Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə37/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   191

115

düşülən nitq növüdür. Bu nitqin köməyi ilə danışanlar arasında

bilavasitə əlaqə yaranır.  Şifahi nitq zamanı    ünsiyyətdə olan

adamlar bir-birini görür, eşidirlər. Danışan adamın mimikası və

bədəninin

ifadəli


hərəkətləri,  səsinin

ahəngi


nitqin

məzmununun,  buna bəslədiyi münasibətinin anlaşılmasına

yardım göstərir.

Ünsiyyət şəraitindən,  onun məqsəd və məzmunundan

asılı olaraq şifahi nitq ya dialojiya da monoloji formada

cərəyan edə bilər. 



Dialoji nitq iki və daha artıq adamın sual-cavab şəklində

həyata


keçirdiyi

nitqdir.  Dialoji

nitqin

özünəməxsus



xüsusiyyətləri

vardır. 


Psixoloji

ədəbiyyatda

həmin

xüsusiyyətlərə aşağıdakıları aid edirlər.



Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb

edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə

öz münasibətini bildirir: ya sual verir,  ya təsdiq edir,  ya inkar

edir.  Dialoji nitqin bu cəhəti danışanan öz fikrini ifadə etmək

istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir. 

Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danışan

adamların

emosional-ekspressiv

rabitəsi

şəraitində

baş

verməsidir.  Bu zaman dialoji nitqin iştirakçıları bir-birlərini



bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirir

lər. 


Nəhayət dialoji nitqin bir xüsusiyyəti də onun müəyyən

şəraitlə və ya obyektlə bağlı olmasıdır.  Bu mənada o situativ

səciyyə daşıyır,  söhbətin obyekti dəyişən kimi dialoqun

istiqaməti və xarakteri də dəyişir. 

Monoloji nitq dialojidən fərqli olaraq bir adamın öz fikir

və mülahizələrini müntəzəm və ardıcıl surətdə şərh etməsi, 

başqalarının onu dinləməsidir. Monoloji nitq son dərəcədə fəal

və sərbəst nitqdir. Adətən, monoloji nitqdən istifadə edən adam

hər hansı bir məzmunu seçməli və həmin məzmuna uyğun ola-

raq ifadə etdiyi fikri sərbəst akt qaydasında qurmağı

bacarmalıdır. Monoloji nitq tamamilə mütəşəkkil nitq növü he-



116

sab olunur.  Bu baxımdan müəllimin mühazirəsini monoloji

nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu mono-

loqa rast gəlirik, məsələn, İsgəndərin monoloqu, Hamletin mo-

noloqu və    s.  monoloqlara diqqət yetirdikdə onun fasiləsiz,

əlaqəli, ardıcıl  və məntiqli olduğunu görürük. 

Monoloji nitqin rəvan getməsi üçün ondan istifadə edən

adamın çatdıracağı məzmunu dərindən və aydın dərk etməsi, 

zəngin söz ehtiyatına malik olması,  nitqin təsirlilik, 

emosionallıq xüsusiyyətlərinə,  danışdığı dilin qayda-qanun

larına mükəmməl yiyələnməsi zəruridir. 

İstər dioloji, istərsə də monoloji nitq aktiv və passiv ola

bilir.  Hər iki termin şərti xarakter daşımaqla danışanın və ya

dinləyənin fəaliyyətini səciyyələndirir.  Aktiv nitq forması

ünsiyyət zamanı danışan adamın, başqa sözlə kommunikatorun

nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ passiv

formada cərəyan edir.  Belə ki,  biz başqasını    dinləyən zaman

bir növ danışanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edi-

rik. Bu zaman nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti bu-

rada özünü göstərir.

Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, uşaqlarda nit-

qin aktiv və passiv formaları eyni vaxtda baş vermir.  Belə ki, 

uşaqlar birinci növbədə passiv nitqə yiyələnirlər.  Onlar

böyüklərin danışığını başa düşür,  onların dedikləri sözlərə

reaksiya verirlər.  Tədricən uşaqlarda aktiv nitq formalaşır və

onlar da sözlərdən bilavasitə fəal şəkildə istifadə etməklə

ünsiyyətə girirlər.  Xarici dillərin öyrənilməsi zamanı bu hal

daha aydın təzahür edir.  Xarici dilin öyrənilməsinin ilkin

mərhələsində passiv nitq üstünlük təşkil edir.  Xarici dili

öyrənən adam həmin mərhələdə xeyli sözü aydın başa düşdüyü

halda onlardan öz fəal nitqində  istifadə etməkdə çətinlik çəkir. 

Lakin həmin dilə, onun lüğət ehtiyatına dərindən yiyələndikdən

sonra aktiv nitq formasından istifadədə də çətinlik çəkmir. 

Yazılı nitq.  Şifahi nitq kimi yazılı nitq də xarici nitqin

bir növü kimi verbal    ünsiyyətə aiddir.  Yazılı nitq vasitəsilə




117

ünsiyyət yazılı mətnlərin köməyi ilə həyata keçirilir, görmə

vasitəsilə qavranılır.  Mütəxəssislər yazılı nitqi şifahi monoloji

nitqə nisbətən daha müfəssəl nitq hesab edirlər. Adətən, yazılı

nitqdə həmsöhbətlə əks əlaqə mövcud olmur. Ona görə də biz

hər şeyi əvvəlcədən yazdığımız mətndə ona izah etməliyik. 

Yazılı nitqi şifahi nitqdən fərqləndirən cəhətlərdən biri

ondan ibarətdir ki,  yazılı nitqin köməyi ilə biz öz fikrimizi, 

istək və arzularımızı müəyyən məsafədən istədiyimiz adamlara

çatdıra bilirik. Yazılı nitq informasiyaları müəyyən məsafədən

ötürməyə imkan verməklə yanaşı mühafizə edib saxlamağa, 

gələcək nəslə çatdırmağa da imkan verir. 

Yazılı nitq şifahi nitqdən təkcə qrafikadan istifadə

olunmasına görə deyil,  eyni zamanda onun özünəməxsus

qrammatik,  orfoqrafik,  stilistik xüsusiyyətlərinə görə də

fərqlənir. Məhz buna görə də həmin xüsusiyyətlərə mükəmməl  

yiyələnmək yazılı nitqdən düzgün istifadə edə    bilmək üçün

zəruri şərtdir. 



Daxili nitq.  İnteriorizasiya əlamətinə görə nitqin xarici

nitqdən fərqli olan bir növünü – daxili nitqi qeyd edirlər.  Bu

real kommunikasiyadan kənarda baş verən nitqdir.  Daxili nitq

insanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir. 

Daxili nitq tələffüz edilməyən, səssiz nitqdir. O çox qısa, bəzən

də ayrı-ayrı ifadələrdən ibarət olur. Həmin ifadə bir növ fikrin

nüvəsini təşkil edir. Ona görə də daxili nitq üçün fraqmentliyin, 

qırıqlığın xarakterik hal olduğunu qeyd edirlər. Daxili nitq eyni

zamanda sürətli nitqdir. Əgər hər hansı bir hadisəni xarici nit-

qin köməyilə çatdırmaq üçün xeyli vaxt sərf etmək lazım

gəlirsə, daxili nitqdə onu ani olaraq,  sürətlə təsəvvürümüzdən

keçiririk.

Psixoloji ədəbiyyatda daxili nitqi xarici nitqin bir növ

əqli əməliyyatların fikrən icrasına yönəldilmiş törəmə forması

kimi qeyd edirlər. Daxili nitq müxtəlif məsələlərin əqlən həlli, 

başqa adamların nitqini diqqətlə dinləmə,  mətni öz – özünə

(tələffüz etmədən) oxumaq, fikrən planlaşdırma, yaddasaxlama



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə