Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə190/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   191

639

göstərməlidir.  Lakin bütün ailələr psixoloqun onun övladı ilə

müvafiq iş aparmasına,  yeri gəldikdə valideynlərə lazımi

məsləhət verməsinə eyni cur yanaşmırlar.

Bəzi ailələr özləri psixoloqun övladlarının şəxsiyyətini

tənzim etməsi ilə maraqlanır və bu sahədə ona şərait yaradırlar, 

başqa ailələr bu sahədə neytral mövqe tutur, bəziləri də bu işə

hər yolla mane olurlar. Ona görə də psixoloqun işi həmişə istə-

diyi kimi gedə bilmir.  Xüsusilə uşağın tərbiyəsi və onun

şəxsiyyətinin inkişafı üçün müvafiq şərait olmayan ailələrlə iş

zamanı bu çətinlik özünü qabarıq şəkildə göstərir.  Belə

ailələrin müxtəlif tipləri mövcud ola bilər ki,  onların hər

birində psixoloqun yerinə yetirəcəyi iş o birilərindən fərqlənir. 

Bu cür ailələrin aşağıdakı tiplərinə rast gəlmək mümkündür: 1) 

boşanma ərəfəsində olan ailələr,  2)  boşanmış ailələr,  3) 

şəxsiyyətlərarası

şəxsiyyətdaxili



munaqişələri

həll


olunmamış ailələr,  4)  əxlaq,  ictimai münasibət normalarına

uyğun olmayan sərvət və normalar sistemi formalaşmış ailələr. 

Psixoloqun həmin ailələrdən gələn uşaqlarla müvafiq iş apara

bilməsi üçün həmin ailələr,  orada uşaqların tərbiyəsi üçün

yaradılan şəraitin xüsusiyyətləri ilə ətraflı tanış olması

zəruridir.

Adətən,  birinci tip ailələrdə uşaqların tərbiyəsi və

sosiallaşması üçün yaranmış şəraitin xarakterik xüsusiyyəti

bundan ibarətdir ki, həmin ailələrdə uşaqlar artıq kəskin,  açıq

xarakter almış ailə münasibətlərindəki münaqişələrə cəlb olu-

nurlar. Onlar münaqişədə olan valideynlərinə öz münasibətlərini

bildirməyə məcbur olurlar.  Bütün bunlar həmin ailədəki

uşaqların psixoloji və mənəvi zədə almasına,  eləcə də

məktəbdəki fəaliyyətinə mənfi təsir göstərməsinə səbəb olur.

Məktəb psixoloqunun vəzifəsi bu cür şəraitə düşən

şagirdləri müəyyənləşdirmək və onlarla psixoloji məsləhət işi

aparmaqdan ibarətdir.  Bu sahədə aparılan iş uşağın özünü

qiymətləndirməsini təshih etməyə,  günahkar olmaq fikrini, 

hissini aradan qaldırmağa yönəldilməlidir.  Psixoloq uşağın öz



640

gələcəyini daha nikbin təsəvvür etməsinə köməklik göstərə bilər

və göstərməlidir.  Bu dövrdə valideynlərlə də izahat xarakterli

söhbət aparmaq mümkündür və lazımdır.  Söhbət zamanı

valideynlərin uşağa

qarşı müvafiq şəkildə davranmaq

məsələsinə toxunmaq lazımdır.

İkinci tip ailələrdə böyüyən uşaqlarla əlaqədar psixolo-

qun aparacağı iş də düşünülmüş xarakter daşımalıdır. Burada da

nəzərə alınması zəruri olan cəhətlər çoxdur.  Adətən,  bu cür

ailələrdə uşaqdan bir növ qisas almaq silahı kimi istifadə olu-

nur.  Belə ki,  uşağın onunla olmayan valideynlə ünsiyyət

saxlamasına qəti imkan vermirlər. Bu isə uşağın nəinki ümumi

inkişafına, tərbiyəsinə, o cümlədən təlim fəaliyyətinə mənfi təsir

göstərir.

Bu cür ailə şəraitində olan uşaqlarla psixoloqun apardığı iş

onların yaş və cinsi xüsusiyyətlərini nəzərə almaq əsasında

qurulmalıdır.  Psixoloq bu zaman rollu treninqdən istifadə

etməklə uşağın evdə əldə edə bilmədiyi rolu mənimsəməsinə, 

ünsiyyət sahəsinin genişlənməsinə və özü üçün yaxın dost

seçməsinə nail olmalıdır.  Bu kimi hallarda uşağın yanında

qaldığı valideyni ilə məsləhət xarakterli iş aparılması

məqsədəuyğundur.

Üçüncü tip ailələrdə də uşağın inkişafı və sosiallaşması

üçün uyğun olmayan şərait yaranır.  Psixoloji tədqiqatlar

göstərmişdir ki,  həmin ailələrdəki şərait gizli,  həll olunmamış

münaqişələrin

ya



uyğun

şəkildə


həll

edilməyən

münaqişələrin olması ilə xarakterizə olunur. Bu cür münaqişələr

isə ailədəki münasibətlərin psixoloji strukturunu aradan qaldırır

ki,  bu da çox vaxt uşağın şəxsiyyətinin inkişafına mane olur. 

Onun şəxsiyyətində arzu olunmayan əlamət və keyfiyyətlər, 

uyğun olmayan özünüqiymətləndirmə formalaşır,  məktəbdəki

davranışına,  mənimsəməsinə,  sinif yoldaşları və müəllimlərlə

qarşılıqlı münasibətinə mənfi təsir göstərir.  Yenietməlik

dövründə bu daha aydın şəkildə təzahür edir.

Məktəb psixoloqu bu cür ailələri aşkara çıxarmaqla burada



641

böyüyən


uşaqlara

mümkün


olan

psixoloji

köməkliyi

göstərməlidir. Valideynlərlə müvafiq izahat işi aparmalı, onların

arasındakı münasibətin uşağın tərbiyəsinə nə kimi təsir

göstərməsini qeyd etməlidir.  Yeri gəldikcə həmin valideynlərə

müvafiq psixoloji məsləhətlər verməlidir.

Nəhayət,  dördüncü tip ailələrlə psixoloqun apardığı iş də

özünəməxsus xüsusiyyətə və əhəmiyyətə malikdir.  Bu cür

ailələrdə güc,  gobudluq,  alkoqolizm hökm sürə bilər.  Həmin

ailə mühiti nəinki uşaqlarda şəxsiyyətin ahəngdar inkişafına

şərait yaratmır, eyni zamanda məktəbin həmin sahədə apardığı

işi sıradan çıxarır. Belə ailələrdə böyüyən uşaqlarda ikili əxlaq,

mənəviyyat formalaşır.  Həmin uşaqlar qanunu pozmağa daha

çox meylli olurlar. Onlarda, adətən, şübhə, inamsızlıq, onu əhatə

edənlərlə mülayim şəxsi təmas yarada bilməmək, təcavüzkarlıq, 

zəifiradəlilik,  xüdbinlik və s.  kimi mənfi xarakter əlamətləri

formalaşır.

Məktəb   psixoloqunun   bu  cür   ailələrdən  gələn uşaqlarla

apardığı iş olduqca çətindir. Adətən, bu cür ailələr üçün qapalılıq,  

kənardan ona qarışmağa yol verməmək   xarakterik   haldır.   Bu-

na   baxmayaraq   həmin ailələr   və   onlardan   gələn uşaqlarla iş

aparılmalıdır.  Məktəbin,  məktəb psixoloqunun      vəzifəsi uşağı

tərbiyə etmək, onda mövcud olan qüsurları aradan qaldırmaqdan,  

onun    şəxsiyyətindəki    müsbət    cəhətləri möhkəmləndirməkdən

ibarətdir.  Bütün bu işləri həyata keçirərkən    psixoloq sinif

rəhbərinin,    ayrı-ayrı müəllimlərin,  valideyn komitəsinin,  şagird

təşkilatlarının köməyindən istifadə etməlidir. 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə