Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə38/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   191

118

və yadasalma zamanı özünü daha aydın şəkildə göstərir. Daxili

nitqin vasitəsi ilə sensor məlumatların işlənməsi,  onların

müəyyən anlayışlar sistemində dərk olunması baş verir, özünün

davranış və təəssüratlarının təhlili və qiymətləndirilməsi həyata

keçirilir.  Bütün bunlar daxili nitqi insanın əqli    fəaliyyəti və

şüurunun olduqca mühüm və universal mexanizminə çevirir. 

Daha dar,  psixolinqvistik mənada daxili nitq ifadələrinin

yaranmasının başlanğıcı,  onun şifahi və yazılı nitqdə

reallaşdırılmasının «daxili proqramlaşdırılmasından» ibarətdir. 

Daxili nitqin üç əsas tipini qeyd etmək olar: 1) xarici nit-

qin strukturunu özündə saxlayan,  lakin fonesiya,  səslərin

tələffüzü mövcud olmayan və çətin şəraitdə fikri məsələnin

həlli üçün tipik olan daxilən,  öz – özünə danışmaq    («özünə

yönələn nitq»); 2) xüsusi daxili nitq – bu, tələffüz vasitəsi kimi

özünü göstərir,  spesifik vahidlərdən istifadə olunur və onun

strukturu xarici nitqin strukturundan fərqli olur;  3)  daxili

proqramlaşdırmabaşqa sözlə nitq ifadəsinin, bütün mətnin və

onun məzmun hissələrinin spesifik məna vahidlərinin

formalaşması və möhkəmlənməsi.

Daxili


nitqin

mənşəyi


hələ

kifayət


qədər

öyrənilməmişdir.  L.S.  Vıqotskinin fikrincə (1934)  daxili nitq

uşağın oyun və başqa    məşğələlər zamanı öz – özünə

hündürdən danışmasından ibarət olan eqosentrik nitqin təsiri ilə

yaranır. Tədricən bu daxili nitq – «öz – özünə, özü üçün nitqə» 

çevrilir. P.P. Blonskinin fikrincə (1935) daxili nitq xarici nitqlə

eyni vaxtda uşağın böyüklər tərəfindən ona müraciət olunan

sözləri səssiz olaraq təkrar etməsi nəticəsində meydana gəlir. 

Bunu isə artıq birinci yaşın sonunda müşahidə etmək olur. 

Fikrin məzmunundan və onu doğuran şəraitdən asılı ola-

raq daxili nitqin inkişaf etmiş forması tamamilə fərqli ola bilər. 

Adətən, daxili nitqdə fikir olduqca ümumiləşmiş şəkildə ifadə

olunur.  Lakin əqli çətinlik meydana gələn anlarda daxili nitq

olduqca müfəssəl,  açılmış xarakter daşımağa başlayır,  daxili

monoloqa yaxınlaşır və pıçıltı ilə və hətta    hündürdən ifadə



119

olunan nitqə çevrilə bilir. Bu isə fikir obyektlərinin daha dəqiq

təhlilinə və özünün fikri fəaliyyətinə nəzarət etməyə imkan

yaradır. 

Nitqin yuxarıda qeyd olunan növləri ilə yanaşı daktil,

eqosentrik növləri də diqqəti cəlb edir. 

Daktil nitq sözlərin daktil hərflərlə ifadə olunmasından

ibarət olan nitqdir.  Daha doğrusu,  bu zaman barmaqların

müxtəlif konfiqurasiyalarından və hərəkətlərindən istifadə olu-

nur.  Daktil nitqdən karlarla iş zamanı surdopedaqoji köməkçi

nitq vasitəsi kimi,  eləcə də karlar arasında şəxsiyyətlərarası

kommunikasiya və eşidən adamlarla onlar arasında ünsiyyət

vasitəsi kimi istifadə olunur. 

Eqosentrik nitqə gəldikdə bu insanın özünə yönəlmiş

nitqdir. Onun köməyi ilə insan (ən çox uşaqlar) özünün praktik

fəaliyyətini tənzim edir və ona nəzarət edir. Eqosentrik nitq xa-

rici (kommunikativ) nitqdən  nəşət edir və  onun qismən interi-

orizasiya olunmuş məhsulu kimi özünü göstərir.  Eqosentrik  

nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsi kimi

özünü göstərir. 



Qeyri-verbal ünsiyyət. İnsanlar heç də həmişə  ünsiyyət

prosesində verbal kommunikasiya    vasitələrindən istifadə

etməklə kifayətlənmirlər.  Çox vaxt onlar verbal yolla

çatdırdıqları məlumatları gücləndirmək və ya daha səmərəli

təsir göstərmək üçün sözsüz,  nitqdən kənar vasitələrdən də

istifadə edirlər. İnsanlar özlərinin hisslərini, fikir və  arzularını

çatdırmaq üçün söz tapa bilmir və ya onun barəsində danışmaq

istəmirlər.  Bu zaman informasiya mübadiləsi sözsüz,  sözlərin

köməyi olmadan həyata keçir.  Belə ünsiyyət qeyri-verbal

vasitələrin köməyi ilə baş verir. Bu cür qeyri – verbal kommu-

nikasiya

vasitələrinə

müxtəlif

simvolları, 

mimikanı, 

pantomimikanı,  müxtəlif jestləri,  hərəkətləri,  səsin tembrini, 

intonasiyanı, gülməyi və s. aid etmək olar. Bu mənada qeyri –

verbal ünsiyyət vasitəsi rolunu müxtəlif amillər oynaya bilər. 

Onlardan bəzilərini qısaca nəzərdən keçirək.



120

Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müx-

təlif dillərə malik    olan insanların ünsiyyətində,  informasiya

mübadiləsində çətinliklər yaradır.  Bu cür çətinliyi aradan

qaldırmaq üçün müxtəlif  ölkələrdən olan insanların başa düşə

biləcəyi simvollardan istifadə edilir.  Bu məqsədlə o qədər də

çətin olmayan görmə simvolları dünya miqyasında geniş

yayılmışdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda da-

ha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar

dayanacaqlar,  yeməkxanalar,  yanacaq və təmir yerləri və s. 

barədə məlumat əldə edirlər. 

Qeyri – verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış

vasitələrə üzün  və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd

etmək lazım gəlir.  Üzün ifadəli hərəkətlərindən (mimikadan), 

jestlərdən istifadə etməklə insanlar bir – birinə razılıq və

narazılıqlarını,  sevinc və kədərlərini və s.  məlumatları çatdıra

bilirlər.  Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə, 

eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət

və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif

şəkildə dərk edirlər.  Məsələn,  başımızı yuxarıdan aşağıya

hərəkət etdirdikdə razılıq,  təsdiq,  yanlara hərəkət etdirdikdə

narazılıq, inkar kimi başa düşülür, şərh olunur. Əksər xalqlarda

başın həmin hərəkətləri məhz bu cür də şərh olunur. Lakin bol-

qarlarda bu tamamilə əksinə başa düşülür.

Bununla belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt

bədənin, üzün ifadəli hərəkətləri, qeyri – verbal yolla çatdırılan

məlumatlar həmsöhbətə verbal yoldan daha güclü təsir göstərir. 

Məsələn,  insan sevincdən doğan göz yaşları ilə dostlarını

inandırmağa çalışsa ki, «Məndə hər şey yaxşıdır!»  onlar onun

sözünə deyil, daha çox göz yaşına inanacaqlar. 

İnsanların müxtəlif birliyində,  o cümlədən dərs zamanı

qeyri – verbal    ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyadan, 

bir anlığa danışığı dayandırmaqdan,  öskürməkdən və s. dən

istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən

hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə