ətrafına dolanmaqla

səddi keçir, yemi götürür. 

Ali heyvanlarda instiktiv davranış forması ilə yanaşı, 

fərdi,  dəyişkən formalı davranış - vərdişlər və intellektual

hərəkətlər də mövcuddur.  Vərdişlər inkişafın ən aşağı

pilləsində belə özünü göstərir.  Lakin açıq-aşkar ifadə olunan

vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda




60

müşahidə edilir.

Heyvanların vərdişləri həm anadangəlmə,  həm də

təsadüfi hərəki siqnalların təkrarı prosesində möhkəmlənir. 

Məsələn, pişik yeşikdən çıxmaq üçün pedalı basmalıdır. O bu-

nun üçün bir neçə uğursuz cəhd edir.  Lakin təsadüfən pedala

toxunur,  qapı açılır.  Sonrakı təcrübələrdə o getdikcə daha az

səhv edir. Beləliklə, onda vərdiş yaranır.

Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellek-

tual davranışdır.  İntellektual davranışın əsasını ayrı-ayrı

cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil

edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, 

insan ağlından fərqli keyfiyyətə malikdir. 

Ali heyvanların, məsələn, insanabənzər meymunların in-

tellektual

davranışı

müxtəlif


esperimentlər

yolu


ilə

öyrənilmişdir.

Meymun (şimpanze)  qəfəsdə yerləşdirilir.  Qəfəsin çö-

lündə isə banan,  portağal və s.  Qəfəsin içərisinə isə çubuq

qoyulur. Meymun meyvələri yalnız çubuğun köməyi ilə götürə

bilər.  Meymun ilk növbədə meyvələri əlləri ilə götürməyə

çalışır. Təbii ki,  bu cəhdlər heç bir nəticə vermir.  Sonra mey-

mun sakitləşir.  Bu dəfə o,  meyvələri gözünə sataşan çubuğun

köməyi ilə əldə etmək istəyir:  ağacla meyvələri qəfəsə

yaxınlaşdırır. Nəhayət o meyvələri götürür.

Digər eksperimentlər də eyni üsulla aparılır.  Məsələn, 

qəfəsin tavanından banan asılır. Yaxınlıqda boş yeşiklər qoyu-

lur. Bananın götürülməsi üçün yeşiklər bananın qoyulduğu yerə

gətirilməlidir. Təcrübə göstərir ki, meymun bu işin öhdəsindən

uğurla gəlir. 

Beləliklə,  əgər əməliyyatın aşağı səviyyəsində çoxsaylı

səhv və sınaq nəticəsində təsadüfi uğurlu hərəkət tədricən

möhkəmlənirsə, 

aparılan

təcrübədə

meymun

tam


müvəffəqiyyətsizliyə uğrayır və problemin həllini qəflətən

tapır.  Bu,  heyvanların intellektual davranışının ümumi

əlamətidir. İkinci mühüm cəhət isə ondan ibarətdir ki, təcrübə



61

təkrar keçirilərsə,  onun bir dəfə icra olunmasına baxmayaraq, 

meymun onu tez və səhvsiz yerinə yetirir.

İntellektual davranışın üçüncü xüsusiyyəti isə məsələnin

həll olunma yolunun tapılması onun digər vəziyyətlərdə də

tətbiq olunması ilə bağlıdır.  Məsələn,  əgər birinci təcrübədə

meymun meyvələri çubuğun köməyilə götürürsə,  digər

təcrübədə çubuq tapmadıqda uyğun gələn bir əşya tapıb ondan

istifadə edir. 

Meymun davranışında diqqəti cəlb edən cəhətlərdən bir

də onun bir neçə aktı birləşdirə bilməsi ilə bağlıdır.Bunu

aşağıdakı təcrübə də sübut edir.

Meymunun yerləşdiyi qəfəsdən bir qədər aralıda yem

qoyulur. Ondan bir qədər yaxınlıqda isə ağac qoyulur, lakin bu

ağaca da meymunun əli çatmır. Qəfəsin içərisində isə bir qədər

qısa əl ağacı qoyulur.  Lakin bu ağacın köməyi ilə kənardan

uzun ağacı qəfəsə çəkmək olar. Qidanı əldə etmək üçün mey-

mun ilk növbədə qəfəsin içindəki əl ağacı ilə daha uzun olan

ağacı,  onun vasitəsilə yemi götürə bilər.  Təcrübə göstərir ki, 

meymun bu tapşırığın öhdəsindən uğurla gəlir.  Beləliklə, 

heyvanların intellektual davranışının dördüncü xüsusiyyəti

tapşırığın uğurlu həlli üçün hazırlıq mərhələsinin keçirilməsi

ilə bağlıdır.  Yəni ilk növbədə ağacı, daha sonra yemi əldə

etmək olar.  Əvvəlcə qısa,  sonra uzun ağacı,  daha sonra isə

qidanı götürə bilərsən. Özlüyündə bir ağacın, daha sonra digər

ağacın götürülməsi heç də meymun üçün cəzbedici deyil. Buna

görə də o heç bir bioloji məna kəsb etmir.  Bu,  hazırlıq

mərhələsi

sayılır.  Ağacdan

istifadə


davranışın

icrası


mərhələsidir və meymunun bioloji tələbatının ödənilməsinə

yönəldilir.  İlk hazırlıq mərhələsi heç də öz-özünə yaranmır. 

Yəni adi halda ağac meymun üçün heç bir məna kəsb etmir. 

Əgər meymun ağacı ondan istifadə etmək məqamında görürsə

və ondan istifadə edirsə,  bu yem və ağac arasındakı

münasibətin uzlaşdırılmasıdır.  Əgər meymun başqa bir vasitə

tapa bilsə, ağac onun üçün heç bir bioloji məna kəsb etməz.





Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   191


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə