103
dəyişdirməkdən ibarətdir.
Ünsiyyət sahəsində tədqiqat aparmış digər psixoloqlar da
onun funksiyalarını ətraflı şərh etmişlər. Bu baxımdan
B.F.Lomovun irəli sürdüyü fikirlər xüsusilə diqqəti cəlb edir
1
.
B.F.Lomov ünsiyyətin funksiyalarını üç qrupda birləşdirir:
məlumati - kommunikativ, tənzimedici- kommunikativ, affek-
tiv- kommunikativ.
Göründüyü kimi, B.F.Lomova görə ünsiyyət birinci
növbədə məlumatın, informasiyanın verilməsi və qəbul
olunması vəzifəsini, başqa sözlə informasiya mübadiləsi funk-
siyasını yerinə yetirir. Məhz buna görə də, təsadüfi de- yildir
ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri
kimi qəbul edirlər.
Lakin ünsiyyət zamanı insanlar yalnız informasiya
mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda bu prosesdə
davranışın qarşılıqlı tənziminə də təsir göstərirlər. Bunun isə
əhəmiyyəti öz-özünə aydındır. Ünsiyyət bu funksiyanı yerinə
yetirməklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin
yaranmasına, qarşılıqlı münasibətləri tənzim etməyə xidmət
edir.
Ünsiyyətin
affektiv-kommunikativ
funksiyasının
əhəmiyyəti də az deyildir. Bu funksiya insanların emosional
sferasına aid olub, onlarda emosional vəziyyətin determinantı,
şərti kimi özünü göstərir.
Ünsiyyət çoxcəhətli, çoxplanlı proses olduğuna görə onun
digər özünəməxsus funksiyalarından da söhbət açmaq olar.
Ünsiyyətin bu cür mühüm funksiyalarına birgə fəaliyyəti təşkil
etmək, insanların
bir-birlərini, qarşılıqlı
münasibətləri
formalaşdırmaq və inkişaf etdirmək və s. funksiyalarını aid
etmək olar.
Ünsiyyət
və
fəaliyyətin
vəhdəti.
Ünsiyyət
1
Ломов Б.Ф. Методологические и теоретические проблемы
психологии. – М., 1984, с. 258-275
104
psixologiyasında mütəxəssislərin diqqətini cəlb edən əsas,
prinsipial məsələlərdən biri ünsiyyətlə fəaliyyətin vəhdəti
məsələsidir. Lakin bu məsələyə psixoloqların yanaşma tərzi
müxtəlifdir.
Qərb
ölkələrinin
bir
sıra
psixoloji
konsepsiyalarında ünsiyyət və fəaliyyət bir-birinə qarşı qoyu-
lur. Bu konsepsiyalarda ünsiyyət amili davranışın determinantı,
şərti kimi qəbul olunsa da, bu zaman fəaliyyətin dəyişdirici ro-
lu nəzərə alınmır. Burada sosial proses mənəvi nitq ünsiyyəti
prosesi kimi götürülür. Məhz buna görə də A.N.Leontyevin
fikrincə bu kimi hallarda fərd praktik şəkildə fəaliyyət göstərən
varlıqdan ünsiyyətə girən varlıq kimi qəbul olunur.
Bunun əksinə olaraq bəzi psixoloqların fikrincə ünsiyyət
və fəaliyyət vəhdət təşkil edir. Belə bir nəticə məntiqi olaraq
ünsiyyətin real insan münasibəti kimi başa düşülməsindən irəli
gəlir. Bu baxışa görə hər cür ünsiyyət forması insanların birgə
fəaliyyətinin spesifik formasından ibarətdir. İnsanlar sadəcə
olaraq müxtəlif sosial funksiyaları yerinə yetirərkən «ünsiyyətə
girmirlər». Onlar həmişə bir neçə fəaliyyət prosesində ünsiyyət
saxlayırlar. Buradan isə aydın olur ki, daima işgüzar adam
ünsiyyətə girir, onun fəaliyyəti həmişə başqa adamların
fəaliyyəti ilə üst-üstə düşür. Lakin məhz fəaliyyətin həmin
kəsişməsi işgüzar adamın təkcə öz fəaliyyətinin predmetinə
deyil, başqa adamların fəaliyyətinə qarşı da müvafiq
münasibət, birgə fəaliyyəti yerinə yetirən fərdlər arasında birlik
yaradır. Beləliklə ünsiyyətin fəaliyyətlə vəhdəti faktı psixolo-
giyada fəaliyyət nəzəriyyəsinə istinad edən bütün psixoloqlar
tərəfindən qəbul olunur, lakin bu əlaqənin xarakteri müxtəlif
şəkildə başa düşülür.
Bəzən fəaliyyət və ünsiyyətə yanaşı şəkildə mövcud olan
proses kimi deyil, insanın sosial mövcudluğunun, onun həyat
tərzinin iki tərəfi kimi baxırlar (B.F.Lomov). Başqa bir halda
ünsiyyəti fəaliyyətin müəyyən sahəsi kimi başa düşürlər
(A.N.Leontyev). Bəziləri isə ünsiyyəti fəaliyyətin xüsusi növü
kimi şərh edirlər (A.A.Leontyev).
105
Psixoloqlar belə bir fikri əsaslandırırlar ki, ünsiyyətin
köməyi ilə fəaliyyət təşkil olunur və zənginləşir. Ünsiyyətə
girən tərəflər arasında birgə fəaliyyət planının tərtibi onların
hər birindən fəaliyyətin məqsəd və vəzifələrini bilməyi, obyek-
tin spesifikasını, öz imkanlarını aydınlaşdırmağı tələb edir.
Ünsiyyətin bu prosesə daxil olması onun iştirakçılarının
«razılıq» və ya «narazılığı» həyata keçirmələrinə imkan verir.
Bütün qeyd olunanlar ünsiyyət və fəaliyyətin bir- biri ilə
üzvü şəkildə vəhdət təşkil etdiyini söyləməyə imkan verir.
II. 4.2. Ünsiyyət informasiya mübadiləsi kimi
İnformasiya mübadiləsi və onun ünsiyyətdə yeri.
İnsanların bir-biri ilə informasiya mübadiləsi ünsiyyətin daha
geniş yayılmış tərəfi, cəhəti olmaqla psixoloji ədəbiyyatda
ünsiyyətin
kommunikativ
tərəfi
adlanır.
İnformasiya
mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri, ideyaları,
hissləri, istək və arzuları və s. ilə tanış olurlar. Başqa sözlə in-
sanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan in-
formasiya mübadiləsini həyata keçirirlər. Bu cür informasiya
mübadiləsi olmadan insanların birgə yaşayışı və fəaliyyəti
çətinləşər, mümkün olmazdı.
Ünsiyyət
zamanı
həyata
keçirilən
informasiya
mübadiləsində iki tərəf iştirak edir: məlumatı, informasiyanı
verən və məlumatı qəbul edən. Birinci tərəf – informasiyanı
verən kommunikator, ikinci tərəf – informasiyanı qəbul edən
isə resipient adlandırılır. Beləliklə hər cür informasiya
mübadiləsi K – İ – R (kommunikator- informasiya- resipient)
sxemi üzrə həyata keçir.
Kommunikasiya vasitələri. İnsanlar arasında informa-
siya mübadiləsini təmin edə biləcək vasitələr çox və
müxtəlifdir. Psixoloji ədəbiyyatda bu cür kommunikasiya
vasitələrini iki qrupda birləşdirirlər. Birinci qrup kommunika-