Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə25/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   191

78

Psixoloji ədəbiyyatda keçirilməyə aşağıdakı kimi tərif

vermişlər. Bir işin yerinə yetirilməsi və ya öyrənilməsi zamanı

onun ardınca gələn işlərdə müvəffəq nəticələr əldə olunursa, 

buna məsbət keçirilmə və ya proaktiv yüngülləşmə deyilir. Bu

yüngülləşmə anlayışı hər hansı bir konkret prosesi deyil, ancaq

fəaliyyətin effektivliyinin yüksəldilməsini nəzərdə tutur. 

Fəaliyyətin effektivliyi ya düzgün cavabların çoxalmasında, ya

səhvlərin azalmasında,  ya da cavabların sürətlə artmasında və

ya fəaliyyətin təkmilləşməsinin digər göstəricilərində ifadə

olunur.

1

Yuxarıda qeyd etdiyimiz kimi, yeninin keçmiş təcrübəyə



uyğun şəkildə qavranılması « vərdişlərin keçirilməsi» hadisəsi

adı altında qəbul edilmişdir. Psixoloji ədəbiyyatda göstərildiyi

kimi işin formalaşdığı şəraitdən ayrılması və onun yeni şəraitə, 

yeni obyektlərin üzərinə keçirilməsi uzaq nəticələr verən

mühüm hadisə kimi özünü göstərir.

Bir çox hallarda işin  bu cür keçirilməsi yeni tip məsələni

səhvsiz və sınaqsız,  müvəffəqiyyətlə həll etməyə imkan

yaradır. Cisim və hadisələrin mühüm əlamətlərə görə oxşarlıgı

burada mühüm əhəmiyyət kəsb edir.

Pedaqoji psixologiyada keçioilmə problemi mərkəzi

problemlərdən birini təşkil edir.  Mənimsənilmiş işlərin yeni

məsələlərin üzərinə düzgün və məvəffəqiyyətlə keçirilməsinə

nail olmaq yeni fəaliyyət növünü sürətlə və minimum səhvlərlə

mənimsəmək deməkdir.  İnsanda

mənimsənilmiş

işlərin


keçirilməsi halları nə qədər geniş olarsa o,  bir o qədər çox

öyrənir,  onun öyrənilməsinin nəticəsi bir o qədər məhsuldar

olur; insan fəaliyyəti üçün onlar bir o qədər səmərəli olur.

Məsələn,  bir musiqi alətində çalmaq vərdişlərinə

yiyələnən adam digər musiqi alətində çalmağı asanlıqla

öyrənir.  Eyni fikri dillərin mənimsənilməsinə də aid etmək

                                                

1

Фресс П., Пиаже Ж. Экспериментальная психология. Вып. 4, -  М. 

1973, с.140



79

olar.


Bu nöqteyi nəzərdən    dillərin qarşılıqlı təsirində

keçirilmə hadisəsinin yerini və xüsusiyyətlərini aşkara

çıxarmaq mühüm praktik əhəmiyyət daşıyır.

Psixoloji tədqiqatlardan məlum olduğu kimi,  ana dili

həmişə ikinci dil faktlarını mənimsəmək üçün əsas, ikinci dildə

hadisələrin mahiyyətini anlamaq üçün özünəməxsus açar

rolunu olnayır. Üçüncü və sonrakı dillərin mənimsənilməsində  

də eyni qanunauygunluq özünü göstərir.  Bu zaman əvvəl

mənimsənilmiş dillər sırasının mənimsənilməsində də müsbət

təsirini göstərir.

Məhz

buna


görə

də,  həmin

sahədə

aparılmış



tədqiqatlardan göründüyü kimi ikinci və sonrakı dillər əvvəl

mənimsənilmiş dillərin sistemi bazasında,  başqa sözlə həmin

dillər üzrə bilik,  bacarıq və vərdişlərin aydın və ya gizli

fonunda mənimsənilir.  Öyrənilən dillə əvvəl mənimsənilmiş

dillər bir-biri ilə sıx kontaktda olur və bu zaman müsbət

keçirilmə hadisəsi,  yaxud dilçilərin qeyd etdiyi kimi,  əvvəl

mənimsənilmiş dillər (o cümlədən ana dili)  üzrə bacarıq və

vərdişlərin öyrənilən sonrakı dildə oxşar hallarda transpozisiya

hadisəsi baş verir.

Bacarıq və vərdişlərin keçirilməsi hadisəsi « bacarıqların

keçirilməsinin, daha doğrusu,  koordinasiyanın keçirilməsinin

ümumi


qanunauygunluqlarına

əsaslanır. 

Bu

zaman


korreksiyanın dərk olunması və avtomatlaşması bacarıqda

düzəlişlər aparılması,  bacarıgı yenidən yaratmaga nisbətən

sərfəlidir.

Məhz buna görə də ikinci dilin öyrənilməsi zamanı

keçirilmənin bu xüsusiyyəti nəzərə alınır. Əks halda keçirilmə

yanlış xarakter daşıyır,  dilin mənimsənilməsi qüsurlu olur. 

Psixoloqların apardıqları müşahidələr göstərmişdir ki,  dili

öyrənənlər keçirilməni düzgün prinsiplər üzrə aparmadıqda ya

səhv ümumiləşdirməyə,  ya da interferensiya hadisəsinə rast

gəlirlər. Bu isə mənimsəmənin səmərəliliyini aşağı salır. 




80

Psixoloqların apardıqları    müşahidələr göstərmişdir ki, 

kontaktda olan dillərdə qrammatik,  struktur və dil faktları nə

qədər çox oxşar olarsa,  keçirilmə hadisəsi də bir o qədər çox

özünü göstərmə imkanına malik olur.

Psixoloji tədqiqatlar göstərmişdir ki,  keçirilmənin

səmərəliliyi

statistik

deyil,  dinamik

xarakter


daşıyır. 

Keçirilmənin səmərəliliyi bir-birinə təsir edən hadisələrin

zaman intervalından asılıdır.  Məhz buna görə də sonrakı dilə

təsir edən əvvəlki dil üzrə bilik,  bacarıq və vərdişlərin əldə

edildiyi vaxt,  onların mənimsəmə səviyyəsi həlledici rol

oynayır.  Təcrübə göstərir ki,  əvvəl mənimsənilmiş dil üzrə, 

onun əlamət və prinsipləri üzrə bilik,  bacarıq və vərdişlər nə

qədər çox möhkəmlənərsə, onların yenicə öyrənilən dilə təsiri

bir o qədər çox olur.  Nəticədə bu və ya digər oxşar hallara

müvafiq olaraq əvvəl mənimsənilmiş dilin həm əlamətləri, həm

də prinsipləri öyrənilən dilə də şamil edilməyə başlayır.

Psixoloqlar sübut edirlər ki,  dil keçirmələri ən çox



sonradan yaranan və reseptiv ikidillilik və ya çoxdillilik

şəraitində özünü göstərir.  Burada daha çox əvvəlki dilin, 

xüsusilə ana dilinin sonrakı dilin mənimsənilməsinə müsbət

təsiri, keçirilməsi halları baş verir. 

Psixoloji tədqiqatlar (M.Həmzəyev)  göstərmişdir ki, 

dillərarası keçirilmə hadisəsi    iki səviyyədə baş verə bilir:  a



generalizasiya səviyyəsində keçirilmə; b)  fərqləndirmə

səviyyəsində keçirilmə. 

1

Bu

səviyyələrin



ümumi

mahiyyəti

aşagıdakından

ibarətdir.  Adətən,  keçirilmə oxşarlıq əlamətlərinə görə, 

aparıldıgına görə buradakı ümumiləşdirmənin rolu şübhəsizdir. 

Lakin ümumiləşdirmə həmişə tələb olunan səviyyədə vaş

vermir.

Psixoloji tədqiqatlar artıq sübut etmişdir ki,  bəzən



                                                

1

Щямзяйев М.Я. Шаэирдлярин дüзэüн йазы вярдишляриня 

йийялянмя хüсусиййятляри. – Бакы, 1984.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə