Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə32/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   191

100

motivasiya və emosianal vəziyyəti haqqında məlumat təşkil

edə bilər.  Bu zaman insanlar bir-birinə mövcud tələbatları, 

emosional vəziyyətləri (razılıq,  narazılıq,  sevinc,  kədər,  qəm, 

əzab və s.)  haqqında məlumatları çatdırır ki,  bu cür informa-

siyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası

tənzim rolunu oynaya bilər.

Ünsiyyətin məzmunu ətraf mühit,  orada baş verən

hadisələr haqqında məlumatlardan da ibarət ola bilər.  Bu za-

man ünsiyyətdə olan insanlar bir-birlərinə mövcud təhlükə, 

həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə

bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə,  insanda müvafiq

fəallığın nə üçün,  nəyin xatirinə həyata keçirilməsindən

ibarətdir.  Bu baxımdan insanların ünsiyyətə girməsinin

məqsədi geniş və çox sahəlidir.  İnsanların ünsiyyətə girmə

məqsədinə onların dünya,  təlim və tərbiyə,  şəxsi və işgüzar

qarşılıqlı əlaqələrin yaradılması və s.  haqqında obyektiv

məlumatın

verilməsi

ya



alınmasını

daxil


edirlər

(R.S.Nemov).

İnsanda ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən

informasiyaların kodlaşdırılmasında,  ötürülməsində,  işləmə və

açılmasında özünü göstərir.

İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan

digərinə ötürülmə tərzindən ibarətdir.  İnformasiya insanlar

tərəfindən müəyyən məsafədən,  hiss üzvləri vasitəsilə ötürülə

və qavranıla bilir.  İnsanda dil və başqa işarələr sistemi

vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir.



Ünsiyyətin növləri.  Ünsiyyət çoxcəhətli,  çoxplanlı bir

prosesdir.  Onun özünəməxsus növləri də vardır.  Hər şeydən

əvvəl,  psixoloji

ədəbiyyatda

məzmunu,  məqsədi

vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olu-



nur.

Məzmunundan   asılı olaraq ünsiyyətin  aşağıdakı növlə-

rini göstərə bilərik:    maddi ünsiyyət (əşyalar və fəaliyyət

məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik




101

mübadiləsi); kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin

mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin,  motivlərin, 

maraqların,  tələbatların mübadiləsi); işgüzar fəaliyyətlə bağlı

ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi).

Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin bioloji və

sosial növlərini qeyd edirlər.  Bioloji ünsiyyət orqanizmi

mühafizə etmək,  qorumaq,  saxlamaq və inkişaf        etdirməklə

bağlı ünsiyyətdir. Sosial ünsiyyətə gəldikdə o, şəxsiyyətlərarası

təması,  münasibətləri yaratmaq və inkişaf etdirmək,  fərdin

şəxsi

yüksəlişini



genişləndirmək

möhkəmləndirmək



məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq  vasitəsiz

və vasitəli növlərini qeyd etmək olar.

Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olma-

dan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini

bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur. 

Vasitəli ünsiyyətə gəldikdə o,  vasitəçilərin köməyi ilə

həyata keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar za-

man və məkanca bir-birlərindən təcrid olunduqda vasitəli

ünsiyyət özünə yer edir.  Bu zaman ünsiyyət aləti kimi part-

nyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən  

istifadə

olunur.  Bunlara

əşyaları,  qeydləri,  kitabları, 

mədəniyyət obyektlərini,  vasitəçilik edən üçüncü şəxsi, 

mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, 

kompyüteri və s.  aid etmək olar.  Elmi-texniki tərəqqi bu cür

vasitələrin daha mütərəqqi formalarının aşkara çıxmasına səbəb

olmuşdur.  Məsələn,  qlobal internet sistemi istədiyin adamla

əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları əldə

etmək üçün ünsiyyətə girməyə imkan verir.  Müasir texniki

ünsiyyət vasitələri ictimai həyatın bir çox sahələrində müvafiq

məsələləri daha səmərəli şəkildə həll etmək imkanı yaradır.

Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal 

qeyri verbal növləri xüsusilə diqqəti cəlb edir (bunlar barədə

sonrakı bölmədə bəhs olunacaqdır).   




102

Ünsiyyətin funksiyaları. Ünsiyyət bir sıra mühüm

funksiyaları həyata keçirir.  Psixoloji ədəbiyyatda ünsiyyətin

funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər.  L.A.Kar-

penko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd

etmişdir:

1

1. Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiy-



yətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı

əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.

2. İnformasiya funksiyasıBu funksiyanın məqsədi mə-

lumat mübadiləsindən, daha doğrusu, sorğuya qarşı fikir

mübadiləsindən ibarətdir.

3. Təhrikedici funksiya.  Bu funksiyanın məqsədi

ünsiyyət tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə

bağlı fəallığa yönəltməkdən ibarətdir.

4. Əlaqələndirmə funksiyasıBu funksiyanın məqsədi

birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin

qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir. 

5. Anlama funksiyası.  Bu funksiyanın məqsədi təkcə

məlumatın mənasının adekvat qavranılması və anlaşılması

deyil, 


tərəf

müqabillərin

bir-birini

(məqsədlərini, 

yönəlişliklərini,

həyəcanlarını, 

vəziyyətlərini

s.) 



anlamalarından  ibarətdir. 

6. Amotiv funksiya.  Bu funksiyanın məqsədi tərəf

müqabilində emosional təəssürat yaratmaq,  eyni zamanda bu-

nun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən

ibarətdir («emosiyaların mübadiləsi»).

7. Münasibətlərin



yaradılması

funksiyası

Bu

funksiyanın məqsədi rol,  işgüzar,  şəxsiyyətlərarası əlaqələr



sistemində özünün yerini dərk etməkdən ibarətdir.

8. Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi

tərəf müqabilinin vəziyyətini,  davranışını,  eləcə də onun

niyyətini,  fikrini,  təsəvvürünü,  tələbatlarını,  fəallığını və s. 

                                                

1

Психология. Словарь. – М. 1990,  с.244-245.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə