Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə27/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   191

84

Psixoloji tədqiqatlar göstərmişdir ki,  fərqləndirmə



səviyyəsində keçirilməyə gəldikdə,  bu əvvəlki səviyyədən bir

çox cəhətlərinə görə fərqlənir. Əvvəla,  bu cür keçirilmə dili

nisbətən sonra,  öyrənən adamın faktları mühüm əlamətlərinə

görə fərqləndirməyə başladığı dövrdə özünü göstərir.  Məhz

buna görə də həmin səviyyədə keçirilmə hadisəsi daha məntiqi

və dərk edilmiş olur.  Bu zaman istər əlamətlərin,  istərsə də

prinsiplərin keçirilməsi məntiqi xarakter daşıyır.  Keçirilmədə

onlar faktların mühüm əlamətlərinə istinad etdiklərinə görə bu

cür keçirilmə həmişə müsbət xarakter daşıyır,  insanın yeni

fəaliyyət sahəsində düzgün bilik,  bacarıq və vərdişlərə

yiyələnməsini asanlaşdırır.

Vərdişlərin qarşılıqlı təsirində interferensiya hadisəsi

Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir ki,  insan hər

hansı bir yeni vərdişə yiyələnərkən istər-istəməz belə bir

qanunauygunluqla qarşılaşır:  yeni məsələ ilə rastlaşan insan

fəaliyyət zamanı artıq onda yaranmış,  formalaşmış olan

priyomlardan istifadə etməyə çalışır.  Bu zaman insan artıq

əvvəllər oxşar məsələlərin həllində tətbiq etdiyi priyomları yeni

məsələnin

həlli

prosesinə



keçirir.  Burada

fəaliyyət

priyomlarının keçirilməsinin məvəffəqiyyəti öz həlli üsulları

nöqteyi-nəzərindən həmin məsələlərin oxşarlığının nə qədər

düzgün qiymətləndirilməsindən asılıdır.  Məhz buna görə də

həmin işlərin məqsədləri və obyektləri insan tərəfindən oxşar

kimi qavranıldıqda, lakin həmin işlərin icra, nəzarət və mərkəzi

tənzimolunma

üsulları

fərqləndikdə

vərdişlərin

mənfi

keçirilməsi və ya interferensiya hadisəsi baş verir. 

Burada vərdişlərin mənfi qarşılıqlı təsiri onda ifadə

olunur ki,  əvvəl yaranmış vərdişlər yeni vərdişin yaranmasını

çətinləşdirir və ya onun səmərəliliyini aşağı salır. Məsələn, kiril

əlifbası ilə yazı vərdişlərinə yiyələnmiş adam birdən birə latın

əlifbası ilə (latın qrafiki)  yazmağa başladıqda ciddi çətinliklə

qarşılaşır.

Bu cür ləngimənin və ya interferensiyanın baş verməsinin




85

əsas səbəbi əvvəl yaranmış vərdişin fəaliyyətə başlamasını

təhrik edən assosiasiyadan irəli gəlir. Bu o deməkdir ki, əgər A

qıcıqlandırıcı və B reaksiyası arasında möhkəm şərti refleks-

assosiasiya yaranmış olarsa,  onda həmin A qıcıqlandırıcı ilə

yeni    B hərəki reaksiyası arasında assosiasiyanın yaranması

çətinləşəcəkdir. Bu zaman assosiativ ləngimə və ya

interferensiya özünü göstərəcəkdir. 

Psixoloji ədəbiyyatlarda interferensiyanın başqa növünün

də mövcud olduğu göstərilir. Psixoloqlar belə hesab edirlər ki, 

yeni vərdiş bu və ya digər şəkildə yarana və möhkəmlənə bilər. 

Lakin,  hər halda,  həmin yeni vərdişin tətbiqi lazım gəldikdə

onun tətbiqinin ya ləngiməsi baş  verə bilər, ya da yeni vərdişin

əvəzinə əvvəl yaranmış,  indiki halda lazım olmayan vərdiş

özünü göstərə bilər.  Bu zaman bir növ interferensiya

reproduktiv ləngimə şəklində özünü göstərir. 

İnterferensiya hadisəsinə pedaqoji təcrübədə,  şagird və

tələbələrin fəaliyyətində tez-tez rast gəlmək olur. Bu baxımdan

dillərin mənimsənilməsində,  yazı

və oxu

vərdişlərinə



yiyələnmə prosesində interferensiya hadisəsinə tez-tez özünü

göstərir.

Aparılmış tədqiqatlar şagirdlərin düzgün yazı vərdişlərinə

yiyələnməsi zamanı reproduktiv ləngimənin təsirinə məruz

qaldıqlarını göstərmişdir.  Belə ki,  hər hansı bir orfoqrafik

qaydaya aid şagirdlərdə yaranmış vərdiş digərinə mənfi təsir

göstərir.  Şagird əvvəlki vərdişin təsiri altında səhvə yol verir. 

Məsələn,  o,  sözləri ayrılıqda yazmaq vərdişinə yiyələnir. 

Həmin söz başqa bir sözlə birləşərək mürəkkəb söz əmələ

gətirdikdə və bitişik yazılmalı olduqda çox vaxt şagird əvvəlki

vərdişin təsiri altında hərəkət edir.  Deməli,  bu zaman əvvəl

öyrəndiyimiz biliklər yada salınır,  reproduksiya olunur. 

Adətən, reproduktiv ləngimə aşağıdakı iki halda baş verir:

a) A-ya aid təsəvvür (və ya iş) həm B-yə aid təsəvvürlə

(işlə),  həm də V-yə aid təsəvvürlə (işlə)  əlaqədar olduqda;  b) 

A-nı yerinə yetirərkən şagirddə onlarla baglı olan təsəvvürləri




86

(iş)  reproduksiya etməyə ustanovka mövcud olduqda.  Hər iki

hal ayrı-ayrı orfoqrafik qaydaların mənimsənilməsi zamanı bu

və ya digər şəkildə özünü göstərir.  Məhz buna görə şagirdlər

yazıda səhvə yol verirlər. Lakin bu hal təkcə vərdişin qarşılıqlı

təsiri kimi deyil,  hafizənin qanunauyğunluğu kimi də özünü

göstərir.  Çox vaxt şagirdlərin indi keçdikləri qayda əvvəl

keçdiklərinə və əksinə,  əvvəl keçdikləri qayda hal-hazırda

keçdiklərinə ləngidici təsir göstərir.  Adətən,  bu hal ən çox

mənimsəmənin ilk mərhələsində özünü göstərir.  Bu cür hal

psixologiyada      retroaktiv və proaktiv ləngimə kimi qeyd

olunur.  Bəzən belə hal müəllimləri təəccübləndirir.  Şagird

öyrəndiyi qaydanı çox gözəl izah edir,  qaydanı yazıya tətbiq

etməyi də bacarır. Lakin bundan sonra yeni bir qayda keçərkən

buna aid yenicə yaranan müvəqqəti əlaqələrin təsiri altında

əvvəlkinə aid səhvlərə yol verməyə başlayır.  Bu cür halda

retroaktiv ləngimə özünü göstərir.

Aparılmış psixoloji tədqiqatlar göstərmişdir ki,  dillərin

mənimsənilməsi zamanı təkcə bir dilin daxilində deyil

(dildaxili interferensiya) dillərin qarşılıqlı təsiri nəticəsində

onların arasında da interferensiya hadisəsi baş verə bilir ki, 

buna dillərarası interferensiya adlandırırlar.

Dillərarası interferensiya hadisəsi bütün dil aspektlərində

özünü göstərməklə fonetik,  leksik və qrammatik xarakter

daşıyır.  Dillərarası interferensiyanın nəzəri

cəlb


edən

formalarından

biri

fonetik


interferensiyadır.  Bu

cür


interferensiya baş verdikdə sonrakı dilin tələffüzündə əvvəl

mənimsənilmiş dilin təsirindən irəli gələn uyğunsuzluqlar, qü-

surlar özünü göstərir. 

Məlum olduğu kimi,  dillərarası fonetik interferensiya

kontaktda

olan


dillərin

səs


intonasiya

fərqinin

gözlənilməməsi nəticəsində baş verir.  Belə ki,  çoxdillilik

ünsiyyət şəraitində interferensiyaya ən çox nitq səsləri məruz

qalır. Lakin ana dili ilə öyrənilən ikinci dilin prosedik sistemini

tutuşdurduqda

məlum


olur

ki,  ana


dilinin

prosedik



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə