Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə4/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   191

13

maraqlanan adamların hamısı üçün eyni zəruri məlumatları

çatdırır.  Bu cür universallığından asılı olaraq psixologiyanın

həmin sahəsi «ümumi psixologiya» adı altında işlədilir.

Psixologiyanın tətbiqi sahələrinə gəldikdə buraya onun

bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər.

Psixologiyanın ümumi sahələri istisnasız olaraq bütün

elmi istiqamətlər üçün eyni dərəcədə əhəmiyyətli inkişaf

problemlərini qarşısına qoyur və həll edir.  Psixologiyanın xü-

susi sahələrinə gəldikdə  o, öz qarşısına hər hansı bir və ya bir

neçə qrup hadisələri öyrənmək məqsədini qoyur.

Müasir psixoloji fənnləri təsnif etmək üçün mövcud

ədəbiyyatda aşağıdakı üç prinsipdən də istifadə olunur: 

1. Konkret fəaliyyət sahələrinə görə;



2. İnkişafın psixoloji aspektlərinə görə;

3. İnsanın cəmiyyətə münasibətinə görə.

Həmin sahələrin hamısını əhatə etmək mümkün

olmadığına görə burada onlardan bilavasitə təhsillə bağlı

olanların bəzilərini qısaca nəzərdən keçirək.

Psixologiya elminin ən fundamental sahəsini ümumi

psixologiya təşkil edir. Ümumi psixologiya fundamental psix-

oloji bilikləri özündə cəmləşdirir.  Ümumi psixologiyanın

maraqlandığı və həll etməli olduğu qlobal məsələlər,  cavab

verməli olduğu suallar aşağıdakılardan ibarətdir:  Psixika  

nədir? Onun strukturu və funksiyaları nədən ibarətdir? Psixika

filogenezdə və ontogenezdə hansı qanunauyğunluqlara malik-

dir? Psixikanın hansı inkişaf səviyyələri vardır və onları hansı

kriteriyalara əsasən müəyyənləşdirmək olar?  Psixika və beyin

arasında hansı əlaqə vardır?  Psixi inkişafda anadangəlmə və

həyatda qazanılan bioloji və sosial amillərin rolu nədən

ibarətdir? Psixikanın normal və anomal inkişafını fərqləndirən

kriteriyalar hansılardır?

Bütövlükdə psixikaya aid problemləri öyrənməklə yanaşı

ümumi psixologiya psixi proseslər,  psixi hallar və xassələrlə

bağlı konkret məsələlərin öyrənilməsi ilə də məşgul olur. 




14

Psixologiyanın maraqlandığı əsas obyekt insan olduğuna görə

ümumi psixologiya birinci növbədə onun (insanın)  şəxsiyyəti, 

fəaliyyəti,  ünsiyyəti idrak prosesləri ilə, münasibətlər sistemi

(hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin

araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də ekspe-

rimental planda öyrənir. Deyilənlərdən aydın olur ki, ümumi

psixologiya psixi hadisələr haqqında hamı üçün eyni dərəcədə

maraq doguran ümumiləşmiş bilikləri özündə əks etdirir. 

Həmin biliklərlə tanış olmaqla    hər bir insan psixologiyanın

ümumi sirlərinə yiyələnə bilər.

Psixologiyanın təhsil,  təlim və tərbiyə ilə sıx baglı olan

xüsusi sahələrindən bəzilərinə nəzər yetirək.

Psixologiyanın konkret fəaliyyətlə baglı olan və yüksək

praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biri pe-

doqoji psixologiyadır.  Pedaqoji psixologiya təlim,    tərbiyə və

pedaqoji fəaliyyətin psixoloji  problemlərini araşdırır.

Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm

problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara

çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan

bütün imkanları müəyyənləşdirməkdən,  təlim və inkişafın

qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan,  təlim və tərbiyənin

ümumi və yaşla bağlı olan cəhətlərini,  əlaqəsini aşkara

çıxarmaqdan,  təlim və tərbiyənin səmərəliliyini təmin edən

psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir.

Psixologiya elminin pedaqoji psixologiya ilə sıx baglı

olan digər mühüm bir sahəsi yaş psixologiyasıdır.  Yaş

psixologiyası insanda anadan olandan ömrünün axırına qədər

psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin

psixi

prosesləri



xassələrinin

ontogenezdə

inkişaf


xüsusiyyətlərini

öyrənir.


Yaş

psixologiyasının

uşaq

psixologiyası,  yeniyetmələrin    psixologiyası,  gənclərin



psixologiyası,  yet- gin yaşın    psixologiyası,  qocalıq yaşının

psixologiyası,  uzun- ömürlülük psixologiyası (herontopsixolo-

giya) kimi bölmələri vardır.



15

Psixologiyanın  xüsusi sahələrindən birini də differensial

psixologiya təşkil edir. Diferensial psixologiya – psixologiya

elminin    insanların fərdi – psixoloji və davranış fərqlərini

öyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya» 

termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli

sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər

olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup

testləri meydana gəlmiş    daha sonra isə proyektiv testlər

yaranmış və onlardan istifadə olunmuşdur.

Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı

da aid etmək olar. Genetik psixologiya psixika və davranışın

irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. 

Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə

uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi

əsas  təşkil edir.

Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən

sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya

birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda

şəxsiyyətlərarası münasibətlər sistemini,  həmin münasibətlər

sisteminin bütünlüklə qrupun,  eləcə də ayrı-ayrı fərdin

psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür

biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün

zəruridir.

Pixologiyanın mühüm sahələrindən biri olan hüquq

psixologiyası insan tərəfindən hüquq normaları və davranış

qaydalarının öyrənilməsini nəzərdən keçirir,  hüquq sisteminin

reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. 

Onun məhkəmə psixologiyası,  kriminal psixologiya,  islah-

əmək psixologiyası və s. bölmələri vardır.

Müasir psixologiyanın özünə xüsusi yer tutmuş

sahələrindən biri kimi  tibb psixologiyasını qeyd etmək olar.

Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin

davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə,

ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə