Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə28/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   191

87

xüsusiyyətləri xarici dillərin tələffüz normalarına ciddi təsir

göstərir və nəticədə bir sıra interferensiya tipli səhvlər ortaya

çıxır.  Azərbaycan dilinin prosedik xüsusiyyətlərindən irəli

gələn interferensiya tipli səhvləri əsasən aşağıdakı şəkildə

qruplaşdırmaq olar:

1. söz

vurğusunun



təbiətindən,  lokallığından

dərəcəsindən irəli gələn səhvlər: 



a) söz daxilində vurğusuz mövqedə saitlərin kompressiya

dərəcəsinin azalması;

b)  barabərsəviyyəli və ikinci dərəcəli vurğunun

zəifləməsi, yaxud tamamilə düşməsi;

v)  sözlərin sonunun nisbətən qüvvətli tələffüz edilməsi

meyli.


2. Cümlə vurğusunun  təbiətindən və distribusiyasından

irəli gələn səhvlər:

a)  köməkçi nitq hissələrində saitlərin kompressiya

dərəcəsinin azalması qüvvətli tələffüz edilməsı; 

b) ritmik qrupların sonunda əvvəlkinə nisbətən tələffüzün

dəyişməsi;

v)  Azərbaycan dilinə məxsus zəif aksentuasiyaya uygun

nitqin ucalığının azalması;

q)  xarici nitqə məxsus aydın,  dəqiq,  vurğulu-vurğusuz

ritm tipi, ahəstə uzadılmış heca ritm tipi ilə əvəz edilməsi.

3. Azərbaycan dilinin zəif aksentuasiyası nitqin tipinə, 

nüvə tonları, şkalaların tonal səviyyəsinə və istiqamətinə ciddi

təsir edir və s.

Çoxdillilik

şəraitində

təmasda


olan

dillərin


mənimsənilməsində

fonetik


interferensiya

ilə


yanaşı

qrammatik

interferensiya da özünü

göstərir.  Fonetik

interferensiyada olduğu kimi,  burada da əvvəl mənimsənilmiş

dil,  onun qrammatik quruluşu barədə yaranmış vərdişlər

sonrakı dilin qrammatikasını mənimsəməyə mənfi təsir

göstərir.  Belə ki,  əvvəlki dilin sonrakı dilə xas olmayan

cəhətlərinin burada əks olunması baş verir. 



88

Qrammatik interferensiya özünü o zaman daha qabarıq

şəkildə göstərir ki,  öyrənilən dildə ifadə edilməli olan

qrammatik məna ana dilində olmasın və yaxud başqa şəkildə

ifadə edilmiş olsun. 

Qrammatik interferensiya ən çox ikinci və sonrakı dilləri

öyrənənlərin cümlələri ana dili normalarına uyğun qurmağa

cəhd göstərdikləri zaman təzahür edir. Bu zaman iki dil

sisteminin qarşılıqlı təsiri ilə bağlı tipik səhvlər meydana gəlir

(köməkçi fellərin buraxılması, ön şəkilçilərin buraxılması və ya

əvəz olunması, cümlədə sözlərin sırasını pozmaq və s.)

Dillərin qarşılıqlı təsirində daha qabarıq şəkildə leksik



interferensiya özünü göstərir.

Faktlardan aydın olur ki, dilin leksik səviyyəsində özünü

göstərən dillərarası interferensiya ikinci dili öyrənən adamın

şüurunda iki dilin uyğun gəlməyən leksik mənalarını

eyniləşdirmək nəticəsində baş verə bilir. Ona görə də artıq belə

bir fakt mübahisə doğurmur ki, ikinci dilin öyrənilməsi zamanı

ana dilinin leksik-semantik,  qrammatik sistemi ciddi şəkildə

nəzərə alınmalıdır.

Mənanın eyniləşdirilməsindən irəli gələn interferensiya

hadisəsinin

xüsusiyyətlərini

aşkara


çıxarmaq

bir


çox

tədqiqatçıların diqqətini cəlb etmişdir.  Bunlardan psixoloji

aspektdə aparılan işə N.V.İmedadzenin tədqiqatını aid etmək

olar. 


N.V.İmedadze orta məktəbin yuxarı sinif şagirdləri

üzərində apardığı tədqiqat işlərinin birində məhz «mənanı

eyniləşdirmənin»  leksik interferensiya üçün əsas olduğunu

aydınlaşdırmışdır.

N.V.İmedadze «mənanı eyniləşdirmənin»  iki formada

getdiyini aşkara çıxarmışdır.

Birinci halda ana dilindəki çoxmənalı sözlərin təsir

altında ikinci dildə səhvlər meydana gəlir. Şagirdlərə belə gəlir

ki,  əgər ana dilində eyni sözlə müxtəlif mənaları ifadə etmək

mümkündürsə , deməli öyrənilən dildə də həmin yolla getmək




89

olar.  Bununla əlaqədar baş verən səhvləri N.İmedadze nitq



səviyyəsində leksik interferensiya hadisəsinə aid etmişdir. 

Müəllifin fikrincə bu cür interferensiyanın qarşısını almaq üçün

qavrayış zamanı ana dilindəki çoxmənalı sözlərin müxtəlif

mənalarını fərqləndirməyi təmin etmək lazımdır.  Ona görə də

burada ana dili ilə ikinci dildə qarışdırılan sözlərin

müqayisəsini verməyə və ana dilinə istinad etməyi zəruri hesab

etmişdir. 

N.İmedadze

müəyyənləşdirmişdir

ki,  ikinci

dilin

semantik quruluşunun ana dili quruluşu ilə əvəz edilməsi



zamanı özünü göstərən ikinci tip çətinlik o zaman meydana

gəlir ki,  öyrənilən ikinci dildə ana dilinə nisbətən hadisələri

ifadə edən simvollar daha çox olsun.  Müəllif bu cür çətinliyi

daha mürəkkəb çətinlik hesab edir və onu dekotatlar

səviyyəsində leksik interferensiya adlandırır.  İkinci dilin

mənimsənilməsi zamanı bununla əlaqədar səhvlər daha çox

yayılmış olur. Buradakı çətinlik ikinci dildə bir neçə korrelyatı

olan ana dili sözünün dekotatları dəqiq, fərqləndirilmiş şəkildə

qavramamaqdan irəli gəlir. Bu zaman ana dilinə və onun deko-

tatlar sisteminə istinad etmək imkanı aradan çıxır. Ona görə də

müəllif belə bir fikrə gəlir ki,  dekotatlar səviyyəsində leksik

interferensiyanı aradan qaldırmaq üçün gerçəkliyi gerçək

münasibətləri yeni yolla əks etdirməyin mənimsənilməsinə

diqqət yetirmək lazımdır.



Bacarıqlar. Fəaliyyətin mənimsənilməsi zamanı vərdiş-

lərlə yanaşı bacarıqlar da formalaşır.

Bacarıqlar – qarşıya qoyulmuş məqsədə müvafiq olaraq

iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud

bilik və vərdişlərdən istifadə olunmasıdır.  Bacarıq yarandıqda

insan qarşıda duran məsələnin həllində lazım olan yolları və

əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün

zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiş olur. 

Bacarıqların formalaşması biliklərə daxil olan məlumatların

işlənməsi ilə bağlı olan əməliyyatların,  bu məlumatın aşkara




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə