Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə29/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   191

90

çıxarılması,  həmin məlumatın hərəkətlərlə müqayisəsi və ona

aid edilməsi əməliyyatlarının bütün sisteminə yiyələnməkdir.

İnsanın bacarığa yiyələnməsi müxtəlif yollarla həyata

keçirilə bilər. Psixoloqlar bunlardan ikisini xüsusi olaraq qeyd

edirlər.  Birinci yolda öyrənən,  fəaliyyyəti mənimsəyən adam

zəruri biliklərə malik olur.  Onun qarşısında həmin bilikləri

lazım olan yerdə səmərəli tətbiq etmək vəzifəsi qoyulur. İnsan

fəaliyyətinin müvafiq istiqamətlərini,  məlumatları işləmək

yollarını və priyomlarını səhv və sınaq yolu ilə aşkara

çıxarmaqla bu vəzifənin həllinə çalışır.  Mütəxəssislər az

səmərəli olmasına baxmayaraq bu yolun hazırda təlimdə geniş

yayılmış yol oldugunu göstərirlər.  İkinci yol,  şagirdlərin

bilikləri tətbiq etməsi üçün zəruri olan psixi fəaliyyətini

müəllimin idarə etməsindən ibarət olan yoldur.  Bu zaman

müəllim şagirdləri lazım olan əlamətləri və əməliyyatları

seçmək istiqamətləri ilə tanış edir, qarşıya qoyulmuş məsələni

həll etmək üçün şagirdlərin aldıqları məlumatları işləmək və

onlardan istifadə etmək sahəsindəki fəaliyyətlərini təşkil edir. 

Bu yol hazırda pedaqoji psixologiyada səmərəli şəkildə işlənən

yoldur.  Bacarıqlara yiyələnmənin səmərəliliyini təmin edən

ümumi şərtlərə a)  şagirdin ümumiləşmiş qaydanı anlaması və

b) yeni məsələnin həlli prosesindəki əks əlaqə daxildir.

Vərdişlərdən fərqli olaraq bacarıqlar həmişə fəal əqli

fəaliyyətə əsaslanır və mütləq təfəkkürü həmin fəaliyyətə daxil

edir.  Zəruri əqli nəzarət bacarıqları vərdişlərdən fərqləndirən

başlıca cəhətdir. 

Adətlərə gəldikdə,  o da vərdişlər kimi işin, hərəkətlərin

icrasının avtomatlaşmasıdır.  Lakin vərdişlərdən fərqli olaraq

adət yarandıqda həmin iş və ya hərəkətin icrası insanın

tələbatına çevrilir.  İnsan daima özünün həmin tələbatını

ödəməyə can atır. Məsələn, insanda oxu vərdişi yarandıqda o, 

çətinlik çəkmədən götürdüyü kitabı səhvsiz və sürətlə oxuya

bilir,  lakin bu işi yalnız lazım olduqda həyata keçirir.  Adətdə

isə belə deyildir. Məsələn, hər gün yatağa uzanmaqdan qabaq




91

kitab oxumağa adət etmiş adam bu işi görmədən yata bilmir. 

Yaxud,  həmişə bayırdan gəldikdə və ya yeməkdən qabaq

əllərini yumağa adət etmiş adam buna əməl etməyə bilmir. 

Vərdişlər şüurlu təkrarlar – mümarisələr sayəsində

yaranır.  Adətlər isə bəzən bu cür şüurlu təkrarlar olmadan da

yarana bilir.  Məsələn,  şagird dərsdə yerindən danışmağı

qarşısına məqsəd qoymur. Təsadüfən bir neçə dəfə yerindən

danışır və nəticədə danışqanlığa adət edir.

Həyati faktlardan aydın olur ki,  insanın yiyələndiyi

düzgün vərdiş əgər xeyirli deyildirsə o qədər ziyanı da olmur. 

Lakin insanda formalaşan adət həm xeyirli, həm də ziyanlı ola

bilər.  Məsələn,  böyük gələndə ayağa qalxmaq,  başqasının

sözünü kəsməmək xeyirli (faydalı), müsbət adət olduğu halda, 

böyüyə qarşı, laqeydlik, gobudluq, dərsdə yerindən söz atmaq

və s. ziyanlı, mənfi adətdir.



      II.3.5.  Fəaliyyətin əsas növləri

İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun məxtəlif və

çoxsaylı olduğunu görürük.  Adətən insanlar həyatları boyu öz

tələbatlarını ödəmək üçün məxtəlif fəaliyyət növlərindən

istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyişkən, digərləri isə

uzun müddətli,  insanın bütün həyatı boyu onun tələbatlarını

ödəyəcək fəaliyyət kimi özünü göstərir.  Demək olar ki, 

istisnasız olaraq bütün insanların hamısı üçün xas olan

fəaliyyət növlərini əsas fəaliyyət növləri adlandırırlar.  İnsanın

bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə



oyun,  təlim və əmək fəaliyyətini aid edirlər.  Fəaliyyətin bu

növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, 

digərləri isə köməkçi,  yardımçı fəaliyyət kimi özünü göstərir. 

Belə ki,  məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət  

növü hesab olunur.  Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən

oyunun köməyi ilə ödəyirlər.  Bununla yanaşı olaraq həmin




92

dövrdə uşaqlar həm öyrənir,  həm də sadə özünəxidmət

əməyindən istifadə edirlər.  Məktəb yaşı dövründə aparıcı

fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyun-

dan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adam-

lar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə

adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər. 

Oyun,  təlim və əməklə yanaşı olaraq psixoloji

ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. 

Həqiqətən həyatının bütün dövrlərində insanlar ünsiyyətə

hədsiz tələbat hiss edir, bir-biriləri ilə informasiya mübadiləsi, 

qarşılıqlı təsir və bir-birini qavrama,  anlama prosesini həyata

keçirirlər.  Sonrakı fəsildə ünsiyyətdən geniş bəhs olunduğuna

görə burada oyun,  təlim və əmək fəaliyyətinin psixoloji

xüsusiyyətləri və onların insanın psixi inkişafında rolunu

qısaca nəzərdən keçirək. 

Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir

maddi və mənəvi məhsul əldə edilmir (yaşlıların və uşaqların

işgüzar və quraşdırma oyunlarından başqa).  Oyun ən çox

əyləncə xarakteri daşıyır,  istirahət məqsədi güdür.  Oyunun

məqsədi «fəaliyyətin»  köməyi ilə əldə ediləcək praktik

nəticələr deyil, yerinə yetiriləcək «fəaliyyətin» özü olur. 

Oyunun

müxtəlif


tipləri

mövcuddur. 

Bunlara

aşağıdakıları aid etmək olar: əşyavi və süjetli, hərəki və didak-



tik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s. 

Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir

əşyanı daxil etməsi ilə bağlıdır.  Əşyalarla əlaqədar olaraq

aparılan oyunlar insanların həmin şeylərə münasibətləri ilə

bağlı funksiyaları kimi çıxış etməyə başlayır.  Süjetli oyunlar

müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin

əsas detalları əks etdirilir. Bağça yaşının sonunda uşaqlarda so-

sial təcrübənin genişlənməsi süjetli oyunların məzmununun

genişlənməsinə səbəb olur.  Nəticədə tədricən oyunun

məzmunu praktik işləri təkrar etməkdən insanların əlaqələrinin

təsvirinə keçir. Hərəki oyunlar bilavasitə hərəkətlərlə icra olu-



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə